Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO Aygün Kazımovadan cazibədar - Fotolar Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO
Axtar
 
  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

  • / Maqazin / — 26 İyun 2024

    Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO

  • / Maqazin / — 25 İyun 2024

    Aygün Kazımovadan cazibədar - Fotolar

  • / Maqazin / — 19 İyun 2024

    Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO

  • / Maqazin / — 18 İyun 2024

    Məşhurlarımız özlərinə hansı biznesi qurublar? - SİYAHI

  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

Kəlbəcər rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin edildi - DOSYE

Tarix 01.07.24, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

AzFakt.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, 1979-cu ildə anadan olan Bəşir Hacıyev 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub.
Bəşir Hacıyevin Azərbaycanda mehmanxana idarəetməsi sahəsində ilk menecer olduğu bildirilir. O, “İçəri Şəhər” adlı butik oteldə iş fəaliyyətinə başlayıb və on ildən çox müddət ərzində mehmanxana idarəetməsində çalışıb. 2010-cu ildə Azərbaycan Turizm Assosiasiyasi İdarə Heyətinə üzv, daha sonra ASK-nın tərkibində fəaliyyət göstərən “Turizm” komissiyasının sədr müavini seçilib.
Qeyd edək ki, Bəşir Hacıyev bu vəzifəyə qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsini icra edib. Daha əvvəl isənümayəndəliyin baş məsləhətçisi olub.



Xəbərin oxunma sayı : 721




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap