“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

İtkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyənləşib - ADLAR

Tarix 25.06.24, 22:09

Font ölçüsü : - / +
bitmap-img6


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssis heyəti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub.

AzFakt.com komissiyanın yaydığı məlumata əsasən xəbər verir ki, eyniləşdirmənin nəticələri ilə bağlı 25 iyun 2024-cü il tarixində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən itkin ailələri ilə görüş təşkil olunub, talelərinə aydınlıq gətirilmiş şəxslər barədə onlara ətraflı məlumat verilərək sualları cavablandırılıb.

Hazırda həmin şəxslərin dəfn mərasimlərinin təşkili ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri işlər həyata keçirilir. Dəfn mərasimləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyətləri müəyyən olunmuş birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarının siyahısı aşağıdakı kimidir:

1. Nağıyev Zahid Baxış o. 01.01.1975

2. Vəliyev İbrahim Ələşrəf o. 01.06.1924

3. Qurbanov Aydın Əsədulla o. 12.01.1967

4. Abbasov Akif İlyas o. 01.07.1970

5. Kərimov Yaşar Ələkbər o. 12.04.1967

6. Baxışov İdris Osman o. 25.12.1973

7. Rəsulov Rəhim Əlyar o. 19.12.1967

8. Məmişov Şahin Talış o. 12.11.1959

9. Paşayev Ələddin Bəhlul o. 08.11.1961

10. Qarayev Usubəli Süleyman o. 01.06.1961

11. Şahmuradov Nemət Musa o. 26.12.1962

12. Usubov Zakir Kamran o. 10.12.1964

13. Əliyev Muğan Gəray o. 29.11.1958

14. Dadaşov Uğur Eldar o. 02.05.1975

15. Doluxanov Rəhim Məhkəmə o. 06.12.1958

16. Tağıyev Telman Tevon o. 20.02.1953

17. Abbasov Sərvər İldırım o. 10.11.1962

18. Məmmədov Ədalət Şahmar o. 31.05.1958

19. Mirzəyev Məmməd Hüseyn o. 05.11.1967

20. Mustafayev Qərib Həsrət o. 01.07.1962



Xəbərin oxunma sayı : 856




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap