![]() |
|
![](http://azfakt.com/photos/c4fcc13f-2ac4-41a1-8164-2d1bc23c8dc0.jpg)
![](http://azfakt.com/photos/23180.jpg)
![](http://azfakt.com/photos/4095.jpeg)
![](http://azfakt.com/photos/282112.jpg)
![](http://azfakt.com/photos/798367.jpg)
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/7331944.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
![](http://azfakt.com/photos/7744.jpeg)
Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük “əmlak amnistiyası“ gözlənilir
Tarix 01.07.24, 14:00 |
|
![bitmap-img6](http://azfakt.com/photos/d25b8457424a668b8c907343249f7edc1630226926_untitled-1-jpg7.jpg)
Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir. Ekspertlərin fikrincə, bu addımla tikinti sahəsində çoxillik problemlərə son qoyula bilər. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bununla bağlı yeni elektron portal hazırlanır. Portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığına və insan fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək.
Hesablamalara əsasən, hazırda sənədsiz tikililərin böyük əksəriyyəti Bakı və Bakıətrafı ərazilərdə yerləşir. Bu tikililərin sayının təqribən 450-500 min arasında olduğu bildirilir. Vətəndaşların belə tikililərə çıxarış ala bilməməsinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərdir. Xüsusilə fərdi yaşayış evləri çox zaman kənd təsərrüfatı, sənaye əhəmiyyətli, habelə müxtəlif dövlət mülkiyyətindəki torpaq sahələrində, mühafizə zolaqlarında, aktiv vulkanik ərazilərdə yerləşir. Maraqlıdır, görəsən, "əmlak amnistiyası"na düşməyən tikililərin taleyi hansı formada həll ediləcək? Bu tikililərin sayı nə qədərdir? Ümumiyyətlə, amnistiya daşınmaz əmlak bazarına necə təsir göstərəcək?
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik
Vətəndaşlar narazı qalmayacaqlar
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, təxminən 30 minə yaxın tikilinin "əmlak amnistiyası"nda yer almayacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, bu cür evlərə çıxarışların verilməsi mümkünsüzdür: "Ümumiyyətlə, bu addımla tikinti sahəsində çoxillik problemlərə son qoyula bilər. Amma qadağan olunmuş ərazilərdə tikilən evlərə amnistiyanın tətbiq olunması faktiki mümkün deyil. Çünki mövcud qanunvericilikdə açıq şəkildə qeyd olunub ki, magistral xətlərin mühafizə zolağı, meşə-təsərrüfat torpaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi yerlər, eləcə də aktiv mədən və vulkanik ərazilərdə ev tikmək qadağandır. Təbii ki, amnistiya ilə bağlı məsələ müzakirə olunarkən bu nüanslar da nəzərə alınıb. Düşünürəm ki, proqram icra olunarkən həmin evlərə amnistiyanın verilməsi məsələsindən daha çox, onların sökülməsi məsələsi aktual olacaq. Lakin bu o demək deyil ki, hökumət dərhal 30 minə yaxın ailəni bir gecədə çölə tökəcək".
Ekspert deyib ki, ölkə rəhbərliyi bu istiqamətdə qərarlar qəbul edərkən sosialyönümlü hökumət platformasının yaradılmasını əsas götürür. Burada da əsas məsələlərdən biri vətəndaş məmnunluğudur: "Bu mənada düşünmürəm ki, Azərbaycan hökuməti təxminən bir milyon evi sənədləşdirərkən 3-5 faizlik kütləni nəzərə almasın. Çox güman ki, bu məsələ ya vətəndaşa kompensasiya ödənilməsi, ya da başqa ərazilərə köçürülməsi yolu ilə öz həllini tapacaq".
Bələdiyyələrə torpaq sahələrinin xəritəsi verilməyib
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, uzun illər tikinti sahəsində mövcud olan pərakəndəlik qanunsuz tikililər problemini daha da dərinləşdirib. Onun sözlərinə görə, zamanında bu sahə ilə bağlı bir çox qurum sərəncam vermək hüququna malik idi: "Məsələn, 2000-ci ildən bələdiyyələrə torpaq satmaq hüququ verilmişdi. Həmin dövrdən başlayaraq 2007-ci ilə qədər bələdiyyələr vətəndaşlara torpaq satırdı. Amma bələdiyyələrə satmaq üçün torpaq sahələri ayrılsa da, onların xəritəsi verilməmişdi. Bu torpaqlar hansısa bir dövlət təşkilatının və ya qurumun balansında idi. Əslində bələdiyyələr həmin torpaqları satarkən kadastr planı, yerləşdiyi koordinatları göstərməli idilər. Bu koordinatları isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təmin etməli idi. Zamanında proses düzgün aparılsaydı, sənədsiz tikililər problemi bu qədər dərinləşməzdi".
Ekspert vurğulayıb ki, vaxtilə müxtəlif qurumların sərəncamları əsasında vətəndaşlara ayrılan torpaq sahələri artıq böyük yaşayış massivlərinə çevrilib. Amma bəzi qurumlar qadağan olunmuş ərazilərdə də torpaq satışları həyata keçiriblər: "Təbii ki, amnistiya nəzərdə tutulsa belə, həmin əmlaklara çıxarış verilməyəcək".
Bazarda ipoteka predmeti olan ucuz əmlakların sayı artacaq
E.Fərzəliyevin fikrincə, "əmlak amnistiyası" daşınmaz əmlak bazarında canlanmaya səbəb olacaq: "Məlumdur ki, Bakının mərkəzində və mərkəzə yaxın ərazilərdə əmlakların satış qiymətlərində ciddi artımlar var. Fərdi həyət evlərinin qiyməti bina evləri ilə müqayisədə daha ucuzdur. Ancaq indi vəziyyət əvvəlki kimi deyil. Əvvəllər bazarda nağd alıcıların sayı kifayət qədər idi. İndi isə vətəndaşların çoxu, xüsusilə gənc ailələr kreditlə mənzil almağa üstünlük verirlər. Statistikaya görə, son illər əmlakların böyük əksəriyyəti, təqribən 60 faizindən yuxarı hissəsi ipoteka və digər kreditli şərtlərlə satılıb. İpoteka və Zəmanət Fondunun ayırdığı kreditlərin təqribən 90 faizindən çoxu bina evlərinə şamil olunub, 5-7 faizi isə həyət evlərini əhatə edib. Daşınmaz əmlakın kreditlə satıla bilməsi üçün onun mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənədi olmalıdır. Bələdiyyə torpaqları üzərində tikilmiş evlərin böyük əksəriyyətinin çıxarışı olmadığından vətəndaşların daha ucuz qiymətə geniş yaşayış sahələrini kredit vasitəsilə əldə etmək imkanını məhdudlaşdırır. Məsələn, hazırda Bakı şəhərində metronun istənilən stansiyasına yaxın yeni tikili binalarda birotaqlı təmirli mənzillərin qiyməti təxminən 100-160 min manat arasında dəyişir. Köhnə tikili binalarda isə bu qiymət 70-90 min manat arasındadır. Hərçənd ki, 90-100 min manata gözəl şəraitli, 3-4 otaqlı həyət evi almaq olar. Amma vətəndaşlar belə evləri kreditlə ala bilmirlər. Çünki çıxarış yoxdur. Bu baxımdan, əgər sözügedən amnistiya reallaşsa, bazarda ipoteka predmeti olan ucuz əmlakların sayı artacaq. Bu da öz növbəsində əmlak bazarında ciddi canlanmaya səbəb olacaq".
Xəbərin oxunma sayı : 574
Sosial
Xəbərlər
-
Əhalinin 84%-i Ermənistanla sülh istəyir - SORĞU
-
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? – Tam siyahı
-
Ukraynada hərbi çevriliş? – Amerikalı jurnalist “Azov” briqadasının adını çəkir
-
Dərdinə əlac tapılmayan sənədsiz evlər: Hansı evlər söküləcək?
-
“Türkiyə terrorla mübarizədə ŞƏT-lə əməkdaşlığı gücləndirməyə hazırdır“ - Ərdoğan
-
“Şlyapa Zahid“lə bağlı Ali Məhkəməyə protest verildi - TƏFƏRRÜAT
-
“İstanbul razılaşmaları Kiyevlə danışıqlar üçün əsas ola bilər“ - Putin
-
Bu rayonlarda 3 gün qaz olmayacaq - Xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Müsavat qərarını verdi - Seçkidə iştirak edəcək
-
Uşaq xəstə olub, bilmədən edib - Əhmədin dayısı (VİDEO)
-
AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı…
-
“Bu hadisə adımın siyahıda olmasına daha da stimul verdi“ - Siyavuş Novruzov
-
Filarmoniyada korrupsiya əməliyyatı - İzahat alındı
-
“Şərur“ MTK-dakı lift “terroru“nun sensasion təfərrüatları - istintaqla müəyyən olunub ki...
-
Azərbaycanda iki general ehtiyata buraxıldı - SƏRƏNCAM
-
Türkiyə səfiri Almaniya XİN-ə çağırılıb - Merih Demirala görə
-
Başçıların həbs və azadlıq yolu – ŞOK FAKTLAR
-
“Çoxqütblü dünya reallığa çevrilib“ - Putin
-
“MİDA“ bu şirkətlərlə 9 milyonluq müqavilələr bağladı - DETALLAR
-
Bazardakı meyvələrin qiyməti od tutub yanır - VİDEO
-
Elman Rüstəmovla Rövnəq Abdullayev seçkiyə qatılacaq? - Yeni iddia yayıldı
-
Gəncədə gözəllik salonunda şok olay: arvadının üstünə kislota atdı
-
Zavod direktoru yenidən cərimələndi - Niftəliyev məhkəməyə şikayət edib
-
Əhməd özünü təqsirli bildi, ifadə vermək istəmədi - VİDEO
-
İlham Əliyev Astanada “ŞƏT plus” formatında keçirilən görüşə gəlib - FOTO
-
Bakıda qadın həkim şantaj edilib - "Ərinə şəkilləri göndərəcəm, əgər..."
-
Peşə liseyində bibaırçılıq: Müəllimləri işdən çıxarıb, məsuliyyəti onların üzərinə atdılar
-
Hökumət evi binası 1 milyona təmir olunacaq - TENDER
-
Buğdanın tədarük qiymətində azalma - Çörək ucuzlaşacaq?
-
Şimşək çaxıb, leysan yağıb - Faktiki hava
-
“Putin növbəti sülh sammitinə dəvət oluna bilər” – Zelenski
-
Amilə 6, atasına 3 bıçaq vurublar - Toydakı davanın təfərrüatı
-
Anar Ələkbərov Müqəddəs Taxt-Tacın rəsmiləri ilə görüşüb - Nələr müzakirə olunub?
-
Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı statusu bəyənən şəxs həbs edilib - TƏFƏRRÜAT
-
Yeni büdcə nə vəd edir: pensiyalar, sosial xidmətlər və...
-
ABŞ Ukraynaya yeni yardım paketi elan edib – Nələr var?
-
MİQ imtahanlarının ilk günündə ən yüksək bal toplayanlar - ADLAR/FOTOLAR
-
“Zəyəm Texnologiyalar Parkı” özünə gələ bilmir - 1,7 milyonluq xalis zərər
-
Azərbaycan Mərkəzi Bankında təyinat olub - FOTO
-
Xırdalanda 34 yaşlı qadın bıçaqlandı - Əri saxlanıldı
-
Liderlərin şam yeməyindən maraqlı FOTOlar
-
Arvadını vəhşicəsinə döydü - Hamamdan gec çıxdığına görə
-
Ukrayna-Rusiya müharibəsində tərəf tutmayacağıq - Şolts
-
Hava şəraitinin taxıl biçininə mənfi təsirləri - bölgələrdə durum
-
“Sizi mələdəcəyəm“ - Roza onları şikayət etdi
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bakının 4 rayonunda qaz olmayacaq - Xəbərdarlıq
-
İbtidai siniflərin dərslikləri şagirdlər üçün çətinlik yaradır - VİDEO
-
Tələbələrin nəzərinə: Kiberdələduzların hədəfindədirlər (VİDEO)
-
Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb - İlham Əliyev
-
“Ukrayna NATO sammitindən sonra baş nazirini dəyişəcək” – KİV
-
“Bu, Azərbaycan-Pakistan-Türkiyə əlaqələrinin genişlənməsinə təkan verəcək” - Hacızadə
-
Demokrat parlamentarilərdən tələb: Bayden seçki marafonundan kənarlaşmalıdır
-
Azərbaycanda manatın məzənnəsi ilə bağlı VACİB XƏBƏR
-
Sabahdan bəzi avtobusların hərəkət istiqaməti dəyişir - Xəbərdarlıq
-
Köhnənin dələduzuna növbəti dəfə cəza istənildi - 1 milyon 500 mini ələ keçirib
-
İlham Əliyev Tokayevə təşəkkür edib - Bu prosesə verdiyi dəstəyə görə
-
Naxçıvanda tibb bacısını xəzinədar təyin etdilər, sonra işdən çıxartdılar
-
Çin vətəndaşları Azərbaycana vizasız gələcək - Bir illik
-
Rəsmi Ankaradan Demiralın “bozqurd” işarəsinə - Reaksiya
-
Astanada Ərdoğan, Əliyev və Şərif arasında üçtərəfli görüş olub - VİDEO
-
“Bayden Alzheimer və ya demensiyadan əziyyət çəkmir” – Ağ Ev
-
“Yaşam Recidens“ vətəndaşı aldadıb – Şikayət
-
Azərbaycan Tayvanı Çinin ayrılmaz bir hissəsi kimi tanıyır - BİRGƏ BƏYANNAMƏ
-
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu - FOTOLAR
-
Toğanalı kənd bələdiyyə sədrinə cinayə işi açıldı - Qanunsuz torpaq satdığına görə
-
“Baltikyanı ölkələr Cənubi Qafqazda dağıdıcı xətt yürüdürlər“ - Rusiya XİN
-
“Day-dayım var, sürürəm” deyən qadın saxlanıldı - VİDEO
-
“Toplum TV“ işi: Ələsgər Məmmədlinin həbs müddəti uzadıldı
-
Elm və Təhsil Nazirliyinin yenə qalib elan etdiyi “Azedunet” kimindir? - EYNİ NAZİRLİK, EYNİ ŞİRKƏT...
-
Azərbaycan və Çin prezidentlərinin görüşü keçirildi - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ərdoğan Putinlə görüşdü - Astanada (VİDEO)
-
Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - RƏSMİ
-
İlham Əliyevlə Tokayev arasında görüş keçirilib - FOTOLAR
-
“Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır” - Siyavuş Novruzovdan haqqındakı xəbərə sərt reaksiya
-
Kamran Əliyev Lerikdə qəbul keçirdi - Prokurorlara tapşırıqlar verdi
-
Masazırda sənədsiz ev tikənlərə Nurlan Həsənov himayədarlıq edir? - FOTO/VİDEO
-
Havvaxanım Rüstəmovanın həbs olunması xəbəri təsdiqləndi - RƏSMİ
-
Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir
-
Türkiyəli futbolçu bu hərəkətinə görə cəza ala bilər – UEFA araşdırma başlatdı
-
Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirildi - Astanada (FOTO/VİDEO)
-
Evlilikdə qohumluq əlaqəsi belə müəyyən olunacaq: Bu şəxsləri isə cəza gözləyir
-
Bu rayonda donuzların “kökü kəsilib” – Tam siyahı
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
Ədliyyə nazirliyində yüksək vəzifələrə təyinatlar olub - FOTO + DOSYELƏR
-
Daha iki deputat yeni parlamentdə olmayacaq - Namizədlikləri irəli sürülməyəcək
-
Azərbaycanda magistral yolda təhlükəli vəziyyət - Sürüşmə davam edir
-
Pensiya artımları kimlərə şamil olunacaq? - İqtisadçı açıqladı
-
“Referans” klinikasına bağlı daha bir şirkət ləğv olundu – 2 ay əvvəl açılmışdı
-
“Manatlıq“ taksi xidməti bahalaşdı - VİDEO
-
Prezident İlham Əliyev Astanaya getdi - FOTO
-
YAP-ın iclası keçirildi - Mərkəzi Seçki Qərargahı yaradıldı
-
Nazirə yeni müşavir təyin edildi - FOTO
-
İlham Əliyev Lukaşenkonu təbrik etdi: “Əminəm ki, bizim birgə səylərimiz gələcəkdə...“
-
Ali Məhkəmənin adından dələduzluq: 3 nəfərdə cinayət işi açılıb
-
Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır? - VİDEO
-
İstidə infarkt riskini azaltmağın yolu - HƏKİM MƏSLƏHƏTİ
-
Respublika Pediatriya Mərkəzində nə baş verir? - İki aydır işçilərinə maaş vermir...
-
Taksi sürücüləri ilə bağlı daha bir QƏRAR
-
Məktəblərdə noyabrda 1 aylıq tətil olacaq? - AÇIQLAMA
-
Şimşək çaxıb, qısamüddətli leysan yağıb - FAKTİKİ HAVA
-
Azərbaycanda 19 yaşlı gənc magistr oldu - FOTO
-
Zelenskinin danışıqlar üçün atəşkəs ideyasına şübhələri var - Orban
-
Vaşinqton ABŞ silahları ilə Krıma zərbələrin endirilməsini məqbul sayır - Pentaqon
-
Türkiyə münasibətləri normallaşdırmaq üçün Suriya ilə dialoqa hazırdır - Ərdoğan
-
AVRO-2024: Türkiyə millisi 1/4 finalda
-
“Bir müğənni muğamı bilmirsə...“ - Tənqid etdi
-
Ondan çox ukraynalı F-16-nı idarə etmək üçün təlimlər keçir - Pentaqon
-
Xəzər dənizində suyun səviyyəsi 1 metrdən çox artıb - VİDEO
-
Daha bir partiya seçki qərarını açıqladı - 5 namizədlə gedir...
-
Mənzil bazarında kəskin bahalaşma - VİDEO
-
AVRO-2024:Niderland Rumıniyanı məğlub etdi
-
İmişlidə işıqlar hər gün eyni saatda niyə sönür? - Şikayət
-
Bakıda Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib
-
“Qərb yeni “səlib yürüşü”nə başlayıb, dünya fəlakətin astanasındadır“ - Lukaşenko
-
Nazirlik Elvira Rafiqqızına cərimə yazdı - Hansı qaydanı pozub?
-
Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO
-
Füzulidə 1 şəhər, 10 kənd bərpa olunacaq - Tarix açıqlandı
TOP 10
ARXİV