“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Süni intellektin inkişafı elektrik istehlakını kompensasiya edəcək - Bill Qeyts

Tarix 30.06.24, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


Londonda keçirilən "Breakthrough Energy" Sammitində milyarder, xeyriyyəçi və "Microsoft" IT korporasiyasının qurucusu Bill Qeyts süni intellekti (AI) müdafiə edub. O, ən böyük neyron şəbəkə sistemlərini idarə edən məlumat mərkəzlərinin yüksək enerji istehlakı ilə bağlı narahatlıqlardan danışaraq bildirib ki, AI-nin ətraf mühitə vurma potensialı şişirdilir. Onun sözlərinə görə, gələcəkdə süni intellektin daha da inkişafı indiki yüksək elektrik istehlakını kompensasiya edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nüvə reaktorlarını inkişaf etdirən "TerraPower" şirkəti də daxil olmaqla enerji sektoruna verdiyi töhfələrlə tanınan Qeyts süni innovasiyanın elektrik enerjisinə artan tələbatı üstələyə biləcəyini vurğulayıb. Bununla belə, o etiraf edib ki, "Microsoft" şəxsi məlumat mərkəzlərinin genişləndirilməsi səbəbindən istixana qazı emissiyalarını artırmaq problemi ilə üzləşir.

Süni intellekt texnologiyalarının ətraf mühitə bəzi mənfi təsirləri olsa da, Qeyts texnologiya şirkətlərini təmiz enerjinin təşviqindəki roluna görə tərifləyib. Onun fikrincə, bu investisiyalar təkcə bərpa olunan enerji mənbələrinin artımını dəstəkləmir, həm də yer atmosferinə CO2 emissiyalarının azaldılması üzrə qlobal səylərə uyğundur.



Xəbərin oxunma sayı : 691




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap