Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO Aygün Kazımovadan cazibədar - Fotolar Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO
Axtar
 
  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

  • / Maqazin / — 26 İyun 2024

    Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO

  • / Maqazin / — 25 İyun 2024

    Aygün Kazımovadan cazibədar - Fotolar

  • / Maqazin / — 19 İyun 2024

    Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO

  • / Maqazin / — 18 İyun 2024

    Məşhurlarımız özlərinə hansı biznesi qurublar? - SİYAHI

  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

“Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli imkanları tükənir“ - Nebenzya

Tarix 02.07.24, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


“Zaman keçdikdə Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli imkanları tükənir”.

APA-nın “Associated Press“ə istinadən xəbərinə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

O, Ukrayna Prezidenti Vladimir Zelenskinin təqdim etdiyi sülh planını da ciddi tənqid edib və sonuncunu realist olmağa çağırıb. Daimi nümayəndə getdikcə vəziyyətin daha da gərginləşəcəyini ehtimal etdiyini də söyləyib.

V. Nebenzya bildirib ki, Rusiya-Ukrayna münaqişəsi 2022-ci ildə İstanbul görüşü zamanı başa çata bilərdi, amma Ukrayna bu imkandan istifadə etməyib.

Diplomat ABŞ-nin 45-ci Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində dayandıra biləcəyi barədə dediklərini də absurd adlandırıb.

Qeyd edək ki, Donald Tramp Co Baydenlə debat zamanı Ukraynada müharibənin başa çatması üçün real imkanın 2022-ci ildə yarandığını, lakin tərəflərin bu şansdan istifadə etmədiyini bildirib. Onun sözlərinə görə, yenidən prezident seçilərsə, münaqişəni 24 saat ərzində həll edə biləcək.



Xəbərin oxunma sayı : 478




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap