“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Japarov bacısı qızının bu davranışına görə üzr istədi - VİDEO

Tarix 27.06.24, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Qırğızıstan Prezidenti Sadır Japarovun bacısı qızı Lazzat Nurkojoyeva evlilik təklifi ilə bağlı ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus  helikopterdən istifadə edib. Belə ki, onun sevgilisi ilə Oruu-Say dərəsinə uçduğunu göstərən video səs-küyə səbəb olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısının yaxın qohumunun sevgilisi ilə birlikdə FHN-in təyyarəsindən bu formada istifadəsi birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri onu tənqid edərək bildiriblər ki, ölkə rəhbərlərinin qohumları və dostları başqalarına nümunə olmalıdırlar: “Fövqəladə Hallar Nazirliyi helikopteri bunun üçün alıbmı? Prezident deyib ki, israfçılığa son qoyulsun”.

Sadır Japarov məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Lazzat gələcək həyat yoldaşı ilə prezidentin israfçılığın qadağan edilməsi təşəbbüsünü dəstəkləməli idi.

“Düz deyirsiniz, ölkə rəhbərliyinin qohumları başqalarına nümunə olmalıdır. Mən dəfələrlə demişəm ki, israfçılığı dayandırmaq lazımdır. Ən azı gələcək kürəkən bu təşəbbüsü dəstəkləməli, həm məni, həm də özünü cəmiyyətin tənqid hədəfi etməzdən əvvəl düşünməli idi. Düşünürəm ki, o, gənc olduğu üçün bunu edib”, - Qırğızıstan Prezidenti “Kabar” agentliyinə şərhində deyib.

O əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi yeni helikopterlər alıb: “Biz helikopterlərin kommersiya məqsədləri üçün istismarına icazə vermişik. İstənilən şəxs vertolyot icarəyə götürə bilər və hər qəpik dövlət büdcəsinə daxil olur ki, biz gələcəkdə yeni helikopterlər ala bilək. Beləliklə, təyyarə parkı mütəmadi olaraq yenilənəcək”.

Prezident bacısı qızının hərəkətinə görə üzr də istəyib: “Əvvəllər başqalarını tənqid edirdim, amma indi özüm buna məruz qalıram. Bacım qızına görə xalqdan üzr istəyirəm, o hələ gəncdir, cəmiyyətdən də tənqid görür. Ümid edirəm ki, o, düzgün nəticə çıxaracaq”.






Xəbərin oxunma sayı : 781




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap