“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Milyonluq korrupsiya cinayəti - Gündüz Əliyev hansı əsasla vəzifəsində qalır?

Tarix 24.05.24, 12:35

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirinə cəza veriləcəkmi?

Keçən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsinin işçiləri barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşsa da, hələlik məhkəmə təərfindən təqsirləndirilən şəxslər haqqında hər hansı yekun qərar çıxarılmayıb. 

Bildirək ki, cinayət yəqibinə cəlb edilmiş şəxslər Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, onun bacısı, "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin sabiq baş mühasibi Gülnarə Bayramova və onların yaxın tanışları Elxan Əsədov adlı şəxslərdir.

Adıçəkilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə ittiham irəli sürülüb. İş materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.Bundan sonra, köçürülmüş pul vəsaitinin bir hissəsi, 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırmaqla mənimsənilib.

Açıklama yok.

Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.

AzFakt.com xəbər verir ki, dövlətə xüsusilə külli miqdarda ziyan vurmaqla təqsirləndirilən şəxslər Gündüz Əliyev, Gülnarə Bayramova və Elxan Əsədov barəsində hələ də məhkəmə tərəfindən hansısa bir qərarın çıxarılmaması ictimaiətin narazılığına səbəb olub. Mətbuatda yayılan məlumatlara görə təqsirləndirilən şəxslər tərəfindən dövlətə dəymiş ziyan ödənilib. Ancaq dəymiş ziyanı ödəməklə Gündüz Əliyev, Gülnarə Bayramova və Elxan Əsədov cəzadan yayına bilməzlər. 

Açıklama yok.

Belə ki, Azərbaycan Respublikasının CM-nin 73-1.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.
Lakin ilk növbədə qeyd edək ki, adları çəkilən şəxslər hətta ziyanı ödəməklə CM-nin 179.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsələr də həmin şəxslərə elan edilmiş digər maddələr üzrə cinayət məsuliyyətindən azad edilmək üsulları CM-də nəzərdə tutulmayıb. 

İkinci tərəfdən isə  Azərbaycan Respublikasının CM-nin 73-1.3-cü maddəsində nəzərdə tutulmuş hal yəni ziyanı ödəməklə cinayət məsuliyyətindən azad edilmə halı bəraət verməyən əsas sayılır və adları çəkilən şəxslərin Dövlət əmlakını xüsusilə küllü miqdarda mənimsəməsi və ya israf etməsi gerçəyini dəyişdirmir.

Ona görə də həm mətbuat, həm də ictimaiyyət üçün bu cinayət işində qaranlıq qalan məsələ ondan ibarətdir ki, dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəməkdə və ya israf etməkdə ittiham olunan Gündüz Əliyevin hal-hazırda da Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində qalmasıdır. 

Açıklama yok.

Bildirək ki, Gündüz Əliyev Sumqayıtda oliqarx məmur kimi tanınır. AzFakt.com olaraq ötən həftə Gündüz Əlieyvə məxsus olan və Sumqayıt şəhərində yerləşən çoxsaylı obyektlər barədə oxuculara məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Gündüz Əliyev məşhur "Bowling" restoranına, "Ordubad" marketin yarısına, daş bazarı deyilən ərazidə 10-a yaxın obyektə, Nəsimi heykəlinin yanında "Cofe lance" və yeni istifadəyə verilən marketə, mebel sexlərinə, klinikaya, mənzillərə və Novxanıda milyonluq villaya sahibdir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 1726




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap