| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Tovuz-Baltiya”nı kimlər ələ keçirmək istəyir - Mehdiyev klanının “konyak reketliyi”
Tarix 21.10.26, 21:48 |
|
Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin illərlə bu ölkənin sahibkarlarına, milli biznesinə qarşı hansı qanunsuzluqları, hansı reket usullarını həyata keçirdiyi mətbuatı izləyən kimsəyə sirr deyil.
Nə vaxt ki, bir sahibkar öz zəhməti, xarici əlaqələri və strateji biznes resursları ilə milyonluq aktivlərə yiyələnirdi, həmin an Ramiz Mehdiyevin “canavarları†hərəkətə keçirdi. “Tovuz-Baltiya†şirkətinin rəhbəri Naiq Məmmədhəsənovun üzləşdiyi qanunsuzluqlar illərlə Azərbaycanın bank, icra və məhkəmə sistemini iflic etmiş dəhşətli şəbəkənin reketlik xəritəsidir.
İllərdir hüquqi müstəvidə təkbaşına döyüşən sahibkar Naiq Məmmədhəsənov, qarşı tərəf isə tez-tez adını dəyişən, 1994-cü ildə “ÜLPƏR bankâ€, sonra “Nikoil Bankâ€, indi isə “Yelo Bank†ASC-dir.
Naiq Məmmədhəsənovun hər cümləsində Ramiz Mehdiyev erasının repressiv addımları, “Nikoyl Bankâ€ın(“Yelo Bankâ€) arxasında gizlənən məkrli planlar və milyonlarla manatlıq konyak spirti strateji ehtiyatlarının yağmalanaraq “boz kardinalâ€ın Mehdiabaddakı şərab-konyak zavoduna daşınması cəhdi boy göstərir.
“Tovuz-Baltiya†belə yaranıb
Sahibkarın sözlərinə görə, hər şey 2000-ci illərin əvvəllərində başladı. Mərhum Prezident Heydər Əliyevin hakimiyyəti dövründə dövlət büdcəsinin valyuta ehtiyatları məhdud olduğu zamanlarda respublikada kənd təsərrüfatını, xüsusən toxumçuluğu xilas etmək üçün alternativ mexanizmlər axtarılırdı. Heydər Əliyev ölkəyə kartof toxumu gətirilməsi üçün strategiya müəyyənləşdirir – büdcədə nağd pul yoxdur; Azərbaycanın əvəzsiz konyak spirtini, şərablarını və pambığını xaricə çıxarın, əvəzində ölkəyə həyati əhəmiyyətli toxumlar gətirin.
Bu strateji missiyanın önündə duran əsas fiqurlardan biri də Baltik ölkələri ilə möhkəm biznes əlaqələrinə malik Naiq Məmmədhəsənov idi. İllərlə aparılan barter və ticarət əməliyyatları nəticəsində “Tovuz-Baltiya†şirkətinin anbarlarında Azərbaycanın qiymətli, unikal konyak spirti ehtiyatı toplanır. Bu, sadəcə spirt deyildi – milyonlarla dollar dəyərində strateji biznes aktivi, beynəlxalq bazarda qızıl dəyərində olan xammal idi.
Səhnəyə “Nikoyl Bank†(“Yelo Bankâ€) çıxır, Mehdiyevin hücum planı işə düşür
2007-ci ilin yay mövsümündən sonra, noyabr ayında yerli fermerlərin əlində qalan tonlarla nar, üzüm, meyvə-tərəvəz məhsulu çürümək təhlükəsi ilə üz-üzə qalır. Fermerlər məhsulu nə xaricə çıxara, nə də Bakıya çatdıra bilirlər. Məhsullar yolda xarab olur, ləngimələr yaşanır, sadə insanlar çox ağır iqtisadi duruma düşürdü. Naiq Məmmədhəsənov yerli istehsalçıya kömək etmək, tədarükü təşkil etmək məqsədilə maliyyə resursu cəlb etmək qərarına gəlir. Həmin vaxt səhnəyə Rusiya sərmayəli “Nikoyl Bank†(“Yelo Bankâ€) çıxır. O zaman bank rəhbəri olan Vasili Xamaza sahibkar Naiq Məmmədhəsənova sözün əsl mənasında gecə-gündüz təriflər yağdırır. “Biz banklarla işləyirik, heç bir problemimiz yoxdurâ€, – deyən sahibkara bank rəhbərliyi inadla bildirir: “Sən lap gecə də olsa gəl, sənə nə vaxt istəsən kredit verəcəyik, VIP xidmət göstərəcəyik, güzəştli kreditlər ayıracağıqâ€.
850 min manatlıq kreditə görə 9 milyon 350 min manatlıq girov!
Beləliklə, həmin ilin noyabrında “Nikoyl Bankâ€la(“Yelo Bankâ€) “Tovuz-Baltiya†şirkəti arasında 24 ay müddətinə, 12 ayı güzəştli olmaqla, illik 22 faizlə 850 min manatlıq kredit müqaviləsi bağlanır. Şərtlərə görə, sahibkar hər ay təxminən 15 min 533 manat faiz ödəməli idi. Lakin bank rəhbərliyinin niyyəti ilkin andan tam başqa idi. Onlar 850 min manatlıq kreditin qarşılığında sahibkardan tam 9 milyon 350 min manatlıq girov – həmin qiymətli konyak spirtini tələb edirlər.
Sahibkar Naiq Məmmədhəsənov kredit müqaviləsi üzrə öhdəlikləri rahat şəkildə yerinə yetirəcəyinə əmin olduğundan tələb olunan girovu təmin edir. Əslində isə 1-in 11-ə nisbətində girov tələb etmək hələ o vaxt bankçılıq norması deyil, açıq-aşkar “yağmalamağa hazırlıq†idi. Bankın məqsədi krediti geri almaq deyil, 9,3 milyonluq spirt aktivini “əngəlləmək†və mənimsəmək idi.
“Mehdiyevçiâ€lər hücumda – “Nikoyl Bank†24 aylıq kredit verir və 5 ay sonra krediti geri təlb edir!
Kredit müqaviləsinin 5-ci ayında, sahibkar Naiq Məmmədhəsənov xaricdə işgüzar səfərlərdə olduğu vaxt, “Nikoyl Bank†gözlənilmədən onu məhkəməyə verir. Bəhanə? Güya “Tovuz-Baltiyaâ€nın 130 min manat faiz borcu var. Ancaq hesablama aparıldıqda məlum olur ki, 5 ay üçün faiz borcu maksimum 75 min manat ola bilərdi. Bank rəsmi möhürlü cavabında “Tovuz-Baltiya†tərəfindən 149 min manat ödənildiyini etiraf etsə də, məhkəmə iddialarını geri çəkmir və saxta iddialarla girovda olan konyak spirti saxlanılan anbarları plomblatdırır.
Sahibkar borcu öz vəsaiti hesabına bağlamaq üçün girovdan kənarda qalan spirtin 1 vaqonunu Rusiyaya – Dağıstandakı məşhur “Kizlyar Konyak Zavoduâ€na göndərir. Həmin zavodla 4 milyon 220 min avro dəyərində böyük müqavilə imzalayır.
Bundan xəbər tutan “Nikoyl Bankâ€ın rəhbəri Vasili Xamaza dərhal Dağıstan gömrüyünə yalan məlumat-xəbərdarlıq göndərir: “Bu mal keyfiyyətsizdir, spirtə kola qatılıb, saxlayın!â€
Sahibkar malı beynəlxalq SGS (Société Générale de Surveillance) laboratoriyasının rəyi ilə göndərməsinə baxmayaraq, bankın müdaxiləsi ilə vaqonlar saxlanılır. Məsələ Naiq Məmmədhəsənovun iddiası əsasında Rusiya Arbitraj Məhkəməsinə gedir. Sankt-Peterburq Federal Akkreditasiya Laboratoriyası nümunələri yoxlayır və cavab verir: “Tovuz-Baltiyaâ€nın “Kizlyar Konyak Zavoduâ€na göndərdiyi konyak spirti yüksək keyfiyyətlidir və bütün beynəlxalq standartlara cavab verirâ€.
Vaqonlar Kizlyardakı zavoda boşaldılır. Planlarının pozulduğunu görən “Nikoyl Bankâ€ın sədri Vasili Xamaza bu dəfə zavodun rəhbərliyinə rəsmi məktub yazaraq növbəti şantaja əl atır: “Naiq Məmmədhəsənov təhlükəli adamdır, Azərbaycandan çıxışına qadağa qoyulub, onunla işləməyinâ€. Kizlyar zavodunun rəhbərliyi bu məktubdan sonra müqaviləni məcburi qaydada dayandırır.
Naiq Məmmədhəsənov məsələnin kökünə getdikdə və bankın o zamankı rəhbəri Vasili Xamaza(Azərbaycanda törətdiyi cinayətlərə görə hazırda İnterpolun “qırmızı bülleteni†ilə axtarışdadır – E.M) ilə söhbətlərində dəhşətli həqiqət üzə çıxır. Vasili Xamaza açıq şəkildə Ramiz Mehdiyevin maraqları çərçivəsində hərəkət etdiklərini etiraf edir: “Bu tapşırıq yuxarıdan idi, o mal sənin əlindən çıxmalı idi!â€
Bankın arxasında gizlənən Mehdiyev klanının məqsədi bütün mümkün bəhanələrlə bankdan Naiq Məmmədhəsənovun şirkətinə verilən faizləri, dəbbə pulunu süni şəkildə artırmaq, borcun ödənilməsinə imkan verməmək və “Tovuz-Baltiyaâ€nın əlində olan, unikallığı ilə seçilən konyak spirtini ələ keçirmək idi.
“Tovuz-Baltiyaâ€nın anbarlarına “mehdiyevçiâ€lərin reyder hücumu
Bunun üçün “Tovuz-Baltiyaâ€nın anbarlarına reyder hücumu təşkil olunur. Tovuz rayon icra məmuru Araz Zəhmətovun vasitəsilə girov adı ilə qanunsuz şəkildə plomblanan milyonlarla manatlıq konyak spirtinin “Tovuz-Baltiya†anbarlarından çıxarılaraq Bakının Mehdiabad qəsəbəsində yerləşən, Mehdiyevin ailəsinə məxsus konyak-şərab zavoduna daşınmasına cəhd edilir. Həmin Mehdiabaddakı konyak-şərab zavodu birbaşa Ramiz Mehdiyevin ailəsinə məxsusdur və zavoda Ramiz Mehdiyevin qardaşı Mais Mehdiyev patronajlıq edirdi!
“Nikoyl Bankâ€ın Hüquq Departamentinin müdiri və İdarə Heyətinin üzvü Zaur Abıyev (hazırda Ali Məhkəmənin hakimi olan Kamalə Abıyevanın yoldaşı) bu prosesin hüquqi maskalanmasını həyata keçirirdi. Bu yerdə haşiyəyə çıxaraq qeyd edək ki, sonradan Vəkillər Kollegiyasının üzvü olan Zaur Abıyev Ramiz Mehdiyevin həbsindən sonra onun vəkili olub!
Yəni bank sadəcə bir vasitə idi. Məqsəd Azərbaycanın zəhmətkeş sahibkarının illərlə yığdığı yüksək keyfiyyətli konyak spirti ehtiyatını Ramiz Mehdiyevin qardaşı Mais Mehdiyevin idarə etdiyi Mehdiabaddakı şərab-konyak zavoduna daşımaq, eyni zamanda Naiq Məmmədhəsənovun biznesini bütünlüklə ələ keçirmək olub.
Sahibkar hücumu dəf edir – “mehdiyevçiâ€lər əliboş qalır
Sahibkar Naiq Məmmədhəsənov bütün təzyiqlərə baxmayaraq geri çəkilmir. Konyak spirtini “Tovuz-Baltiya†şirkətinin anbarlarından çıxarılaraq Mehdiyevin zavoduna daşınmasına imkan vermir. Ardından o, “Nikoyl Bankâ€ı, Tovuz rayon icra məmuru Araz Zəhmətovu və Ədliyyə Nazirliyini Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə verir.
Bank məhkəməyə saxta arayışlar təqdim edərək iddia edir ki, girovdakı mal keyfiyyətsizdir və dəyəri borcu ödəmir. Məhkəmə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq komissiyası vasitəsilə ekspertiza təyin edir. Ekspertizanın nəticəsi bankın və Mehdiyev klanının ittihamlarını darmadağın edir: “Malın dəyəri girov qoyulan qiymətdən də artıqdır!â€
Bu işi diqqətdə saxlayacaq və proseslərin gedişatını oxuculara çatdırmaqda davam edəcək. (musavat.com)


Xəbərin oxunma sayı : 1369
Gündəm
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






