“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTO/VİDEO

Tarix 02.05.24, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın ikinci böyük elektrik stansiyası olan, Şüvəlan qəsəbəsində yerləşən 800 meqavatlıq “Şimal” elektrik stansiyasında reqlament üzrə təmir-təftiş işləri aparılır.

AzFakt.com xəbər verir ki, bu barədə  “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

Vurğulanıb ki, texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması və istismar səviyyəsinin yüksəldilməsi üçün analoji proses 2021-ci ildə 400 meqavatlıq “Şimal-1” elektrik stansiyasında da həyata keçirilmişdi və hazırda 400 meqavatlıq “Şimal-2” elektrik stansiyasında kompleks təmir işləri görülür. Qaz turbinində, generatorda, transformatorlarda, ötürmə xətlərində, idarəetmə və təsirlənmə sistemlərində aparılan təmir-təftiş işlərini “AzərEnerji”nin “Şimal” elektrik stansiyasının və “Enerjiservis” MMC-nin mütəxəssisləri ilə yanaşı, istehsalçı “Mitsubishi Power Europe, Ltd.” şirkətinin mütəxəssisləri həyata keçirirlər.

Yeni texnologiyaların və əlavə rəqəmsal avadanlıqların tətbiqi nəticəsində stansiyanın səmərəliliyi daha da yüksələcək. Bununla da əvvəllər hər kilovat-saata görə təqribən 220-222 qram şərti yanacaq sərf edilirdisə, indi bu rəqəm hər kilovat-saata görə 215-216 qrama qədər düşəcək, üstəlik təbii qaza qənaət edilməklə yanaşı, karbon emissiyasının azalmasına səbəb olacaq.
Paralel olaraq, “Şimal-2” elektrik stansiyasının dənizə geri buraxılan soyutma suyunun üzərində yaradılan kiçik su elektrik stansiyasında da “AzərEnerji” tərəfindən qrafikə uyğun təmir işləri aparılır. Sonda onu da qeyd edək ki, ümumilikdə “Şimal” elektrik stansiyası ölkədəki istilik elektrik stansiyaları arasında ən yüksək faydalı iş əmsalına malik olan stansiyadır və bu stansiya 57% faydalı iş əmsalına görə Cənubi Qafqaz regionunda ilk yerdə qərarlaşıb.





Xəbərin oxunma sayı : 697




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap