|
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür
Tarix 26.06.24, 0:11 |
|
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
Ordumuzun yaradılmasından 106 il ötür.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğunun əsası qoyulub. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi.
Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu.
Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu formalaşdırıldı. Ali Baş Komandan Heydər Əliyevin cəbhə bölgələrinə səfərləri də ordu quruculuğunda mühüm mərhələdir.
1994-cü ilin mayında Ermənistanla atəşkəsin əldə olunmasından sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 İyun - Silahlı Qüvvələr Günü elan olunub.
Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.
Keçmişi qələbələrlə zəngin olan Azərbaycan tarixində Silahlı Qüvvələrin yaradılması günü artıq dördüncü ildir ki böyük Zəfərlə qeyd olunur.
2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən Müharibəsi adı ilə yazıldı. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
Azərbaycan əsgəri otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir.
Bu gün Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində güclü orduya çevrilib və beynəlxalq reytinqlərə görə dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Azərbaycan Ordusunun arsenalında ən güclü müasir silah və texnikalar var. Azərbaycan Silahlı Qüvvələri yeni pilotsuz uçuş aparatlarına, zərbə dronlarına və digər hərbi vasitələrə malikdir.
Ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində çox böyük tədbirlər həyata keçirilib. Bundan əlavə, orduda islahatların aparılması, yeni komando briqadalarının yaradılması xalqımızın təhlükəsiz yaşaması naminə ali rəhbərliyin dövlətimizin müdafiəsinə ayırdığı diqqətin göstəricisidir. Ermənistan-Azərbaycan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması da Azərbaycan Ordusunun gücünün göstəricisidir.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Prezident İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb. Həmin il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.
Xəbərin oxunma sayı : 730
Sosial
Xəbərlər
-
Smartfon sönür və pullar oğurlanır: Birbaşa müdaxilə barədə XƏBƏRDARLIQ
-
345 manat maaş, 280 manat pensiya ilə yaşamaq... - Deputat
-
Azərbaycanın da iştirak etdiyi “Eternity 2024” komanda-qərargah təlimi başa çatıb - VİDEO
-
“Vicdanı olan şəxs Livanda baş verənləri qəbul edə bilməz” – Ərdoğan
-
Memarlıq və abadlıq arasında ziddiyyət: Bakıda fasad rəngləmələri səkiləri MƏHV EDİR
-
“Qarabağ“ın futbolçusu Avropada ən yaxşıdır - UEFA AÇIQLADI
-
“Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib“- Pezeşkian
-
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
-
DİN piramida şəbəkəsini ifşa etdi - VİDEO
-
Sərhədi pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - Fotolar
-
İranın “Qüds” qüvvələrinin komandanı öldürüldü - Qasım Süleymaninin xələfi idi...
-
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
-
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
-
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
-
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - Yeni təyinat
-
Rüstəm Xəlilovun fəaliyyəti araşdırıla bilər - Abadlıq və yol təmiri işlərində yeyinti...
-
“COP29 iqlim fəaliyyəti üçün yeni maliyyə mexanizmləri formalaşdırır“ - Vüqar Bayramov
-
Xüsusi təyinatlılar təlim vaxtı gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər - VİDEO
-
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq - SƏRƏNCAM
-
Tozlu hava nə qədər davam edəcək? – AÇIQLAMA
-
Nəsrullahın şəhadət ehtimalı yüksəkdir - SEPAH
-
Antikorrupsiya həbsləri Ağsudan Bərdəyə çatır - İsayevlə yeganə müavini panikada…
-
Sumqayıtda “Baharlı” restoran yandı - VİDEO
-
Bəzi televizorlar ekran görüntülərini çəkir və istehsalçılara göndərir - Xəbərdarlıq
-
“Hizbullah” lideri öldürüldü – İsrail ordusu təsdiqlədi
-
DİN əməliyyatlar keçirdi - 22 kiloqram narkotik aşkarlandı
-
Binə qəsəbəsinin sakinləri su problemindən əzəiyyət çəkirlər - VİDEO
-
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə görüşdü - FOTO
-
“Hizbullah” liderinin qızı öldürüldü – KİV
-
Milli Məclis yeni heyəti iclasa çağırdı - Tarix açıqlandı
-
Bu rayonlara yağış yağıb - Faktiki hava
-
Xəbəri olmadan adına kredit götürülüb - VİDEO
-
“Müharibə hələ bitməyəcək...” - Zelenski
-
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
-
Ceyhun Bayramov Annalena Berbokla görüşdü - FOTO
-
“Mən insanları şeirlərimlə müalicə edirəm“ - Elza Seyidcahan
-
Futbol tarixinin ən ciddi hakim səhvləri açıqlandı - “Tanrının əli” üçüncü yerdədir
-
“Kupça“ almaq istəyənlər bunu etməlidir - Yeni qaydalar
-
Telefona daxil olub, pulları çəkirlər - Necə qorunmalı?
-
Prezidentin çıxışı mühüm əhəmiyyət daşıyır
-
Bakının bu ərazisində yaşıllıqlar köçürüləcək - FOTO
-
Azərbaycanda siqaret çəkən qadın və kişilərin sayı açıqlandı - Statistika
-
Rüstəmov bu rayondakı əmlaklarını da satışa çıxarıb – Torpaq sahələri, villalar, obyektlər...
-
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib - FOTO
-
Ağdərədə 100-lərlə separatçının məhv edildiyi hərbi hissədən görüntülər - VİDEO
-
Bakının üç rayonunda qaz kəsiləcək - Xəbərdarlıq
-
Nazirlərin gələn ay üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
-
Avtobus zolağı sürücüləri çaş-baş salıb: Bilmədən cərimə olunurlar - VİDEO
-
Zelenski Trampla görüşdü - Nyu-Yorkda
-
Müstəqim Məmmədov geyim şirkətinə yol təmir etdirir - TENDER
-
Livanda atəşkəslə bağlı danışıqlar davam etdiriləcək - Netanyahu
-
Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib
-
Dövlət Xidmətinin bölmə rəisi və sabiq şöbə rəisi həbs olundu - RƏSMİ
-
Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub - Dörd nəfər həlak olub
-
Ermənistanla sülhə nə dərəcə yaxınıq? - Hikmət Hacıyev açıqladı
-
Prezident müşavirədə ciddi mətləblərə toxundu
-
Neçə Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib? - Açıqlama
-
“İranda İsrailin əlinin çata bilməyəcəyi yer yoxdur“ - Netanyahu
-
Mehdiyevin qızına məxsus bina yenə satılmadı – Qiyməti 6 milyon endirilib
-
Hindistan Rusiya qazından imtina edib - “Sanksiya altında olan məhsul almırıq”
-
3 saylı uşaq evində monitorinq aparılıb - Dövlət qurumları qarşısında məsələ qaldırılıb
-
“Qala Həyat” rəqiblərindən geri qalır - Yığımları azalmaqda davam edir
-
“Türkiyə BMT TŞ-nin daimi üzvü statusunu almaqda çətinliklərlə üzləşir“ - Ərdoğan
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
Zelenski Trampla görüşə görə ABŞ səfərinin müddətini uzadıb – CNN
-
Bakıda boya sexində yanğın tam söndürüldü - 1 nəfər xəsarət alıb + VİDEO
-
Tarix yazan şəhid qardaşlar: “Millətçi erməni müəllimlə salamlaşmaqdan imtina etmişdi“
-
Azərbaycan əhalisi sürətlə qocalır – İllər üzrə statistika
-
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
-
Beyləqanda şəhidlərin xatirəsi yad olundu - FOTOLAR
-
“NATO Belarusa hücum edən an nüvə silahından istifadə edəcəyik“ - Lukaşenko
-
İcra başçısının qalmaqallı oğlu dövlət qurumuna qarşı: Nə baş verib?
-
Azərbaycanda kartof əkmək üçün ən məhsuldar rayonlar hansılardır? - Siyahı
-
Vətən müharibəsinin xronikası: 27 sentyabr
-
Bu il azad edilmiş torpaqlara nə qədər vəsait xərclənəcək? - Nazir açıqladı
-
“Neftçi“də yeni təyinat: “Başiktaş“dan gətirildi (FOTO)
-
Xətai rayonunda yanğın baş verib - 8 Noyabr prospektində məhdudiyyət tətbiq edilib
-
ABŞ səfiri Şəhidlər Xiyabanını ziyarət etdi – FOTO
-
Bank sektorunda kreditlərin 54%-i 3 bankın əlində cəmləşib – Siyahı
-
Növbəti buraxılış imtahanlarının proqramı - Açıqlandı
-
“Özümü öldürmək istəyirdim“ - “Premium Bank“ın 461 min manatını mənimsəyən filial müdirinin cinayət işi
-
Fazil Musayevin asvalt zavodu Bakının normal olmayan havasını korlayır...- ŞİKAYƏT
-
Bakıda 26 dərəcə isti olacaq, rayonlara yağış, qar yağacaq - Sabahın havası
-
Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Fotolar
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
-
“Sədərək” firmasını cərimə gözləyir - Valyuta tənzimi qaydalarını pozub
-
AzTV-nin əməkdaşının “Candy kids” uşaq bağçasında öldü - Araşdırma aparılır
-
Pik saatlarda metroda eskalatorlar niyə işə salınmır? - Rəsmi açıqlama
-
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
-
Laçında ticarət mərkəzi istifadəyə veriləcək - tikintiyə başlanılır
-
“Sülhə nail olmaq üçün konstitusiyanı dəyişməyə hazırıq” – Paşinyan
-
Xalq şəhidlərin məzarını ziyarət edir - FOTOLAR
-
Prezident Zəfər parkında - FOTOLAR
-
“Baku City Hospital“ klinikasında ÖLÜM: Ailə həkimi günahlandırır
-
Lənkəranda bələdiyyənin sənəd və torpaq “saxtakarlığı“ - FOTO/VİDEO
-
Şahdağa qar yağıb - FAKTİKİ HAVA
-
Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
-
Mehriban Əliyeva Anım Günü ilə əlaqədar paylaşım etdi - VİDEO
-
Zəfər aparan yolun başlandığı tarix
-
Prezident və parlament seçkiləri ilk dəfə ölkəmizin bütün ərazisində keçirildi
-
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir
-
Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir
-
Vətən tarixinin yeni səhifəsi - 27 sentyabr 2020-ci il
-
Azərbaycanda Anım Günüdür
-
Vətən müharibəsinin başlamasından 4 il ötür
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Azərbaycanda 1 günlük 1000 manata təklif edilən evlər - VİDEO
-
Xətaidə daha bir qanunsuz tikinti - Metro çıxışında obyekt tikilib
-
Bakıda daha bir həyət ABAD-laşdı - FOTOLAR
-
“Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil“ - Ərdoğan
-
İlham Əliyevdən Anım Günü ilə bağlı paylaşım - FOTO
-
Qalmaqallı “Gold Məkan” MMC cərimələndi – Məhkəmə
-
“Tərəflər Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəlib” – XİN
-
Qazanılan uğurlar gələcəyə daha nikbin baxmağa imkan verir
-
Nazirlikdən uşaqpulu ilə bağlı açıqlama - Verilə bilərmi?
-
“Mars-A” metal şirkətində bədbəxt hadisə: Gənc oğlan həlak oldu – FOTO
-
Rafael Mehrəliyevin tenderi ləğv olundu – 200 minlik
-
Azərbaycana ən çox turist bu ölkələrdən gəlir – Siyahı
-
Prezident parlamentdəki çıxışında hərbi gücün artırılacağını bəyan etdi
-
Sosial ipoteka kreditlərinin faizləri azaldılacaq? - Rəsmi açıqlama
TOP 10
ARXİV