“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

“Əcəb edib ərimi aldatmışam“ deyən qadını atası qantellə öldürdü - VİDEO

Tarix 22.06.24, 8:48

Font ölçüsü : - / +
bitmap-img6


Ata həyat yoldaşına xəyanət etdiyini düşündüyü üçün qızını qətlə yetirib.

Belə ki, Rəşad (Adlar şərtidir) və Fatimə metroda tanış olub, ailə həyatı qurublar.

Onların münasibətləri ailə həyatına keçdikdən sonra sevgi hissləri soyumağa başlamışdı və aralarında tez-tez münaqişə baş verirdi.

Fatimənin atası Vidadi onları barışdırmaq üçün hər dəfə rayondan Bakıya gəlməli olurdu. Növbəti dəfə yenə Vidadi Fatimə və Raşadın yaşadığı evə gəlir. Onları barışdırıb getdikdən sonra Rəşad və Fatimə yenidən isti münasibət qurmağa qərar verirlər. Lakin bu barışıq cəmi bir gün çəkir. Aralarında yenidən gərgin münasibət və dava başlayır. Rəşad əsəbiləşir və evdən gedir.

Həmin gün Fatimə evdə tək idi və iş yoldaşlarından biri ilə telefonla danışır, ona sərbəst yaşamaq istədiyi barədə deyir. Bütün bunlar davam edərkən Rəşad Fatimənin aldatdığını düşünərək, onu izləmək qərarına gəlir.

Növbəti gün Rəşad həyat yoldaşı Fatiməni evdən çıxıb işə gedərkən izləməyə başlayır. Fatimə satıcı işlədiyi mağazada olarkən Rəşad qəfil oraya gəlir və yalandan telefonunun xarab olduğunu və vacib zəng edəcəyini deyərək Fatimənin telefonunu istəyir. Fatimə tərəddüd etmədən telefonu ona verir. Bundan istifadə edən Rəşad Fatimənin telefonundakı mesajlara daxil olur və onun həmkarı ilə söhbətlərinin fotolarını çəkir. Sonra telefonu qaytarır və çıxıb gedir.

Həmin gün Vidadi Rəşadın gözlənilməz zəngindən sonra Bakıya gəlir. Nə baş verdiyini bilmək və məsələni yoluna qoymaq istəyir.

O, Rəşadla kafelərdən birində görüşür. Vidadi düşünürdü ki, yenə də aralarında adi dava olub. Amma Rəşad məsələnin tam başqa olduğunu, Fatimənin ona xəyanət etdiyindən şübhələndiyini deyir.

Vidadi əsəbi halda qızı Fatimənin yaşadığı ünvana gedir. Qızının dediklərini dinləmək və hər şeyi aydınlaşdırmaq istəyir. Amma onlarına arasında mübahisə yaranır. Vidadi qızına "mənə deyiblər ki, sən həyat yoldaşına xəyanət edirsən" söyləyir. Fatimə isə atasına "Əcəb etmişəm" deyir.

Vidadi əsəbini cilovlaya bilmir və Rəşadın istifadə etdiyi idman aləti ilə qızının başına zərbə vurur. Fatimə aldığı zərbələrdən hadisə yerində həyatını itirir.

Ətraflı Baku TV-nin süjetində:








Xəbərin oxunma sayı : 1045




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap