Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Rusiya casus gəmisi Avropa sularında kəşfiyyat aparır“ - KİV

Tarix 26.09.25, 20:15

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda Rusiya casus gəmisi gələcək təxribatlar üçün Avropa sularında kəşfiyyat aparır.

APA xəbər verir ki, bu barədə “Financial Times” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Böyük Britaniya və İrlandiya sahillərində “Yantar” adlı Rusiya kəşfiyyat gəmisi qeydə alınıb. Görünüşcə adi mülki gəmi kimi olsa da, əslində dərinlikdə işləyən qurğular və tammiqyaslı kəşfiyyat avadanlığı ilə təchiz olunub. Onun vəzifəsi internet, enerji təchizatı, hərbi rabitə və Avropadakı maliyyə əməliyyatlarının asılı olduğu sualtı kabel və boru kəmərlərinin xəritəsini çıxarmaq və lazım olduqda onları zərərsizləşdirməkdir.

Qeyd edilir ki, “Yantar” dəfələrlə strateji nöqtələrdə - İrlandiya dənizində, Norveç sahillərində və Şpitsbergen arxipelaqında görünüb.

Böyük Britaniya müdafiə naziri bunu “Rusiyanın artan aqressiyasının” nümunəsi kimi qiymətləndirib.

“Financial Times”ın məlumatına görə, 2023-cü ilin payızından 2024-cü ilin sonunadək həm “Yantar”, həm də digər 10 Rusiya gəmisi Böyük Britaniya və İrlandiya sularında davamlı olaraq üzüb.

Dəniz təhlükəsizliyi üzrə ekspert Kaushal bildirir ki, bu əməliyyatların arxasında Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Baş İdarəsi dayanır. Rəsmi adı neytral səslənsə də, əslində sualtı casusluq və təxribatlara cavabdehdir.

Ekspertlər xəbərdarlıq edir ki, Moskvanın məqsədi sualtı kabellərin dəqiq xəritəsini hazırlamaqdır ki, gərginlik yarandıqda Rusiya Avropanın enerji təchizatını, rabitəsini və maliyyə sistemlərini pozmaq imkanına malik olsun.



Xəbərin oxunma sayı : 289




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap