Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ünvanlı sosial yardım alanların sayı kəskin azalıb – “Doğru deyil”

Tarix 23.08.21, 17:39

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci ilin birinci yarısında ölkədə 84 min 600 aztəminatlı ailənin 351 min 800 üzvü ünvanlı sosial yardım alıb. 2021-ci ilin iyulun 1-nə olan nəticələrə görə isə, ölkədə 62 min aztəminatlı ailənin 264 min 100 üzvü bu yardımdan faydalana bilir.

Ünvanlı sosial yardım alan ailələrin sayı son 1 ildə təqribən 22 min nəfər azalıb. Koronavirus pandemiyası dövründə bu nə dərəcədə doğrudur?

Deputat Fazil Mustafa "Turan"a verdiyi qısa müsahibədə deyib ki, yəqin, bunun əsaslandırılması verilməlidir: "İş yerlərinin müəyyən qədər açılması, sonra ictimai işlərin sayının artırılması, bir çox adamların müavinət əvəzinə ictimai işlərə cəlb edilməsi ilə bağlı".

Deputatın sözlərinə görə, habelə DOST mərkəzlərinin dəstəyi vasitəsilə regionlarda iş yerlərinin açılması da nəzərdə tutulurdu: "Çünki kim ki iş yeri ilə təmin edilirsə, avtomatik olaraq müavinət məsələsi aradan qalxır. Amma bütün hallarda müavinət məsələsi bir çox insanların yaşayışı üçün vacibdir və bunu kəskin şəkildə azaltmaq doğru deyil".

Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ildən uşaqlara aylıq müavinətlərin dayandırılması ilə başlanılıb.



Xəbərin oxunma sayı : 682




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap