Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Diabet xəstələri üçün möcüzəvi “qızıl çay“

Tarix 23.06.24, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


2-ci diabet bir çox insanın həyatını çətinləşdirən xəstəliklərdən biridir. Xüsusilə qan şəkərinin yüksəlməsi bu xəstələr üçün olduqca narahatedici haldır.

AzFakt.com Medicina.az-a istinadən xəbər verir ki, elmi araşdırmalar yeməkdən sonra qan şəkərinin yüksəlməsinin qarşısını çobanyastığı çayı ilə almağın mümkün olduğunu sübut edib.

Xüsusilə 2-ci tip diabetlilər gündə 3 stəkan çobanyastığı çayı içərək qan şəkərini tarazlaya bilərlər.

“Qızıl çay” adlandırılan çobanyastığı çayının qlisemik nəzarətə və antioksidant səviyyələrinə necə təsir etdiyini araşdıran tədqiqatçılar 64 iştirakçı üzərində təcrübə aparıblar. 30-60 yaşlı insanlar 2-ci tip şəkərli diabetdən əziyyət çəkirdilər. Onlar 8 həftə ərzində hər yeməkdən sonra gündə 3 dəfə çobanyastığı çayı içiblər. Başqa bir qrup isə çobanyastığı çayı əvəzinə su içib.

Tədqiqatlar çobanyastığı çayı içən qrupda HbA1c və serum insulin səviyyələrinin "əhəmiyyətli dərəcədə" azaldığını və nəzarət qrupu ilə müqayisədə ümumi antioksidant qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərib.

Araşdırma çobanyastığı çayının diabet riskini azaltmağa kömək edə biləcəyini də sübuta yetirib.

Bununla belə, elm adamları deyirlər ki, daha geniş populyasiya ilə tədqiqatlara ehtiyac var.



Xəbərin oxunma sayı : 583




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap