“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Sea Breeze”də dava: fəhlə ustanı bıçaqlayıb

Tarix 10.04.25, 12:58

Font ölçüsü : - / +
bitmap-img6


“Sea Breeze” yaşayış kompleksində usta ilə fəhlə arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

AzFakt.com Musavat.com-a istinadla xəbər verir ki, Araz adlı fəhlə ustası Elvini bıçaqlayıb. Buna səbəb tərəflər arasında pula görə yaranan mübahisə zamanı söyüş söyülməsi olub.

Belə ki, Araz “Sea Breeze”də Mayis və Elvin adlı rəngsaz ustaların yanında fəhlə kim işləyib. Son işinə görə Mayis ustadan 100 manat alacağı olub. Buna görə Elvinə də zəng edib. Elvin pula görə ona zəng etməməsini deyib və telefonda mübahisə ediblər. Onlar “Neftçilər” metrostansiyasının yaxınlığında görüşərək təkrar mübahisə ediblər. Onları ətrafda olan şəxslər sakitləşdirib.

Bir müddət sonra onlar “Sea Breeze”də rastlaşıblar və təkrar mübahisə ediblər. Mübahisə zamanı Araz Elvinə iki bıçaq zərbəsi vurub.

Araz ifadəsində ruhi xəstə olduğunu deyib. Elvin isə təqsirləndirilən şəxsi bağışladığını bildirib.

Məhkəmə Arazı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilərək 6 il azadlıqdan məhrum edib.



Xəbərin oxunma sayı : 781




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap