“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Azərbaycanda yumurta bahalaşacaq? - Açıqlama

Tarix 25.06.24, 21:39

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda Azərbaycandan Rusiyaya yumurta ixracı azalıb.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli deyib.

O bildirib ki, ötən aylarda Rusiyaya ixracımız 75 maşın idi.

"Bu ay isə 5-15 maşın arası yumurta ixrac edilir".

Sədr ölkəmizdə yumurtanın qiymətinin bahalaşacağı ilə bağlı xəbərlərə də toxunub:

"Yumurta bahalaşmayacaq. Çünki ölkədə istehsal edilən yumurta tələbatımızdan çoxdur. Bu gün üçün ölkədə yumurtaya olan tələbat günlük 3 milyon civarındadır. İstehsal isə 4,5 milyona yaxındır. Bu səbəblərdən də yumurtanın qiymətində bahalaşma olmayacaq. Bazarda yumurta artıqlığı var. Keçən ilin müvafiq dövrünə nisbətən olan qiymətdir. Hazırda yumurtanın qiyməti 16-17 qəpikdir".

M.Həsənli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə toyuq fermaları, xüsusən ətlik, süfrə yumurtası və damazlıq yumurta istehsalı fermaları açmaq olar.

"Bununla bağlı həmin ərazilərdə olduq. Lakin həmin fermalar sovet dönəmindən qalıb. Sökülüb təzədən tikilməlidir", - deyə o qeyd edib.



Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap