Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Tarix 15.04.24, 9:45

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 15-də saat 9:00-a olan məlumata əsasən, aprelin 14-də günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağıntılı olub, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, Şahdağda qar yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 9 sm olub.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 28 mm, Baş Daşağıl (Oğuz), Əlibəydə (Zaqatala) 23 mm, Qəbələdə 8 mm, Balakəndə 7 mm, İsmayıllı, Göyçay, Ağsu, Bərdə, Qrız, Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Kürdəmir, Qusar, Yevlax, Quba, Tərtər, Şamaxıda 5 mm-dək olub.

Aprelin 14-də şimal-qərb küləyinin sürəti arabir Naftalanda 18 m/s-dək güclənib.
Biləsuvar, Şahdağ, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20-25 dərəcə, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.

Yağıntılı hava şəraiti aprelin 15-də axşam saatlarından tədricən kəsiləcək. Aprelin 16-17-də ölkə ərazisində havanın sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edəcək.



Xəbərin oxunma sayı : 691




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap