“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Etibarnamə ilə avtomobil satdı, adına 3280 manat cərimə gəldi - VİDEO

Tarix 18.06.24, 22:58

Font ölçüsü : - / +
bitmap-img6


Etibarnamə ilə avtomobil satan şəxs sürücülük hüququndan məhrum edilib, adına 3280 manat cərimə gəlib.

Hadisə paytaxt sakini Rəşad Rəsulovun başına gəlib. Sürücü iddia edir ki, 2014-cü ildə Mansur Xəlilov adlı paytaxt sakininə ``90-LA-273`` dövlət qeydiyyat nişanlı ``Vaz-2104`` markalı avtomobili baş etibarnamə ilə satıb. Nəqliyyat vasitəsini alan şəxs bir ildən sonra avtomobili adına keçirmədiyindən törətdiyi inzibati xətaların cəriməsi ona gəlir.

Sürücü deyir ki, cərimə məbləği külli miqdarda olduğundan onu ödəməyə gücü çatmır. Avtomobili alan şəxs ona kömək edəcəyi vədini versə də, sonradan zənglərinə cavab verməyib. Rəşad Rəsulovu narhat edən başqa məqamlar da var.

Sürücü məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə də məlumat verib.

İdarədən ona bildirilib ki, ``90-LA-273`` dövlət qeydiyyat nişanlı avtomobil axtarışdadır. Yol hərəkəti qaydaları üzrə ekspertlər bildirirlər ki, qanunvericiliyə görə, cərimə məbləği, etibarnamə ilə avtomobil idarə edən şəxs tərəfindən ödənilməlidir. Əgər sürücü bundan imtina edərsə, mülkiyyətçi həmin şəxsi məhkəməyə verməklə ödətdirə bilər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.






Xəbərin oxunma sayı : 1678




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap