“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Beş ailə üzvünü qətlə yetirən Əhmədin müəmmalı sonu: O, azadlığa buraxılacaq?

Tarix 13.05.24, 21:46

Font ölçüsü : - / +
bitmap-img6


“Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən, əgər şəxs cinayəti anlaqsız vəziyyətdə törədibsə, bu hal məhkəmə tərəfindən tam şəkildə sübuta yetirilərsə, onun barəsində cəzadan azad edilmə və tibbi xarakterli tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarmalıdır”.

Bunu Baku TV-yə açıqlamasında hüquqşünas Hikmət Əliyev deyib.

“Beləliklə, Əhməd Əhmədovun cinayəti anlaqsız vəziyyətdə törətməsi tam şəkildə təsdiqini taparsa və onun barəsində məcburi müalicə müəyyənləşdirilərsə, ona tibbi xarakterli məcburi tədbirlərin rejiminə görə ən ağırı hesab edilən, ixtisaslaşmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə tətbiq edilməlidir”, - deyə o qeyd edib. 

Qeyd edək ki, fevral ayının 13-də beş nəfər ailə üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ətraflı süjetdə:




Xəbərin oxunma sayı : 904




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap