“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Sayı 7000-ə qədər azalan taksilərdə qiymətlər artacaq - VİDEO

Tarix 27.06.24, 23:32

Font ölçüsü : - / +
bitmap-img6


İyul ayının 1-dən ölkədə, xüsusilə də paytaxt Bakıda ciddi taksi çatışmazlığının yaşanacağı gözlənilir. Taksilərlə bağlı yeni tələblər əvvəllər bu sektorda necə gəldi fəaliyyət göstərənlərin sayını azaldacaq.

İqtisadçı ekspert. Fuad İbrahimov deyir ki, əvvəllər qeyri-rəsmi rəqəmlərə görə, 45-50 min taksi fəaliyyət göstərirdi. Ancaq indiki rəsmi rəqəmlərə görə, həmin şəxslərin sadəcə 7 mindən biraz çoxu icazə vərəqi alıb. Başqa sözlə, iyul ayının 1-dən etibarən hələlik işləmək üçün bu sayda taksi sürücüsünün rəsmi icazəsi olacaq.

Ekspertin fikrincə, nəticədə tələb təklifi üstələdiyi üçün qiymətlər artacaq.

Onun sözlərinə görə, bahalaşmanın da müəyyən həddi olmalıdır. İndiki vəziyyətdə taksidən istifadə zamanı taksi operatorları tərəfindən minimum qiymət prinsipi tətbiq edilir. Pik saatlarda və sifarişlər çox olduğu zaman taksi operatorları tarifi daha yüksək hədlə hesablamağa başlayırlar. Başqa sözlə, eyni məsafədə həm ekonom, həm komfort, həm də bizness sinifinə aid taksi xidmətindən istifadə bəzi hallarda 2-3 dəfəyə yaxın baha başa gəlir.

Taksi tariflərinin minimum və maksimum hədlərinin müəyyən edilib-edilməyəcəyi məsələsinə aidiyyəti qurum da aydınlıq gətirib. Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

 

 

 

 






Xəbərin oxunma sayı : 577




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap