Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib

Tarix 18.04.24, 19:37

Font ölçüsü : - / +
bitmap-img6


“Rabitəbank” ASC 2024-cü ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. 

“Ölkə.Az”ın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 1 mlrd 80 mln 325 min manat təşkil edib. Bu isə 2023-cü ilin yekunu ilə müqayisədə 5,1% azdır.

Bank tərəfindən müştərilərə verilmiş kreditlərin həcmi isə 0,5% azalaraq 717 mln 380 minmanat təşkil edib. 

“Rabitəbank”ın depozit portfeli kiçilib

Bankın ötən ilin yekununda 753 mln 824 min manat olan depozit portfeli rüb ərzində 74 mln 390 min manat və ya 9,9% azalaraq 679 mln 434 min manata düşüb. Bankın öhdəlikləri isə 6,1% azalaraq cari ilin martın 31-nə 959 mln 453 min manata enib.

Rüb ərzində bankın cəmi kapitalında 3,9% artım müşahidə olunub və 120 mln 872 min manat olub.

Cari ilin ilk rübündə şirkətin xalis faiz gəlirləri 15 mln 979 min manat, xalis qeyri-faiz xərcləri isə 7 mln 594 min manat olub. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 4 mln 72 min manat ayırıb. Ötən ilin eyni dövründə şirkət ehtiyatlarını 111 min manat azaltmışdı.

Mənfəəti azalıb

“Rabitəbank” ASC 2024-cü ilin ilk rübünü 4 mln 313 min manat xalis mənfəttələ başa vurub. Bu isə ötən ilin birinci rübü ilə müqayisədə 15,1% azdır.

Xatırladaq ki, bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə, 20,13%-i Validə Abbasovaya, 14,51%-i Seyran Nuriyevə, 14,45%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasiyev və 0,14%-i 12 hüquqi şəxsə məxsusdur. 



Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap