“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Biləsuvarda gənc oğlan arvadına dəhşətli işgəncələr verdi, qayınatasını öldürdü – Şok təfərrüat

Tarix 13.05.24, 20:40

Font ölçüsü : - / +
bitmap-img6


Biləsuvar rayonunda 1991-ci il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qayınatası Səlimi öldürüb, həyat yoldaşı Ruhiyyəyə isə xəsarətlər yetirib.

Tural 28 sentyabr 2016-cı ildən nikahda olub və Biləsuvar rayonunun kəndində yaşadığı evdə arvadı Ruhiyyəyə ilk dəfə həmin ilin oktyabrın 14-də işgəncə verib. O, həmin gün xırda ailə münaqişəsi zəminində vintaçan ilə arvadının sol qoluna çiynindən bir qədər aşağı hissəyə zərbə endirib.

Bundan başqa, o, həmin ilin noyabrında, tarixi məlum olmayan gündə ailə münaqişəsi zəminində parça qayçısını Ruhiyyənin sol qoltuq altına güclə batırıb. Nəticədə ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş xəsarət yetirib.

Daha sonra Tural 2017-ci il martın 8-də saat 11 radələrində ailə münaqişəsi zəminində arvadını təpik-yumruqla döyüb. Ardınca cibindən qatlanıb-açılan bıçağı ilə sol çiyninə və sol qolunun dirsək hissəsinə vurub.

Növbəti dəfə isə Tural həmin ilin sentyabrın 1-də onun belinə soyuqdəyməyə qarşı banka qoyarkən ehtiyatsızlıqdan banka bir qədər isti olub kürəyini göynətdiyindən hamilə vəziyyətində olan Ruhiyyəni əllərini ayaqqabı bağı ilə arxadan bağlayıb, evin həyətində başı və bədəni üzərinə benzin töküb. Ardı ilə əlindəki alışqanı yandırıb, ona tərəf tutaraq öldürməklə hədələyib.

Daha sonra Tural 2018-ci ilin avqustunda çimməsi üçün suyun qızdırılması ləngidiyindən evin otağında çəkdiyi papirosu yana-yana Ruhiyyənin sağ budunun ön tərəfinə basıb, budunda söndürüb.

İşgəncə, hədə-qorxu...

Bundan əlavə, Tural 2020-ci ilin aprelin 30-da çənəsindən aldığı xəsarətlə bağlı ona dərman verərkən su içməsi üçün stəkan vermədiyinə görə əsəbləşib və bıçaqla Ruhiyyənin sağ əlinin biləyini iç tərəfindən üç yerdən kəsib. Ardı ilə evin həyətindən odun parçası ilə Ruhiyyənin başının təpə hissəsinə güclü zərbə endirib, onun qarın hissəsinə təpiklə zərbə vurub. Sonra onu pilləkənlərdən yerə yıxıb, davamı olaraq saçından tutaraq başını evin giriş beton pilləkənə çırpıb.

Növbəti dəfə Tural 2020-ci ilin avqustunda çayın gec dəmlədiyini bəhanə edərək yaşadığı evdə masadakı çəngəli götürüb və Ruhiyyənin belinə batırıb. O, körpə övladı oynayarkən çəkiclə bıçağını əzdiyindən uşağı nəzarətsiz qoymasını bəhanə edərək 2022-ci ilin aprelin 6-da, saat 15 radələrində bıçağı Ruhiyyənin boğazına dirəyib, başını kəsərək öldürməklə hədələyib.

Həmin ilin mayın 26-da Tural qaynı Musanın qız toyu ilə bağlı Ruhiyyənin evlərinə getdiyinə görə onun saçından tutaraq evin çöl divarına söykəyib, bıçağın tiyəsini qarnına dirəyərək onu yenidən öldürməklə hədələyib.

Gecəyarısı dava...

İstintaq sənədlərinə görə, Tural 2022-ci ilin noyabrın 22-də spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə evə gəlib və arvadı Ruhiyyənin evin qapısını gec açmasını bəhanə edib, evin mətbəxindən mətbəx bıçağını götürərək işıqları söndürüb. Sonra Ruhiyyənin başını kəsərək öldürməklə hədə-qorxu gəlib.

Bu ailədə növbəti münaqişə isə 2023-cü ilin martın 4-də baş verib. Tural həmin gün Ruhiyyəni döyərək xəsarətlər yetirib. Buna görə də Ruhiyyə qonşuluqda yaşayan qayınatası Abbasın evində qalıb. Tural arvadının Abbasın evində qalmasına hiddətlənib və martın 13-də, gecə saat 1 radələrində spirtli içkinın təsiri altında sərxoş vəziyyətdə həmin evin pəncərəsindən evə daxil olub, arvadını öldürməklə hədələyib.

Növbəti münaqişə və qətl...

Bundan əlavə, Tural Ruhiyyəyə yüngül xəsarət yetirməsi ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Biləsuvar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmünə əsasən həmin ilin iyunun 8-də barəsində azadlığın məhdudlaşdırılması cəzasının icrasına başlanılmasından narazı qalıb. O, spirtli içki qəbul edərək alkoqol sərxoşluğu vəziyyətində ailə münaqişəsi zəminində aralarında gərginlik yaşanan qayınatası Səlimi öldürmək qərarına gəlib.

Bu niyyətlə həmin gün sonuncu ilə saat 16.25-də Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyində, yol kənarında çay evi kimi istifadə olunan yerdə görüşüb. O, ailə münasibətlərini aydınlaşdırarkən Səlimin arvadının onunla nikahının pozulması niyyətini dəstəklədiyindən hiddətlənib və özündə olan bıçaqla ona xəsarətlər yetirib.

Bu zaman yerə yıxılan Səlimin üzünə təpiklə zərbələr endirib. Səlimə Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılaraq, ona ixtisaslı tibbi yardımlar göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 133.1 (bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törədildikdə) maddələri ilə ittiham elan edilib.

“Ailəmə müdaxilə edib”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Ruhiyyə ilə 2016-cı ildə evlənib, onlar Biləsuvar rayonunun kəndində yaşayıb, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırıb: “2023-cü ilin martında Ruhiyyə ilə ayrıldım və birgə nikahımızdan iki azyaşlı uşağı var. Əvvəllər Ruhiyyə ilə münasibətlərimiz yaxşı olub. Lakin sonralar qaynanam və qayınatam bizim ailə məsələlərimizə müdaxilə etdiyindən aramızda tez-tez söz-söhbətləri olub. Evləndikdən sonra Səlim ailəmə müdaxilə edərək evində narazılıq yaradıb. Məni qızı ilə boşatmaq istəyib”.

“Məni təhqir edib”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2019-cu ildə Səlim onun ailəsində problem yaratdığı üçün ona bıçaqla xəsarət yetirib: “Lakin xəsarət yüngül olduğundan və biz barışdığımızdan cinayət işinə xitam verildi. Qayınatam tez-tez Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məndən əsassız şikayətlər edib. Guya cinayət törətməm barədə böhtan xarakterli məlumatlar verib. Qayınatam 1 mart 2023-cü ildə yaşadığım evə gələrək mənə əsassız olaraq irad tutdu. Evimdə söz-söhbət yaradaraq getdi. Qayınatam evimə gəldiyinə görə arvadım Ruhiyyəni döydüm. Sonra qayınatam gələrək qızını öz evinə apardı. Həmin vaxtdan Ruhiyyə və uşaqlarım onların evində yaşayıb. Ruhiyyəni döydüyümə görə Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmişəm, altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişəm. Məhkəmədən sonra Səlim məni pis söyüşlərlə təhqir edib və qızı ilə boşandıracağını bildirib”.

“Məni “biqeyrət, şərəfsiz” sözləri ilə təhqir etdi”

Tural deyib ki, 8 iyun 2023-cü ildə, saat 11 radələrində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə çağırılıb: “Şöbədə icra məmuru ayağıma qolbaq taxdı. Sonra oradan çıxaraq “Bol market”ə gedtdim. İki butulka spirtli içki alaraq içdikdən sonra Səlimlə görüşərək arvadımı və uşaqlarımı evinə gətirmək barədə söhbət etmək istədim. Səlim razı olmayacağı halda məni həyatdan bezdirdiyindən onu öldürmək qərarına gəldim. Bu məqsədlə Səlimin Biləsuvar-Bəhrəmtəpə yolunun kənarında çayxanada olduğunu bildim. Bu səbəbdən həmin çayxanaya getdim. Saat 16.20-də çayxananın həyətində Səlimlə görüşdük. Ona mülayim şəkildə barışmaq niyyətimin olduğunu dedim. Səlim kobud şəkildə məni “biqeyrət, şərəfsiz” sözləri ilə təhqir etdi. Məni qızımdan boşatdırıb, uşaqlarımı əlimdən alacağını bildirdi. Səlimin dediklərinə çox əsəbləşdim. Üzərimdə gəzdirdiyim bıçağı cibimdən çıxardım. Onun qarnına, sinəsinə zərbələr vurdum. Səlim qaçıb getmək istəsə də, ona imkan vermədim, bıçaqla vurmağa davam etdim. Səlim aldığı xəsarətlərdən yerə yıxıldı. Səlimə bıçaqla zərbələr vurandan sonra onun tərpənişsiz vəziyyətdə yerdə uzandığını gördüm. 2-3 dəqiqə Səlimin sifətinə baxdım. Həmin vaxt həmkəndlim, polis əməkdaşı işləyən şəxs mənə yaxınlaşdı. Bıçağı yerə ataraq kənara çəkilməyimi, təslim olmağımı bildirdi. Lakin hirsim soyumadığı üçün polis əməkdaşının yaxınlaşmasına imkan vermədim, yaxınlaşacağı təqdirdə onu da bıçaqla vuracağımı bildirdim. Əlimdə bıçaq olduğundan hadisə yerində olan şəxslər mənə yaxınlaşmağa qorxaraq məndən 10-15 metr aralıda dayandı. Səlimə bıçaqla xəsarətlər yetirib hirsim soyuduğundan hadisə yerini tərk etdim, piyada atamın evinə getdım. Sonra həmin bıçağı könüllü olaraq polisə təqdim etdim. Arvadım Ruhiyyəni döysəm də, ona işgəncə və əzab verməmişəm. Ona qarşı alçaldıcı hərəkətlər etməmişəm, onu öldürməklə hədələməmişəm. Ruhiyyənin bədənində olan xəsarətlər və çapıqlar mənimlə birgə yaşadığı dövrdə yaransa da, həmin xəsarətləri mən yetirməmişəm. Həmin xəsarətləri və çapıqları Ruhiyyə ev işləri görərkən alıb”.

“Mənə dözülməz əzab-işgəncə verib”

İş üzrə zərərçəkmiş Ruhiyyənin sözlərinə görə, Tural ilə 28 sentyabr 2016-cı ildə ailə qurub, 5 mart 2023-cü ilədək onunla ər-arvad kimi yaşayıb və birgə nikahdan iki övladı doğulub: “Turalla münasibətlərimiz əvvəllər yaxşı olsa da, sonralar spirtli içki qəbul etdiyindən, heç bir səbəb olmadan mənimlə söz-söhbət yaradaraq məni dəfələrlə şillə-təpiklə döyüb, bıçaq, qayçı və vintaçanla mənə xəsarətlər yetirib. Bir sözlə onunla birgə yaşadığım dövrdə mənə dözülməz əzab-işgəncə verib. Hətta bir neçə dəfə Tural əlində çəkdiyi siqareti bədənimdə söndürüb”.

“Özümə gələ bilmədim”

Zərərçəkmiş qeyd edib ki, 2017-ci ildə soyuqdəyməyə qarşı Turalın belinə banka qoyarkən ehtiyatsızlıqdan banka bir qədər isti olduğundan kürəyini incitdiyi üçün onun hamilə vəziyyətində olmasına baxmayaraq əllərini ayaqqabı bağı ilə arxadan bağlayıb: “Bu vəziyyətdə məni evin həyətində başım və bədənim üzərinə benzin tökdü. Əlindəki alışqanı yandıraraq mənə tərəf tutdu və öldürməklə hədələdi. Həmin vaxt həddindən çox qorxdum. Demək olar ki, bir müddət özümə gələ bilmədim”.

“Sürünə-sürünə qayınatamın evinə getdim”

Zərərçəkmişin sözlərinə görə, 2023-cü ilin martın 4-də atası Səlim onların evinə gəlib-getdikdən sonra Tural ona şiddətli əzab verməklə döyüb: “Həmin gecə sürünə-sürünə uşaqlarımı götürərək qonşuluqda yaşayan qayınatam Abbasın evinə getdim. Hadisə barədə qayınatama hər şeyi bildirsəm də, qayınatam buna heç bir reaksiya vermədi. Bir neçə gün qayınatamın evində qaldım. Sonra uşaqlarım ilə birgə atam evinə gəldim. Həmin vaxtdan sonra bir daha Turalın evinə qayıtmadım. Tural məni döyərək xəsarət yetirdiyinə görə 27 aprel 2023-cü ildə məhkəmənin hökmünə əsasən altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildi”.

“Onu bağışlamamışam”

Ruhiyyə qeyd edib ki, Tural onu tez-tez döyərək başına, bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirdiyinə, bir neçə dəfə onu öldürməklə hədələdiyinə və ona olmazın işgəncələrini verdiyinə görə birgə yaşamağı mümkün olmayıb: “Nəhayət atamı döydüyünə və anama qarşı hörmətsizlik etdiyinə, eləcə də uşaqları üçün yaxşı ata olmadığına görə onunla boşanmaq qərarına gəldim. Valideynlərim də buna razı oldular. İyunun 8-də, atam evdən çıxdı və kənddə olan çayxanaya getdi. Həmin yerə gələn Tural çayxanada olan atam ilə mübahisə edərək ona çoxsaylı bıçaqla xəsarətlər yetirib. Atam aldığı ağır xəsarətlər nəticəsində iyunun 10-da xəstəxanada ölüb. Valideynlərim tərəfindən mənim ailəmə hər hansı bir müdaxilə olmayıb. Yalnız bizim mehriban yaşamağımız üçün lazımi köməklik göstərilib. Tural atamı öldürdüyünə, mənə əzab-işgəncə verdiyinə və dəfələrlə mənə bıçaqla çoxsaylı xəsarətlər yetirdiyinə görə onunla barışmamışam. Onu bağışlamamışam”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 19 il azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.Teleqraf.com



Xəbərin oxunma sayı : 1360




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap