“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Yasamalda ağacların kökündən qopması ilə bağlı MÜƏMMA... - Külək, yoxsa MTK?

Tarix 28.06.24, 10:49

Font ölçüsü : - / +
bitmap-img6


Yasamal rayonu, Həsən bəy Zərdabi 69 ünvanında ağaclar müəmmalı şəkildə kökündən qopur. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə sosial şəbəkədə sakinlər bildirib.

Şəymən Bayramova adlı Facebook istifadəçisi yazıb ki, Yasamalda 3 ağac müəmmalı şəkildə kökündən aşıb.
"Guya ağaclar gecə əsən küləyin təsirindən qırılıb. Ərazidə yaşayan sakinlər isə iddia edir ki, dünən həmin ərazidə bu ağacları kökündən qıracaq qədər şiddətli külək olmayıb. Hər tərəfdən hündürmərtəbəli binalarla əhatə olunmuş ərazidə üç sağlam ağacın eyni vaxtda, peşəkarcasına qırılması şübhə doğurur." - Bayramova bildirib.
O qeyd edib ki, Zərdabi 69 ünvanında yerləşən beşmərtəbəli bina uzun müddətdir qəzalı vəziyyətdədir və üzbəüzdə (5-6 metr aralıda) yeni hündürmərtəbəli binalar inşa edilir. Uzun müddət tikintisi davam edən inşaatın qarşı binada yaşayan sakinlərlə MTK arasında yaşanan anlaşılmazlıq səbəbindən ləngidiyi qeyd edilib.
"Onu da deyək ki, həmin binanın ərazisindəki digər ağaclar da zaman- zaman müəmmalı şəkildə kökündən aşıb. Odur ki, sakinlər sözügedən MTK-nın tikdikləri binanın həyətini genişləndirmək üçün ağacları bilərəkdən məhv edərək "külək qırıb" görüntüsü yaratmasını istisna etmirlər" - Ş.Bayramova yazıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ağacların aşma səbəbləri və sakinlərin iddiaları araşdırılacaq.



Xəbərin oxunma sayı : 685




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap