“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq edib - Rəhbəri kimdir?

Tarix 02.05.24, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, ABŞ Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlərdən məlum olub ki, məhdudiyyət 29 fiziki və 250-dən çox hüquqi şəxsə tətbiq edilib.

Sanksiyaya məruz qalanlar arasında bir Azərbaycan şirkəti də var. Bu,  “Lahic Energy” MMC-dir. Onun rəhbəri Yevgeni Əliyev və oğlu Cahangir Əliyev də sanksiyaya məruz qalanlar siyahısındadır. Yevgeni Əliyev 1959-cu ildə, Cahangir Əliyev isə 1983-cü ildə anadan olub. Ancaq onlarla bağlı açıq mənbələrdə əlavə məlumat mövcud deyil.

ABŞ Maliyyə nazirliyinin açıqlamasında iddia olunur  ki, "Lahic Energy” MMC-yə sanksiya tətbiq edilməsinin səbəbi bu şirkətin Rusiyanın hərbi-sənaye bazasını dəstəkləmək üçün müəyyən edilmiş Rusiya Federasiyası iqtisadiyyatının bir sektorunda fəaliyyət göstərməsi ilə bağlıdır. 

"Lahic Energy” MMC bununla bağlı hər hansı açıqlama yaymayıb.

Qeyd edək ki, “Lahic Energy” MMC Azərbaycanda 2019-cu ildə qeydiyyatdan keçib. Həmin vaxta qədər Rusiyada fəaliyyət göstərib. Bununla belə Azərbaycanda da müəyyən layihələrdə iştirak edib.

Şirkət əsasən “yaşıl enerji” sektorunda fəaliyyət göstərib. Onun Azərbaycanın rayonlarında 4 kiçik həcmli SES qurduğu, Qobustanda günəş panellərinin döşənməsində iştirak etdiyi rəsmi saytında əks olunub. Həmçinin MMC fərdi evlərə də günəş panellərinin qurulması xidmətini təklif edir.

Şirkətin elektronik məhsulların satışı ilə məşğul olduğu da bildirilir. 

Mənbə:"AzPolitka.info"



Xəbərin oxunma sayı : 724




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap