Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO Aygün Kazımovadan cazibədar - Fotolar Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO
Axtar
 
  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

  • / Maqazin / — 26 İyun 2024

    Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO

  • / Maqazin / — 25 İyun 2024

    Aygün Kazımovadan cazibədar - Fotolar

  • / Maqazin / — 19 İyun 2024

    Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO

  • / Maqazin / — 18 İyun 2024

    Məşhurlarımız özlərinə hansı biznesi qurublar? - SİYAHI

  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

Bakıda sakini evini başına uçuran şirkət rəhbərinə cinayət işi açıldı - VİDEO

Tarix 04.07.24, 19:41

Font ölçüsü : - / +
bitmap-img6


“İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

AzFakt.com Yasamal Rayon Prokurorluğuna istinadla xəbər verir kii, araşdırmalarla qeyd olunan Kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xatırladaq ki, Afət Quliyeva iddia edir ki, Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsində yerləşən evini yeni yaşayış binasını tikən "İbrahim-Q" MTK-nın işçiləri söküb, özünü isə "sürüyüb çölə atıblar".

Onun BBC Azərbaycancaya təqdim etdiyi video görüntülərdə gecə bir buldozerin bir evi uçurtduğu, hətta bir neçə ağacı da məhv etdiyi görünür. Bu görüntülərdə beşdən çox kişinin buldozerin yarı uçurtduğu evdən kimisə zorla çıxartdığı görünür və bir qadın səsi gəlir.

İbrahim-Q MTK BBC Azərbaycancaya gecə Afət Quliyevanın evini uçurtmadığını deyib.

Tikinti şirkətinin adının çəkilməsini istəməyən əməkdaşı deyib ki, Afət Quliyevanın evi "13,5 kvadrat metrdir və şirkət vətəndaşa hər kvadrat üçün 4-5 min manat pul təklif etsə də, o, bu təkliflə razılaşmayıb.

Daha sonra şirkət bu ilin fevral ayında Afət Quliyevaya şəhərin mərkəzi yerlərindən birində ev təklif etsə də, vətəndaş bu təkliflə də razılaşmayıb, İbrahim-Q MTK əməkdaşı deyib.

Afət Quliyeva isə BBC-yə deyib ki, ona heç nə təklif edilməyib.

Yasamal rayon icra hakimiyyətindən bu hadisə ilə bağlı şərh almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BBC-yə bildiriblər ki, vətəndaşın tələbləri araşdırılır.





Xəbərin oxunma sayı : 649




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap