Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO Aygün Kazımovadan cazibədar - Fotolar Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO
Axtar
 
  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

  • / Maqazin / — 26 İyun 2024

    Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO

  • / Maqazin / — 25 İyun 2024

    Aygün Kazımovadan cazibədar - Fotolar

  • / Maqazin / — 19 İyun 2024

    Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO

  • / Maqazin / — 18 İyun 2024

    Məşhurlarımız özlərinə hansı biznesi qurublar? - SİYAHI

  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

Niyam Salami “Star Dostluq”dakı konsert vədinə niyə əməl etmədi? - Restoran isə özünü haqlı sayır…

Tarix 01.07.24, 20:01

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Niyam Salami ilə Şıxovda dəniz kənarında yerləşən “Star Dostluq” restoranı arasında yaranan anlaşılmazlıq sonda vətəndaşların kütləvi aldadılması ilə nəticələnib. 

AzFakt.com xəbər verir ki, Azinforum.az-a şikayət edən narazı vətəndaşlar bildirirlər ki, onlar Niyam Salaminin “İnstaqram” səhifəsindəki paylaşımında gördükləri anonsa uyğun olaraq, sözügedən restoranla əlaqə saxlayıb ödəniş ediblər. Həmin paylaşımda Niyam Salami elan verib ki, iyun ayının 30-da sözügedən restoranda şou proqramla çıxış edəcək. Aldadılan vətəndaşlar bildirilər ki, bu elana inanaraq, əvvəlcədən yer sifariş etmək üçün “Star Dostluq”a 50 manat beh göndəriblər. Qaydalara görə, ödənilən 50 manat sonda veriləcək hesabda ödəniş olaraq nəzərə alınacaqmış. Ancaq restorana gedən vətəndaşlar səhnədə Niyam Salamini görə bilməyiblər. Onlar deyirlər ki, bu səbəbdən də restoran ödədikləri 50 manatı onlara geri qaytarıb. Bu məsələni aydınlaşdırmaq üçün “Star Dostluq” restoranı ilə əlaqə saxladıq.

Özünü Xəyal kimi təqdim edən restoranın musiqi rəhbəri Azinforum.az-a açıqlamasında belə bir hadisənin doğrudan da olduğunu təsdiqlədi: “Bəli, restoranla Niyam arasında belə bir razılaşma olmuşdu. Niyam hətta öz səhifəsində bu elanı paylaşmışdı da. Biz ona 300 manat beh də göndərmişik. Həmin ödənişin çekini də sizə verə bilərik. Son anda Niyam dedi ki, hazırda onunla birlikdə çalışan Elçin Allahverdiyev adlı iş adamı məhz bu restoranda ona oxumağa icazə verməyib. Bu səbəbdən də razılaşmanı pozdu. Biz məcbur qalıb müştərilərimizin ödənişlərini əvvəlcədən geri qaytardı. Bəziləri isə gəlib restoranda bu hadisədən xəbər tutdular. Onların da pulunu burada ödədik. Heç də yaxşı hadisə deyil. Bu, bizim reputasiyamıza çox mənfi təsir etdi”.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, Niyama bu qadağanın qoyduğu iddia edilən Elçin Allahverdiyev adlı iş adamı ilə hazırda “Star Dostluq”u işlədən şəxs arasında bir prinsip yaşanır. Qadağanın səbəbi bununla bağlıdır. Sual oluna bilər ki, onda isə Niyam niyə öz qazancından keçib, bu adama qulaq asmaq məcburiyyətində qalıb? İş burasındadır ki, Niyam Salami hazırda “Qızıl Qaya” adlı restoranda Elçin Allahverdiyevlə şərik fəaliyyət göstərir. Qeyd edək ki, Elçin Allahverdiyev həmçinin Xırdalan dairəsində yenicə açılışı olan “Qədr Xum” adlı restoranın sahibidir. Səslənən ittihamlarla bağlı Niyam Salami ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun da mövqeyini dinləməyə hazırıq.

 



 



Xəbərin oxunma sayı : 814




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap