![]() |
|














“Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim” - Ermənistan vətəndaşı
Tarix 10.04.25, 22:13 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 10-da davam etdirilib.
AzFakt.com APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində qanunsuz olaraq hərbi xidmət keçdiyini etiraf edib.
Ermənistan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş M.Paşayan ona “Kalaşnikov” silahı təhkim olunduğunu bildirib.
Müddətli həqiqi hərbi xidməti 1989-1991-ci illərdə Uzaq Şərqdə keçdiyini deyən M.Paşayan 1993-cü ildə “Əsgəran alayı”na qoşulduğunu bildirib və əlavə edib: “1993-cü ilin təxminən may ayından 1994-cü ilə - atəşkəsə qədər döyüş postunda oldum. Tabor komandirimiz Vilen Safaryan idi”.
M.Paşayan Birinci Qarabağ müharibəsi zamanı 31-ci taborda xidmət etdiyini, hərbi hissənin komandirinin Vitali Balasanyan olduğunu da deyib.
O, Əsgəran, Ağdərə və Ağdam rayonlarının müxtəlif kəndlərində döyüş postlarında olduğunu söyləyib. Təqsirləndirilən şəxs döyüş postlarında avtomat, pulemyot və minaatan silahların olduğunu açıqlayıb.
İkinci Qarabağ müharibəsində də ona “Kalaşnikov” avtomatının təhkim olunduğunu deyən M.Paşayan silahın kimə qarşı istifadə etmək üçün verilməsi barədə suala “Azərbaycan Ordusuna qarşı...” cavabını verib.
M.Paşayan 2023-cü il may ayından sentyabr ayına qədər Xocalı rayonunun Aşağı Yemişcan kəndində yaradılmış silahlı birləşmədə olub.
Təqsirləndirilən şəxs qondarma rejimin “igidliyə görə” medalı ilə təltif olunduğunu bildirib.
Digər ərazilərlə yanaşı, Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində də döyüş postlarında durduğunu təsdiqləyən təqsirləndirilən şəxs dövlət ittihamçısının sualına cavabında “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib. Lakin Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala cavab verə bilməyib.
M.Paşayana döyüş postlarının ətrafına mühəndis-istehkamçılar tərəfindən minalar basdırıldığını da deyib.
O, həm Birinci, həm İkinci Qarabağ müharibələri zamanı, həm də sonrakı müddətdə hərbi xidmətinə görə maaş aldığını bildirib.
Daha sonra təqsirləndirilən şəxs Davit Allahverdiyan dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırıb. O, “Xankəndi universiteti”ndə təhsil aldığını, 2006-2008-ci illərdə Əsgərandakı hərbi hissədə hərbi xidmətdə olduğunu, Ağdamda döyüş növbətçiliyi həyata keçirdiyini bildirib və deyib: “Hərbi hissənin komandiri Artur Harutyunyan idi. Hərbi xidmətdə olarkən mənə snayper silahı təhkim edilmişdi”.
Onun sözlərinə görə, hərbi xidmətdən qayıdarkən ali təhsilini davam etdirib. Lakin həmin vaxt təhsil aldığı ali məktəb Ermənistan Aqrar Universitetinin “filialı”na çevrilibmiş.
Bundan sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran D.Allahverdiyan 2020-ci il sentyabrın 1-də Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində yaradılmış qondarma rejimin “Təhlükəsizlik şurası”nın “kənd təsərrüfatı sektorunun müdiri”, sonra isə rejimin “kənd təsərrüfatı nazirinin müşaviri” “vəzifələr”ində çalışdığını deyib.
44 günlük müharibə zamanı hərbi xidmətə çağırıldığını söyləyən təqsirləndirilən şəxs ona avtomat silah təhkim edildiyini bildirib. O, daha sonra 2023-cü ilin yanvar ayında qanunsuz silahlı birləşmənin tərkibinə qoşulub. Silahlı birləşmənin tərkibində olduğuna görə isə hərbi xidmət günlərinin sayına görə maaş alıb.
Kənd təsərrüfatı sahəsi üzrə “vəzifəli şəxs” olmuş D.Allahverdiyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində taxıl əkildiyini və məhsulun Ermənistana göndərildiyini etiraf edib.
Daha sonra təqsirləndirilən şəxs Levon Balayan dövlət ittihamçılarının suallarını cavablandırıb. L.Balayan 1978-ci ildə Bakı şəhərində anadan olduğunu, 44 günlük müharibədə Azərbaycana qarşı döyüşdüyünü bildirib.
Bu zaman təqsirləndirilən şəxs David Babayan suallara cavab verməsində Levon Balayana kömək etdiyinə görə hakim D.Babayana xəbərdarlıq edib.
L.Balayan müharibədən sonra aylıq maaş müqabilində qanunsuz hərbi birləşməyə qoşulduğunu, Ermənistan dramı ilə 400-500 ABŞ dolları ekvivalentində əməkhaqqı aldığını deyib.
Təqsirləndirilən şəxs Qurgen Stepanyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən Ermənistan Respublikasının vətəndaşı kimi 2006-cı ildə hərbi xidmətə çağırıldığını, hərbi xidmətini 2 il müddətində Azərbaycan Respublikasının həmin vaxt işğalda olan Füzuli rayonunda çəkdiyini bildirib.
“Ermənistanın Cermux şəhərində yaşayırdım. Məni hərbi xidmətə Ermənistan dövləti çağırmışdı”, - deyə o əlavə edib.
Q.Stepanyan xidmət etdiyi hərbi hissədə zabitlər arasında Ermənistan vətəndaşlarının sayca üstünlük təşkil etdiyini də deyib.
Sonrakı dövrdə “Xocavənd alayı”na qoşulduğunu deyən təqsirləndirilən şəxs xidməti müqabilində bank kartı vasitəsilə maaş aldığını etiraf edib.
Təqsirləndirilən şəxs Vasili Beqlaryan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zaman 2012-2013-cü illərdə Ağdərədə müddətli hərbi xidmətdə olduğunu, 2018-ci ilədək Xocavənd rayonunun Edilli kəndində, sonra isə 2022-ci ilədək Ermənistanın İrəvan şəhərində yaşadığını deyib.
Həmin ilin sentyabrında Xankəndiyə gələrək müddətli hərbi qulluqçu kimi xidmətə başladığını deyən təqsirləndirilən şəxs ayda 400 min Ermənistan dramı maaş aldığını söyləyib.
Təqsirləndirilən şəxs Erik Qazaryan Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavab olaraq 2021-ci ildə müddətdən artıq hərbi xidmət üçün Ermənistanın Qafan şəhərindən Azərbaycanın Xankəndi şəhərinə getdiyini deyib.
“Ermənistandan istənilən vətəndaş hərbi xidmət üçün müraciət edə bilərdi”, - deyən təqsirləndirilən şəxs bunun üçün yeganə şərtin qeydiyyat yerinin dəyişdirilməsi olduğunu bildirib və əlavə edib: “Bir aya yaxın müddətdə Qafan qeydiyyatından çıxıb Ağdərə qeydiyyatına düşdüm”.
O, müddətdən artıq hərbi xidmətə görə ayda 400 min drama yaxın (təxminən 800 ABŞ dolları) maaş aldığını deyib.
Təqsirləndirilən şəxs Azərbaycan hərbçiləri tərəfindən saxlanılarkən üzərində avtomat silahı olduğunu da bildirib.
Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Arutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Xəbərin oxunma sayı : 1090
Hadisə
Xəbərlər
-
Ağstafa RİH hər il təmir üçün pul ayrır, yollar isə bərbad vəziyyətdədir - VİDEO
-
Son 10 ildə ölkədə doğum 60 faiz azalıb - Təbii artım hələ davam edir...
-
“Zıraat Bank Azərbaycan“ çökür? - Xalis mənfəət azalıb
-
Məktəbdə işləyən katibənin çılpaq videosu yayıldı, gözətçi direktora hücum etdi - TƏFƏRRÜAT
-
Prezident Maliyyə Nazirinə yeni müavinlər təyin etdi - ƏƏSMN-dən Maliyyə Nazirliyinə transferlər
-
Nazirliyin keçmiş əməkdaşı: “Cavan olmuşam, buraxın, gedim“ - MƏHKƏMƏ
-
Avtomobildə 29 kq narkotik aşkarlanıb - VİDEO
-
Bakıda ekoloji qaydaları poazn şirkətlər - Araşdırma aparılıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
-
Prezidentdən bələdiyyələrlə bağlı Fərman - Ləğv edildi
-
Soyuq hava ilə bağlı istilik təminatı bir neçə gün daha davam edəcək - “Azəristiliktəchizat”
-
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub - SİYAHI
-
“NATO İttifaq dövlətinə hücum etsə, ilk olaraq Polşa və Baltikyanı ölkələr zərər çəkəcək“ - Narışkin
-
“Uçan taksi”nin sürücüsü dövlət xəstəxanasını bəyənmədi - Özələ gedir
-
Sahil Babayev "Şapka Mamed"i vəzifəsindən kənarlaşdırdı - İdarə Heyətinin yeni tərkibi təsdiq edilib
-
“Paşinyanın Moskvaya səfəri Avropa İttifaqı və ya digər məsələlərlə bağlı deyil“ - Simonyan
-
Binəqədi rayonunda qansuz yaşayış binası inşa edlib - FOTOLAR
-
Metropoliten əməkdaşlarının maaşı niyə artırılmayıb? - Açıqlama
-
Daha bir binada narazılıq: Tikinti şirkəti sakinlərə hədə-qorxu gəlir (VİDEO)
-
Üç ayda neft hasilatı 400 min ton azalıb - DSK birinci rübün yekunlarını açıqladı
-
Xanlar Ağalarovun qurumunda nöqsan: Palata Baş Prokurorluğa müraciət etdi
-
Azərbaycanda qadınların sayı sürətlə azalır - Rəsmi statistika
-
Suraxanı rayonunda qanunsuz tikinti - İcazəni icra hakimiyyəti verib?
-
Bakıda evə atəş açıb videosunu “Yetim Sabir”ə göndərdilər - Kriminal hesablaşmanın ilginc TƏFƏRRÜATI
-
Maştağa qəbristanlığı su altında qalıb - Məzarlar yararsız vəziyyətə düşdü (VİDEO)
-
Şəxsi kabinetə giriş “Digital Login”lə olacaq - I sinfə qəbulda yenilik
-
“Paramount Baku”nun fəaliyyəti dayandırıldı - VİDEO
-
Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? - SİYAHI
-
Naxçıvanda 46 milyonluq pozuntu - Materiallar Baş Prokurorluq və DTX-yə göndərilib
-
Bakıda tikinti şirkəti ilə vətəndaşlar arasında kompensasiya narazılığı - VİDEO
-
Tramp bu məhsullara da rüsum tətbiq edir - 25%
-
Qusarın baş memarının biznes imperiyası...- SƏNƏD
-
Zəngəzur dəhlizinin tikintisi tamamlanır - VİDEO
-
“Fransanın ikiüzlü siyasəti davamlı sülhə mane olur” - Rəsmi Bakı
-
Pulsuz peşə təhsili almaq istəyənlərin nəzərinə - VİDEO
-
“Martin ölkəmiz əleyhinə 50-yə yaxın tapşırıq icra edib” - Azad Məmmədli
-
Şəhid atasını aldadıb pulunu oğurladılar - VİDEO
-
Əhalinin nəzərinə - Bu gündən dayandırılacaq
-
Azərbaycanda oftalmologiya elminin inkişafında böyük xidmətləri olan alim
-
İnsanlara nur bəxş edən fədakar insan və dəyərli alim - Zərifə Əliyeva
-
Akademik Zərifə Əliyevanın anım günüdür
-
Bu gün instaqramda önə çıxanlar - FOTOLAR
-
Azarkeşlər stadion almaq üçün milyonlar topladılar - Aksiyaya rəqibin prezidenti də qoşuldu
-
Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənlik ideyalarını təbliğ etməsi ifşa olunub - MƏHKƏMƏ
-
Bir mənzilin bir neçə şəxsə satılmasının qarşısını ancaq bu yolla almaq olar - AÇIQLAMA
-
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər - Tramp açıqladı
-
Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olundu
-
Toy biznesində mafiyalaşma - Nura Suridən şadlıq sarayları haqda iddialar
-
“ABŞ gömrük rüsumları ilə bağlı 10-dan çox təklif alıb“ - Ağ Ev
-
Mərkəzi Bank valyuta hərraclarının nəticələrini buna görə açıqlamır - SƏBƏB
-
9 yaşlı qızına cinsi zorakılıq edən sevgilisini bıçaqlayıb - Məhkəməm
-
Ən populyar mobil hökumət tətbiqləri bunlardır - SİYAHI
-
Azərbaycanda neft hasilatı 5%-dən çox azaldı - Son məlumatlar
-
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir
-
Zərifə xanım Əliyeva - gözlərə nur bəxş edən alim
-
Yeniyetmə qızı döyüb videoya çəkdilər - DİN araşdırır
-
“200 min manatımı dələduzlara vermişəm“ - Pərvin Abıyeva
-
Bakının bu ərazilərində işıq olmayacaq - Xəbərdarlıq
-
Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? - SİYAHI
-
Şikayət ediblər, indi məhkəməyə gəlmirlər - Biri İstanbulda, digəri Dubayda...
-
Daxili İşlər Nazirliyi əhaliyə bir daha xəbərdarlıq edib - Kartlarla bağlı
-
Narkotik qəbul edib avtomobil sürdü - Həbs edildi
-
İntiqam Babayev vəzifəsindən azad edildi - Əmr imzalanıb
-
Azərbaycanda 1.2 milyonluq maşını kimlər alır? – “Ölkədə rəsmi milyonçu yoxdur, amma...”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Holdinq rəhbərinin əmlakları qaytarıldı, direktor həbs edildi - Milyonluq zərərlər ödəniləcək
-
“Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi“ - Artur Abramyan
-
Anar Bayramov onu bu dəfə müşavir təyin etdi - 7 ay əvvəl işdən çıxmışdı
-
“Ermənistanın yaydığı məlumat yalandır“ - Müdafiə Nazirliyi
-
Növbəti iki gün rayonlarda leysan aramsız olacaq - XƏBƏRDARLIQ
-
“Əmlak eksperti” olan saxta generala - 8 il 6 ay həbs verildi
-
Bələdiyyə qarşısında bıçaqlanaraq öldürüldü - FOTO
-
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - Xəbərdarlıq
-
ABŞ-İran danışıqları Avropaya daşınır - İkinci görüş Romada olacaq
-
Baş nazirdən hava şarları ilə bağlı - QƏRAR
-
“Yapı Kredi Bank Azərbaycan“ ilə pis başlayıb: Mənfəətdə azalma, aktivlərdə kəskin “ərimə“
-
Əməliyyat zamanı canlı yayım açan həkimlərə - Xəbərdarlıq
-
Sakinlər səs-küydən şikayət etdi - Obyektlər cərimələndi - Video
-
Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
-
Əlcəzair Fransanın 12 diplomatını qovdu - Qalmaqal
-
Ukrayna böhranı Baydenin müharibəsidir - Donald Tramp
-
Növbəti iki gündə Bakıda leysan yağacaq - Xəbərdarlıq
-
Suriyada türkmən generala yüksək vəzifə verilib - FOTO
-
Prezident Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul etdi - FOTO
-
“Əvəz Zeynallı ilə bağlı suallar bu quruma ünvanlanmalıdır” – Penitensiar Xidmətdən açıqlama
-
Binalardakı qanunsuz artırmalar söküntü zamanı mübahisələrə səbəb olur - VİDEO
-
“Gördüm ki, küvəz ortadan yanır“ - MƏHKƏMƏ
-
Taksi sürücülərinin iş saatı və qrafiki olmalıdırmı? - VİDEO
-
İdman Kompleksinin direktoru obyekti hansı vəsaitlə əldə edib? - FOTO
-
ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
-
Bakıda iki qardaş bıçaqlandı - Birinin 16 yaşı var
-
“Uçan taksi“nin sürücüsü ilk dəfə danışdı - Narkoloji testin cavabı açıqlandı
-
Əsgərlikdən yeni gəlmişdi - Faciəvi şəkildə öldü
-
Beyləqanda daha bir küçə asfaltlanır - FOTOLAR
-
Vaxtından əvvəl yetişdirilən meyvələrin təhlükələri - VİDEO
-
Qazaxın işğaldan azad olunan kəndlərindən GÖRÜNTÜLƏR
-
Həkim məsləhəti olmadan dərman qəbulunun ağır fəsadları ola bilər - VİDEO
-
Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?
-
Leyla Əliyeva növbəti “Bizim həyət” sakinləri ilə - Fotolar
-
Nisyə mal alqı-satqısında yeni qaydalar - VİDEO
-
Rusiya və Ukrayna nümayəndələri Türkiyədə görüşəcəklər - Bu tarixdə
-
Zabratda bu məhlədən üfunət iyi gəlir - sakinlər nazirlə başçıdan kömək istəyir
-
“Belə davam etsə, sülh sazişinin imzalanması mümkün deyil” - Ceyhun Bayramov
-
Müavinət və təqaüd alanların NƏZƏRİNƏ - Bu tarixdə artır
-
Azərbaycana gətirdikləri narkotiki dənizə atıb qaçdılar - VİDEO
-
Rusiya Sumını raketlə vurdu: 32 ölü, 80-dən çox yaralı
-
Telefon aşkar edilən 3 nəfər imtahana buraxılmayıb - Dövlət İmtahan Mərkəzi
-
Qusarda məzar daşlarını dağıdan şəxslə bağlı ilginc məlumat - Alimentə görə edibmiş
-
Möcüzəvi Vişnevskiy mazının tarixi - Sağaldır, yoxsa...?
-
Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbləri - VİDEO
-
Şəbnəm efirdə özündən çıxdı: “Kişidirsə, gəlsin desin ki, mən almışam“
-
Həbsxanada olan Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkarlanıb - Həyat yoldaşı həyəcan təbili çaldı
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
“Putinlə Trampın görüşü baş tutacaq, amma...” - Dmitri Peskov
-
Özəl klinikalarda həkim qəbulunun qiymətləri - 50-150 AZN
-
Bu ölkələrdə velosipedlərin sayı əhalidən çoxdur - Şok statistika
-
“ABŞ danışıqlarda İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırmayıb“ - KİV
-
“Türkiyə NATO-nu gücləndirir, Aİ-yə üzv olmalıdır“ - KİV
-
QMİ Həcc ziyarəti ilə bağlı xəbərdarlıq edib: 100-dən çox vətəndaş aldadılıb
TOP 10
ARXİV