“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbləri - VİDEO

Tarix 13.04.25, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda mövcud olan 22 bankdan 9-u pulu əhalidən ən yüksək faizlə, yəni 12 faizlə qəbul etməyə başlayıblar. Hansı ki, banklara 12-dən yuxarı faizlə qoyulan vəsaitlər sığortalanmır.

2025-ci ilin yanvar-mart ayları üzrə inflyasiya göstəricisindən 2 dəfə çoxdur. Həmçinin maraqlıdır ki, bankların əhalidən cəlb etdikləri vəsaitin məbləği verilən kreditləri üstələyir.

Mərkəzi Bankın məlumatına görə, təkcə 2025-ci ilin fevral ayında banklar fiziki şəxslərdən 137,2 milyon manat əmanət cəlb etsələr də, cəmi 77,7 milyon manat kredit veriblər.

Maraqlıdır ki, bankların vəsaitləri qanunun imkan verdiyi ən yüksək faizlə qəbul etməsinə səbəb nədir?
Ətraflı

İqtisadçı Xalid Kərimli bildirib ki, 2023-cü ilin dekabrından etibarən Mərkəzi Bank bankların məcburi ehtiyat normalarını artırıb:

"Nəticə etibarilə banklar vətəndaşlardan, hüquqi şəxslərdən cəlb etdikləri vəsaitlərin 20-25 faizini Mərkəzi Bankda ehtiyat norması kimi saxlamaq məcburiyyətində qaldılar. Resursların bir hissəsinin Mərkəzi Bankda ehtiyat norması kimi saxlamaq tələbi ona gətirib çıxarır ki, bankların cəlb etdikləri resursların mayası bahalaşır, eyni zamanda, əllərində olan resursların həcmi məhdudlaşır".

Əmanətlərin faizlərinin artması özünü kreditlərin faizlərində də göstərir. Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin mart ayının əvvəlinə yeni verilmiş kreditlərin orta faizi 16,07 olsa da 2025-ci ilin eyni ayında bu göstərici 18,07 faizə yüksəlib.





Xəbərin oxunma sayı : 649




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap