“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Nazir həyat yoldaşını İngiltərədə hansı pulla oxutdurur? – Təhsilinə milyonlar xərclənir

Tarix 22.06.24, 21:28

Font ölçüsü : - / +
bitmap-img6


Jurnalist Cavanşir Həsənli elm və təhsil naziri Emin Əmrullayevin həyat yoldaşı Nigar Əmrullayeva – Hənifəyevanın Birləşmiş Krallığın nüfuzlu ali məktəbində təhsil alması barədə məlumat paylaşıb.

AzToday.az xəbər verir ki, jurnalist nazirə həyat yoldaşının təhsil haqqının hansı mənbədən maliyyələşdirilməsi barədə sual ünvanlayıb:

“Hörmətli elm və təhsil naziri Emin Əmrullayeva bir sual ünvanlamışdım. Hələ də cavab verə bilmir. Sual ondan ibarət idi ki, hörmətli nazirimiz həyat yoldaşı Nigar Əmrullayeva – Hənifəyevanın Cambridge Judge Business School-da iki illik təhsil haqqını hansı mənbədən ödəyir. Şəxsi büdcəsindən, yoxsa nazirlik hesabına?

Cənab nazirin xanımının illik təhsil haqqının miqdarı ilə bağlı bir az yanlışlığa yol vermişəm. Bu səbəbdən düzəliş etmək istərdim. Əvvəl qeyd etdiyim illik 63 min funt sterlinq məbləğ sadəcə bakalavr təhsilinə aiddir və əslində Əmrullayev ailəsinin ödədiyi məbləğ bundan xeyli çoxdur.

Üstəlik xanım Əmrullayeva məhz həyat yoldaşının karyerasının yüksəldiyi dövrdə Londondakı Kral Kollecinin (King College) diplomunu alıb. Burada xarici tələbələr üçün illik təhsil haqqı 37 min funt sterlinq, Londonda bir tələbənin yaşayış xərcləri təxminən 1800 funt sterlinq təşkil edir.

Təəssüf ki, cənab Əmrullayevin həyat yoldaşının Kral Kollecində təhsilinin də hansı mənbədən ödəndiyi bəlli deyil. Bir daha qeyd edirəm ki, Emin Əmrullayev nazir olana qədər onun həyat yoldaşı məktəbəqədər təhsil müəssisəsində təlimçi işləyib.

Nigar Əmrullayeva – Hənifəyeva King College ilə kifayətlənməyərək 2023-cü tədris ilində İngiltərədə sözügedən ali təhsil müəssisəsində MBA təhsili (Biznesin İdarə Olunması) almağa bağlayıb və ikiillik proqramı gələn il başa vuracaq. Siyahı üçün link:

(https://www.jbs.cam.ac.uk/…/the-cambridge-emba-class…/)

Qlobal Executive MBA üçün təhsil haqqı 102,235 funt sterlinq təşkil edir. Yəni cənab nazirin həyat yoldaşının ikiillk beynəlxalq MBA təhsili (sadəcə təhsil haqqı) 205 min funt sterlinq təşkil edir. Söhbət nə az – nə çox 450 min manatdan gedir. Diğər xərclər – səfər və yaşamaq, qida, zəruri vəsaitlər xərcləri bura daxil deyil.

Qeyd: Beynəlxalq səviyyəli MBA diplomuna sahib olan şəxs xüsusilə karyerasında yüksələ və daha yüksək maaşlı vəzifədə çalışa bilər.

Yeri gəlmişkən, Azərbaycan Beynəlxalq Bankın Maliyyə menecmenti departamentinin direktoru Əli Dadaşzadə də həmin ali təhsil müəssisəsində MBA təhsili alır. Ümumiyyətlə həmin sinif üzrə təhsil proqramına qatılanların əksəriyyəti bankirlər və iş adamlarıdır.

Bəs Əmrullayev? Qoy özü aydınlıq gətirsin”.

Jurnalist daha sonra paylaşdığı statusunda qeyd edib ki, nazir Emin Əmrullayevin həyat yoldaşı ilə bağlı məlumatı açıqladığından bircə gün keçməmiş Kembric Universiteti Judge Business School-da MBA təhsili alan tələbələrin siyahısı olan səhifəni bağlayıb:

“Bilmirəm texniki problemdir, yoxsa bizim nazirin əli o qədər uzundur, amma hər halda fakt faktlığında qalır və linkin bağlanması nazirin üzərinə ciddi şübhələr yönəldir.

Amma bu heç nəyi dəyişmir, cənab nazir!”

Elm və Təhsil Nazirliyi səslənən iddialara hələlik münasibət açıqlamayıb.



Xəbərin oxunma sayı : 766




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap