“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Xaçmazda yeniyetmə anasını öldürməkdə şübhəli bilinir - Təfərrüat

Tarix 01.11.25, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Xaçmaz rayonunun Çaykənarı kəndində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

AzFakt.com AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 29-da bıçaqlanan Çaykənarı kənd sakini Məmmədova Həqiqət Tərlan qızı təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı çoxlu qan itirən 42 yaşlı qadın həkimlərin səyinə baxmayaraq, bir gün sonra xəstəxanada dünyasını dəyişib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatoloqu Orxan Şeydayev bildirib ki, oktyabrın 29-u saat 19:30 radələrində 1983-cü il təvəllüdlü şəxs (qadın) tibb müəssisəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin, qarının ön divarının kəsilmiş-deşilmiş yaraları, daxilə nüfuz etməklə, sol dirsək oynağı, sağ saidin, sol əlin ovuc hissəsinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, oktyabrın 30-da saat 19:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Hadisəni törətməkdə şübhəli bilinən, mərhumun 17 yaşlı oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mərhumun qohumları bildiriblər ki, ana və övladı arasında münaqişə telefon üstündə başlayıb. Yeniyetmə anasının telefon işlətməsinə qarşı olub, bu səbəbdən mütəmadi mübahisələr yaranıb. Aralarındakı sonuncu mübahisədən sonra Həqiqət Məmmədova yaşadığı evdən çıxaraq kənddəki qohumunun evinə gedib. Bir müddət sonra yeniyetmə həmin evə hücum edərək anasına çoxsaylı bıçaq zərbələri vurub.

Hadisə şahidi Züleyxa İskəndərovanın sözlərinə görə, mərhum Qusarda meyvə bağlarında briqadir kimi çalışırdı. Hadisə baş verən gün H.Məmmədova işdən gəlib çay dəmləmək istəyib. Bu zaman gözlənilmədən evə daxil olan yeniyetmə anasına çoxsaylı bıçaq zərbələri vurub. “Qusardan işdən gəlmişdi. Çay hazırlayırdı. Birdən qışqırdı ki, xala qoyma, kömək elə. Mən də divanda oturmuşdum, xəstə adamam. İçəri girən kimi anasını bıçaqladı. Stulu başına vurdum ki, buraxsın bıçağı əlindən. Stul belinə dəydi, bıçağı atıb çıxıb getdi”,- deyə hadisə şahidi söyləyib.

Qətlə yetirilən qadının 2 oğul övladı var. Hadisəni ailənin kiçik övladı törədib.

Hadisəsi törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə polislər tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başladılıb, istintaq araşdırmaları aparılır.



Xəbərin oxunma sayı : 1633




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap