“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Lənkəran və Astarada evləri su basdı, vətəndaşlar təxliyə edildi – VİDEO

Tarix 27.06.24, 11:20

Font ölçüsü : - / +
bitmap-img6


İntensiv yağan yağışlar nəticəsində Lənkəran rayonunun Narbağı, Astara rayonunun Təngərüd və Maşxan kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

AzFakt.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, ərazilərə cəlb olunan FHN-in Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi həyata keçirilib, müvafiq təhlükəsizlik tədbirləri görülüb.
“Qeyd olunan yaşayış məntəqələrindən 4-ü uşaq olmaqla ümumilikdə 11 nəfər təxliyə olunub.
Bundan əlavə, Hacıqabul rayonun İkinci Udullun kəndində subasma nəticəsində evdə köməksiz vəziyyətdə qalmış bir nəfər Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən təxliyə edilib.
Həmçinin, Mülki müdafiə qoşunlarının xilasediciləri tərəfindən Qəbələ rayonunun Solquca kəndi yaxınlığında çayda suyun artması səbəbindən çay yatağında qalan içərisində 4 nəfərin olduğu minik avtomobilinin çıxarılması üçün müvafiq köməklik göstərilib”.





Xəbərin oxunma sayı : 739




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap