“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Çin rəhbərinin Avropa turnesi başlandı: İlk dayanacaq Parisdir

Tarix 05.05.24, 19:04

Font ölçüsü : - / +
bitmap-img6

 
Çin rəhbəri Si Cinpinin Avropaya səfəri başlayıb.

Musavat.com xəbər verir ki, bu gün o, Parisə gəlib.

Onun Fransaya səfəri çərçivəsində ölkə prezidenti Emmanuel Makronla görüşəcəyi, görüşə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin qoşulacağı gözlənilir.

Si Cinpinin beş ildən sonra Fransaya ilk səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 60 illiyinə təsadüf edib.

Mayın 5-dən 10-dək davam edəcək Avropa turnesi çərçivəsində Si Cinpin Serbiya və Macarıstana da səfər edəcək.

Daha əvvəl bildirilmişdi ki, Çin liderinin səfər proqramına Yelisey sarayında ziyafət və Makronun dostunun Pireneydəki restoranında şam yeməyi daxildir.

Si Cinpin Fransaya dövlət səfəri zamanı Pekin və Parisin qarşılıqlı siyasi etimadı gücləndirəcəyinə ümid edir.

Bu barədə "Sinxua" agentliyi məlumat yayıb: “Səfər zamanı Fransa Prezidenti Emmanuel Makron ilə Çin-Fransa və Çin-Avropa münasibətlərinin yeni şəraitdə inkişafı, eləcə də aktual mühüm beynəlxalq və regional məsələlər barədə ətraflı fikir mübadiləsi aparacağam. Ümid edirəm ki, biz bu səfərlə iki ölkə arasında ənənəvi dostluğu, qarşılıqlı siyasi etimadı gücləndirəcəyik, strateji konsensus yaradacağıq və müxtəlif sahələrdə mübadilə və əməkdaşlığı genişləndirəcəyik”.



Xəbərin oxunma sayı : 631




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap