“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Bəziləri sosial media hesabını bağlamağa məcbur oldu” - Ərdoğan

Tarix 18.04.25, 20:26

Font ölçüsü : - / +
bitmap-img6


“Sənətçilərimizi, idmançılarımızı, gənclərimizi sırf onlara dəstək vermədikləri üçün o qədər alçaltmışdılar ki, hətta buna görə bəziləri öz sosial media hesablarını bağlamaq məcburiyyətində qaldı”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Baş Prokurorluğunun Əkrəm İmamoğlu və digər şəxslərlə bağlı araşdırma açmasına cavab olaraq ölkədə geniş vüsət alan nümayişlər haqqında danışarkən deyib.

“Son həftələrdə ana müxalifət partiyasının təhriki ilə bir faşist dalğasının şahidi olduq. Bir daha öz millətimə, xüsusən də mədəniyyət və incəsənət adamlarımıza deyirəm. Ağır bədəllər verərək əldə etdiyimiz azadlığı bu xalqdan heç kim ala bilməz. Onları heç kim heç nəyə məcbur edə bilməz. Ölkənin tək sahibi olduğunu zənn edən tiranların həddini aşmasına göz yummadıq. Səs-küy salanlar, qışqıranlar, səslənənlər, söz şəhvətinə qapılanlar, sağa-sola hədə-qorxu gələnlər həqiqətin nə olduğunu görəcəklər.

Ana müxalifətin dirçəltməyə çalışdığı təkpartiyalı faşizm tarixə çevrildi. Köhnə Türkiyənin pis bir xatirəsi olaraq həmişə qalacaq. Çevrilişlərin, xuntaların, qadağaların və zülmün hökm sürdüyü o qara günləri geri qaytarmağa heç kimin gücü çatmayacaq”, - Ərdoğan qeyd edib.



Xəbərin oxunma sayı : 760




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap