![]() |
|
![](http://azfakt.com/photos/c4fcc13f-2ac4-41a1-8164-2d1bc23c8dc0.jpg)
![](http://azfakt.com/photos/23180.jpg)
![](http://azfakt.com/photos/4095.jpeg)
![](http://azfakt.com/photos/282112.jpg)
![](http://azfakt.com/photos/798367.jpg)
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/7331944.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
![](http://azfakt.com/photos/7744.jpeg)
AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı…
Tarix 04.07.24, 16:28 |
|
![bitmap-img6](http://azfakt.com/photos/78609.jpg)
Son zamanlar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və onun rəhbəri Səttar Mehbalıyev haqqında mediada çeşidli tənqidi yazılar gedir.
Tribunainfo.az media üzərindən monitorinq və müşahidə apararaq xəbər verir ki, bu tənqidlərin böyük əksəriyyəti konfederasiyanın fəaliyyətsizliyi, başının biznesə qarışması və yan şirkətlər vasitəsi ilə mal-mülk toplaması haqdadır. Hələ bir müddət əvvəl Səttar Mehbalıyevin “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə sanatoriyaları ələ keçirməsinə dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, bu ASC birbaşa Səttar Mehbalıyevə məxsusdur, sadəcə, onun işlədilməsini başqalarına verib.
Bundan savayı, Səttar Mehbalıyevin 30 illik fəaliyyəti dövründə AHİK-i bazara çevirməsi, onu şəxsi biznes kimi istifadə etməsi, habelə üzvlərinin hüquqlarını qorumaması və “putyovka” alveri etməsində ittiham edənlər də az olmayıb. Bu günlərdə isə məlum olub ki, sanatoriyalarda özbaşınalıq pik həddədir. Bu barədə Tribunainfo.az bildirir ki, Bilgəhdə yerləşən Kardiologiya Sanatoriyasında “putyovka” ilə dincəlmək üçün göndərilən vətəndaşlar qalmağa yer tapa bilmirlər. Daha doğrusu, yer var, lakin pulludur. Redaksiyamıza şikayət edən həmin şəxslərdən biri qeyd edir ki, sözügedən sanatoriyada mövcud olan və Həmkarlar İttifaqı xətti ilə gələn şəxslər üçün evlər var ki, onlar pulsuz verilməli olduğu halda, pulla satılır. Şikayətçi deyir: “Kordiologiya Sanatoriyasında özbaşınalıqdır. Həmkar İttifaqı xətti ilə burada dincəlmək və müalicə üçün gəlmişik. Amma yer tapa bilmirik. Çünki sanatoriyanın həyətindəki “domik”lər pulla satılır”.
Şikayətçi bildirir ki, onlar aylıq üzvlük haqqı verirlər və bunun bəhrəsini görmək istəyirlər. “Əgər biz hər ay pul ödəyib, sonda sanatoriyada qalmaq üçün pul ödəyəcəyiksə, o zaman niyə üzvlük haqqı veririk?”.
Müəllimlərin 10 milyonu hara gedir?
Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini araşdıranda dəhşətli mənzərə ortaya çıxır: Səttar Mehbalıyev 30 ildir sədrlik etdiyi bu təşkilatda üzvlük haqlarının üzərində biznes impersiyası qurub və vətəndaşların aylıq əmək haqlarından ayrılan vəsaiti şəxsi cibinin pulu kimi xərcləməklə məşğuldur. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 50 milyon manatdan çox üzvlük haqqı daxil olur.
Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. Bu, 10 milyona yaxın vəsait deməkdir. O cümlədən, 85 mindən çox neftçinin də aylıq əmək haqqından 2 faiz həmkarlara ayrılır. Eyni qayda ilə dövlət müəssisələrində çalışan insanlar da həmkarlara aylıq ödənişlər edir. Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünü belə görə bilir. Bir müddət öncə vəfat edən xalq artisti Ramiz Novruz ömrü boyu həmkarlara aylıq haqq ödəmişdi, amma nə sağlığında bunun faydasını görmüşdü, nə də xəstəliyində.
Tanışlıq, ya da 500 manata almaq
Həmkarlar İttifaqı rəhbərliyi “putyovka”nı tanışlara, şəxsi əlaqələri olanlara verir, eləcə də digərlərini biznesə çevirərək satır. Hazırda Bilgəh və başqa sanatoriyalarda AHİK tərəfindən göndərişlər şəxsi və maddi maraqları müqabilində olur. Bu da qurum sədri Səttar Mehbalıyevin dövlətin mühüm strukturunu illərdir ki, turizm şirkətinə çevirməsindən qaynaqlanır. Məlumatlara görə, AHİK-dən “putyovka” əldə etmək indi özəl tur paket almağa oxşayır. Dövlət qulluqçularına, müxtəlif büdcə təşkilatlarında işləyənlərə, yaradıcı mühitdə olan insanlara aid putyovkalar əsl, sahiblərinə deyil, başqalarına çatır. Bu da Mehbalıyevin gəlirli yay biznesidir. AHİK açıq şəkildə “putyovka”ları 400-500 AZN civarında satır. Həmkarlara aylıq haqq ödəyənlər kənarda qaldığı halda, kim pulunu verirsə, sanatoriyalardan yararlanır.
Üzvlük haqqı ödədiyi halda “putyovka” əldə edə bilməyənlər bildirir ki, AHİK-in tabeliyində olan “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində 5 sanatoriya mövcuddur və bu sanatoriyaların əksəriyyətində “putyovka”lar satılır. “Kurort” QSC-də “putyovka”ları həm nağd şəkildə ödəniş etməklə, həm də cəmiyyətin hesabına müvafiq vəsaiti köçürməklə əldə etmək mümkündür.
“Abşeron”, “Günəşli”, “Bilgəh” bazarı…
Bununla yanaşı, cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan onlarla sanatoriyalar AHİK sədrinin şəxsi biznes obyekti kimi idarə olunur. Uzun illərdir ki, “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalara “putyovka” tapmaq müşküldən də müşkül məsələdir. Məsələnin digər tərəfi isə “putyovka”lardan yararlana bilənlərin narazılığıdır. “Putyovka” əldə edə bilənlər bildirir ki, göndərildikləri yerləri səviyyəsi bərbad, xidmət çox aşağı, şərait isə natəmiz olur. Təkcə bir fakt Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin bütün təbliğat kampaniyasını alt-üst etməyə yetərlidir. 2021-ci ilin noyabrında bir qrup şəhid ailəsi və qazinin mediayada şikayət məktubu yayıldı.
Şikayətdə bildirilirdi ki, “Möcüzəli Naftalan” sanatoriyasına dincəlmək üçün gedən şəhid ailələri və qazilərə nə normal xidmət göstərilib, nə normal qidalanma olub, nə də istirahət. 10 gün nəzərdə tutulan “putyovka” şəhid ailələri və qazilər üçün istirahət yox, əsl cəhənnəm “bileti” olub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəznində olan bu sanatoriyada nə normal xidmət var, nə də fəaliyyət. AHİK yüksək səviyyəli yerləri açıq formada satışa çıxarır, bərbad şəraitli yerləri isə şəhid ailələri və qazilərə layiq görür.
“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Xəzər Teyyublu mətbuatda yayılmış bu xəbərlərin bütün hallarda yoxlanılmasına və araşdırılmasına zərurət olduğunu düşünür. Onun fikrincə, ümumilikdə “putyovka” ilə bağlı hər il problemlər yaşanır və bəzi informasiyalar yayılır. X.Teyyublu hesab edir ki, bu sahədə yeniliklər olmalı, şəffaflıq təmin edilməli, eləcə də ictimaiyyətə hesabat verilməlidir: “Çünki dövlət qulluqçuları öz maaşından hər il ödəniş edirlər. Eləcə də üzvlük pulu ilə bağlı maliyyə hesabatı olmalıdır. Hər halda, belə xəbərlər varsa, deməli, araşdırıla bilər”.
Xəbərin oxunma sayı : 745
Sosial
Xəbərlər
-
Aysel Teymurzadə gözəlliyi ilə heyran etdi - FOTO
-
Cıdır düzündən qürurlu anlar... - VİDEO
-
“Ukrayna rus əsirliyindən 3310 nəfəri qaytarıb” – Zelenski
-
Bulvarda kişi qadını döydü - DİN-dən açıqlama
-
Rusiya və İrandan qərar - Bir-birinin bank kartlarından istifadə edəcəklər
-
Sumqayıtda qadın həbs edildi - 47 mindən çox pul oğurladığına görə
-
“HƏMAS ABŞ-nin təklifini qəbul etdi” – “Reuters”
-
Sabiq nazirin bankı Röyanın keçmiş qaynatasından nə istəyir? - Məhkəmə
-
72 yaşlı kişi şüşə parçası ilə öldürüldü - Oğlu saxlanıldı
-
“ABŞ-ın uzun müddətdir prezidenti yoxdur“ - İlon Mask
-
Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə SAXLANILDI
-
“Vusal Slow“ adlı restoran qanunlara üz çevirib - Bu qanunsuzluqa “dur!“ deyən tapılacaq?
-
Gənclər arasında sürətlə yayılan xəstəlik – SƏBƏB NƏDİR?
-
Prezidentlərin səfəri başa çatdı - FOTOLAR
-
Merihə oyun, onlara pul cəzası - Futbol qurumlarının ikili standartı
-
AZAL-dan xəbərdarlıq: saxta reklam...
-
Parlament seçkilərində qeydə alınan partiyaların sayı 10-a çatdı - SİYAHI
-
Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək - KİV
-
Azərbaycanın gəmiçilik tarixində ilk - “Xocalı” ABŞ limanında
-
“CF Kristal” kolbasasında zərərli maddələr var – Xəbərdarlıq
-
Rəşad Dağlının uşaqlarının gizli xeyirxahı KİMDİR? - VİDEO
-
86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb - 10 nəfərin namizədliyi təsdiqlənib
-
Bayden Zelenski ilə görüşəcək - NATO sammitində
-
İlqar Məmmədov imza yığmağa başladı – Asim Mollazadə ilə rəqib olur?
-
“29 ay vəzifədə olmuşam, 30 aydır cəzasını çəkirəm” - 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə
-
Ağstafa icra başçısının macəra dolu həyatı: Seymur Orucovun başı qalmaqaldan açılmır
-
“Putini dayandıran oğlan mənəm...“ - Bayden
-
Kəndlinin ucuz satdığı meyvə-tərəvəz şəhərlərdə “əl yandırır” - Araşdırma
-
Metroda kondisioner problemi nə vaxt həll ediləcək? - VİDEO
-
Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq - Prezident
-
Şuşada Qarabağ Bəyannaməsi imzalandı - FOTOLAR
-
Hakan Fidan Cıdır düzündə “Çanakkala türküsü“nü dinlədi - VİDEO
-
“Ən böyük dayağımız Türk Dövlətləri Təşkilatıdır“ - Cövdət Yılmaz
-
İlham Əliyev TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - FOTOLAR
-
“Bakı ilə İrəvanın münasibətlərində Qərb ölkələrinin mövqeyi bizi qane etmir“ - Hakan Fidan
-
Prezident Əliyevdən mühüm mesajlar - Qarabağda Zirvə görüşü + VİDEO
-
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
-
Şuşada TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilir – FOTOLAR
-
Mərkəzi İncəsənət Məktəbində yoxlama - Direktor işdən çıxarıldı
-
Dövlət Məşğulluq Agentliyində iki təyinat - FOTO
-
“Ermənistan” AES bağlanır - ABŞ və Aİ yenisini inşa edəcək
-
Cıdır düzündə “Bayatı-Şiraz” ifası - Şuşadan qürurverici GÖRÜNTÜLƏR + VİDEO
-
“Həkim rəyindən sonra qərar qəbul edəcəm“ - Fəzail Ağamalı
-
“Sizi Azərbaycana dəvət edirəm“ - İlham Əliyev Pezeşkianiyə məktub göndərdi (MƏTN)
-
Türkiyə kəşfiyyatı türk bayrağına hücum edənləri ələ keçirib - VİDEO
-
Məhərrəm ayı başlayır - Sabahdan
-
Xocalı aeroportunda dəyişiklik ediləcək - FOTO
-
Avropadan Kremlə səfər - Orban Brüsselin strategiyasını dəyişdirə biləcəkmi?
-
İlham Əliyev Merih Demiralla bağlı paylaşım etdi - “Cəza ədalətsizdir”
-
Dağıstan rəhbəri terror aktından danışdı: “Hücuma yaxşı hazırlaşıblar“
-
163 milyon manatlıq dərman tenderlərinin - 100 milyonu 2 şirkətə verilib
-
Tikinti şirkəti vətəndaşın evini zədələyib – VİDEO
-
Su butulkasında bu kod varsa, onu içməyin! - Xəbərdarlıq
-
İranda keçirilən prezident seçkilərinin ikinci turu seçildi - Pezeşkiani qalib gəldi
-
Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi?
-
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib - FOTO
-
Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - DOSYE
-
Dövlət qulluğuna qəbul imtahanında səhv suallar olub? - İDDİA
-
AVRO-2024: Fransa yarımfinala çıxdı
-
Aygün Kazımova “Vogue Kraliçası“ oldu - VİDEO
-
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - Nələr müzakirə olunub?
-
MİQ imtahanı verənlərin nəzərinə! - Müraciətlər başlayır
-
Prezidentlərin Şuşada qeyri-rəsmi naharı olub - FOTO
-
Viktor Orban Azərbaycana səfərə gəlib - FOTO
-
AVRO-2024: İspaniya yarımfinda
-
Ərdoğana bu təklifi İlham Əliyev verib - Türkiyə Prezidentinin Şuşa Sammitinə qatılmamasının detalları açıqlandı
-
Orbanın Moskvaya səfəri Kiyevlə müzakirə olunmayıb - Ukrayna XİN
-
Azərbaycanda havanın temperaturu artır - Əhaliyə xəbərdarlıq (VİDEO)
-
Məhkəmə Mehdiyevin kürəkəninin əleyhinə qərar verdi – 52 hektar torpaq sahəsi əlindən alındı
-
Ersin Tatar Xankəndidə! - FOTOLAR
-
Üç kollecə direktor təyin olunub - Onlar kimdir?
-
Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu
-
Putinlə Orban görüşdü - İki saat yarım müzakirə
-
Gənc qız binadan düşüb öldü - İntihar, yoxsa ehtiyatsızlıq?
-
Deputata məxsus olduğu deyilən şirkət cərimə olunur - SƏBƏB
-
Tarixi və hüquqi ədalətin bərpası naminə Azərvaycan ziyalılarına çağırış - Adəm İsmayil Bakuvi yazır
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşanı gəzdi - Fotolar
-
Müalicə üçün Azərbaycana hansı ölkələrdən nə qədər insan gəlib? – Siyahı
-
Saleh Məmmədovun təyin etdiyi rəisə cinayət işi açıla bilər - 4 milyonluq borc
-
Vüqar Əhmədov vətəndaşları qəbul etdi - Oğuzda
-
Britaniyanın yeni Baş naziri seçildi - FOTO
-
Prezident Gövhər Ağa məscidinin açılışında iştirak etdi - Fotolar
-
Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi - Nazirdən əmr
-
Bakıda restoranda yanğın çıxdı - Qadın tüstüdən zəhərləndi
-
İlham Əliyev Hakan Fidanı qəbul etdi - Şuşada
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“UltraMed” klinikası lisensiyasız fəaliyyət göstərir? - İDDİA
-
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb - FOTO
-
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Prezident Şuşada Ersin Tatarı qəbul edib - FOTO
-
“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir - FOTO
-
Qırğızıstan Prezidenti Azərbaycana gəldi - FOTO
-
Prezident “İsa bulağı”nda çay içdi - Fotolar
-
UEFA-dan rəsmi qərar - Merih Demirala 2 oyunluq cəza
-
Avropa İttifaqı İlon Maskı cərimələmək istəyir - “Bloomberg“
-
Xankəndidə “Palace” hotelin açılışı oldu - Fotolar
-
Restoranlarda baha qiymətə təqdim olunur – Son yeməyiniz ola bilər!
-
Üç nazirlik əhaliyə birgə müraciət etdi - Yanğınla bağlı
-
Prezident Xankəndidə açılışlar etdi - FOTOLAR
-
Ersin Tatar Füzuliyə getdi - Fotolar
-
Dövlət qurumunda kadr dəyişikliyi - yeni şöbələr yaradıldı
-
İnternetdə azyaşlı qızların tərbiyəsiz videosu yayıldı: polis hərəkətə keçdi
-
Sabah 39 dərəcə isti olacaq - PROQNOZ
-
Vətəndaşın evinə zərər vuran söküntü işləri dayandırılıb - DİN
-
Prezidentin iqamətgahına oğru girib – Bir miqdar pul və sənədlər oğurlanıb
-
MTK rəhbəri Vidadi Zeynalovun evini baş həkimə satmaq istəyirmiş - TƏFƏRRÜAT
-
Bakıda polisdən əməliyyat: “Wolt“ sürücüsü və qadın sərnişin cinayət başında yaxalandılar
-
“Neftçi” işçilərinin yeməyini kəsdi - FOTO
-
Gecə körpüyə çıxıb intihar etmək istədi - VİDEO
-
“Deputatlığa namizəd olmayacağam, yaradıcılıqla məşğulam...“ - Hüseynbala Mirələmov
-
Milli Məclisin İşlər İdarəsi təftiş olunub - 66 milyon manatlıq vəsait necə xərclənib?
-
Bakıda kütləvi dava - Gənclər bir-birini bıçaqladılar
-
Naxçıvan Ali Məclisində yoxlama aparılıb, nöqsanlar üzə çxıb - DETALLAR
-
Prezident Qarabağ Universitetinə getdi - FOTO
-
Cavanşir körpüsü tarixə qovuşdu: Yerində inşa ediləcək yol nə zaman istifadəyə veriləcək?
-
İlham Əliyev Xocalı hava limanında - FOTOLAR
-
Növbəti delimitasiya hansı ərazilərdə aparılacaq? - VİDEO
-
Günəşdəki partlayışlar Yerin ozon qatını məhv edə bilər - Alimlərdən xəbərdarlıq
-
UEFA Demiralla bağlı yekun qərarı sabah verəcək – Türkiyə Futbol Federasiyası
-
“Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur“ - Şarl Mişel
TOP 10
ARXİV