Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO Aygün Kazımovadan cazibədar - Fotolar Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO
Axtar
 
  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

  • / Maqazin / — 26 İyun 2024

    Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO

  • / Maqazin / — 25 İyun 2024

    Aygün Kazımovadan cazibədar - Fotolar

  • / Maqazin / — 19 İyun 2024

    Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO

  • / Maqazin / — 18 İyun 2024

    Məşhurlarımız özlərinə hansı biznesi qurublar? - SİYAHI

  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

Füzulidə 1 şəhər, 10 kənd bərpa olunacaq - Tarix açıqlandı

Tarix 02.07.24, 20:33

Font ölçüsü : - / +
bitmap-img6


2022-2026-ci il “I Böyük Qayıdış Dövlət Proqramı” na əsasən ilk mərhələ işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, kənd və yaşayış məhəllələrinin layihələndirilməsi, dövlət ekspertizasından keçirilməsi, şəhərsalmanın əsaslandırılması və inşaat işlərinə başlanmasından ibarətdir. 

AzFakt.com xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzili və Xocavənd rayonlarındakı xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə deyib. 

Onun sözlərinə görə, ümumlikdə 2026-cı ilə kimi işğaldan azad edilmiş ərazilərdə 8400 fərdi yaşayış evinin və 8800 mənzilin tikintisi nəzərdə tutulub.

İsazadə bildirib ki, plana uyğun olaraq Fizulidə 1 şəhər, 10 kəndin bərpa olunması nəzərdə tutulur.

"Minatəmizləmə əməliyyatlarından sonra hazırda ərazidə baza infrastrukturun qurulması işləri aparılır. Bura Zəfər yolu, Füzuli-Hadrut, Füzuli-Ağdam yolları və şəhərdaxili yol-kommunikasiya şəbəkələri də daxildir", - o qeyd edib.

İsazadə əlavə edib ki, şəhər qaz və elektrik enerjisi ilə tam təmin olunub. Digər sosial layihələrin icrasına başlanılıb.

Artıq 822 ailənin Füzuli şəhərinə geri qayıtdığını deyən Ümid İsazadə vurğulayıb ki, onlar burada xoşbəxt həyat sürürlər: "Bunu sosial şəbəkədə qarşınıza çıxan videolarda da görə bilərsiniz".



Xəbərin oxunma sayı : 607




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap