Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova

Tarix 24.04.24, 12:05

Font ölçüsü : - / +
bitmap-img6


“NATO-nun Finlandiyada Rusiya ilə sərhəd yaxınlığında aprelin 26-dan etibarən keçiriləcək təlimləri təxribat xarakterlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, təlimlər Şimali Atlantika Alyansının (NATO) gücünü nümayiş etdirmək və Rusiyaya hərbi təzyiq göstərmək məqsədi daşıyır.

“NATO nümayəndələri, öz niyyətlərinə haqq qazandırmaq üçün Rusiyadan gələn xəyali təhlükə ətrafında (o cümlədən Rusiyanın guya təşkilata üzv olan ölkələrə hücum planları haqqında məlumat yaymaqla) müzakirələri xüsusi olaraq intensivləşdirirlər”, - deyə o bildirib.

Zaxarova qeyd edib ki, Finlandiya ərazisində təlimlərin keçirilməsi Rusiyaya qarşı hibrid müharibənin tərkib hissəsidir və Helsinki bu avantüranın tamhüquqlu iştirakçısına çevrilməyə çalışır.
Eyni zamanda, o əlavə edib ki, alyansın Rusiya ilə sərhədlər yaxınlığında bu cür hərəkətləri yalnız mümkün hərbi insidentlərin riskini artırır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya kollektiv Qərbin təcavüzkar hərəkətlərini izləməyə davam edir.

Mənbə: RIA Novosti



Xəbərin oxunma sayı : 742




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap