![]() |
|














Azərbaycan və Şimali Makedoniya münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib
Tarix 12.03.25, 19:00 |
|

Bu gün Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Balkan yarımadası ölkələri ilə yaxın təmasların qurulmasıdır. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər.
Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Balkan yarımadası dövlətlərinin Azərbaycanla münasibərlərin genişlənməsinə olan marağı artıb.
Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.
Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi artıb, birgə iqtisadi layihələrə imza atılıb və investisiyaların təşviqi ilə bağlı razılaşmalar əldə edilib. Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. Bu, iqtisadi əməkdaşlığın təkcə kağız üzərində deyil, real biznes əlaqələri səviyyəsində də inkişaf etdiyini göstərir. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 2013-cü ildə imzalanıb. Bu gün isə yeni layihələrin həyata keçirilməsi gündəmdədir.
İki ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsi isə Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın COP29 tədbiri çərçivəsində Bakıya rəsmi səfəri olmuşdur.
Ötən ilin 14 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən xanım Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulamışdır. Ali qonaq Azərbaycan mədəniyyəti ilə tanışlıqdan məmnunluğunu bildirmiş və ölkəmizlə əməkdaşlıq üçün geniş imkanların olduğunu demişdir. Ölkə başçımız da öz növbəsində
Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir. Bu kontekstdə Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd etmişdir.
Bu görüşlər bir daha sübut edir ki, ölkələr arasındakı coğrafi məsafə diplomatik və dostluq münasibətlərinə mane olmur. Balkanlardan Xəzərə uzanan bu dostluq körpüsü gələcək illərdə möhkəmlənəcək və iki ölkə arasında əlaqələri daha da gücləndirəcək.
Martın 10-da ölkəmizə səfərə gələn Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi qarşılanma mərasimi olub, daha sonra martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkə başçımız bildirib: "Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq".
İki ölkə iqtisadi sahədə əməkdaşlıq üçün potensiala malikdir. Azərbaycanın enerji resursları və nəqliyyat-logistika imkanları Makedoniya üçün əhəmiyyətli perspektivlər açır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və gələcəkdə bu sahədə əməkdaşlığın genişlənməsi mümkündür.
Ölkəmizin həyata keçirdiyi beynəlxalq enerji və infrastruktur layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Balkan regionu üçün də mühüm əhəmiyyət daşıyır. Şimali Makedoniya Azərbaycanın enerji sektorundakı təcrübəsindən yararlanmaqda maraqlıdır. Bununla yanaşı, kənd təsərrüfatı, informasiya texnologiyaları və alternativ enerji sahələrində də əməkdaşlıq perspektivləri mövcuddur.
Azərbaycan və Şimali Makedoniya arasında münasibətlərin digər vacib aspektlərindən biri də mədəni və humanitar sahədə əməkdaşlıqdır. Hər iki xalqın zəngin tarixi və mədəni irsi əlaqələri daha da gücləndirir. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələrin Şimali Makedoniyada təhsil alma imkanlarının genişləndirilməsi və akademik mübadilələrin təşviq edilməsi müzakirə olunur. Azərbaycan Şimali Makedoniya vətəndaşları üçün cəlbedici turizm məkanıdır və Makedoniyanın tarixi və təbii gözəllikləri azərbaycanlı turistlər üçün maraq kəsb edir.
Əminik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana növbəti səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə yüksəlməsinə səbəb olacaqdır.
Aydın Bağırov
Xəbərin oxunma sayı : 154
Sosial
Xəbərlər
-
Ölkəmizin qaz ixracatı coğrafiyasının genişləndirilməsi əsas hədəflərdəndir
-
“Çox qəşəng görünürsən” - Həyat yoldaşı efirə zəng etdi
-
Arda Turan “Eyüpspor“u bu kluba dəyişir - Razılıq əldə olundu
-
“2 aprel böyük gün olacaq” – Tramp anons edir
-
Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır - VİDEO
-
“İnvestaz“ MMC aylardır sürücülərin əməkhaqlarını ödəmir - VİDEO
-
Azərbaycanda kartof niyə bahalaşıb? - Açıqlama
-
“Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur“ - Tramp
-
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib - RƏSMİ
-
Forumda iştirak etmək üçün Azərbaycana gəldilər - FOTO
-
Azərbaycan və Şimali Makedoniya münasibətləri növbəti mərhələyə qədəm qoyur
-
Yolun ortasında sürücünü döyənlər həbs edildi
-
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtları
-
“Pakistanda qatar qaçıran silahlılar azı 50 girovu öldürüb” - “Reuters”
-
Şirkət rəhbəri Firudin Cavadov vətəndaşları necə aldadıb? - VİDEO
-
Ukrayna Sudcadan çıxdı - Zelenski Kurskda baş verənləri izah etdi
-
Bağırova yeni müavin təyin edildi - Prezident Sərəncam imzalayıb
-
Sumqayıtda ümumi qarajda yanğın - VİDEO
-
“Respondentlərin 60 %-dən çoxu Paşinyandan narazıdır“ - Sorğu
-
Yaşayış evlərinin tikintisinə 297 milyon manat sərf olunub
-
Ölkəmiz Avropadakı tərəfdaşlarının xahişlərinə hər zaman böyük diqqətlə yanaşır
-
Sahibə Qafarova Şimali Makedoniya prezidenti ilə görüşdü - Fotolar
-
143 milyonluq yeyinti işində daha bir hökm - 10 il həbs verildi!
-
Türkiyə vətəndaşı Tolqa Şahindən şikayət - Azərbaycanlı iş adamlarına qarşı 613 min manatlıq dələduzluq edib
-
“Ukraynada seçkilər yalnız hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək“ - Zelenski
-
Azərbaycan və Şimali Makedoniya münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib
-
Sabah Binəqədi, Xəzər və Nəsimi rayonlarında qaz olmayacaq - Xəbərdarlıq
-
Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb - 381 min manat ziyan dəydiyi müəyyən edilib
-
Ramazan bayramı günü iftar süfrəsi? - İcra Hakimiyyəti 7 min xərcləyəcək
-
“Vaşinqton Ukrayna ilə ərazi güzəştlərini müzakirə edib“ - ABŞ Dövlət katibi
-
Neft Fondunun pul qoyduğu qlobal şirkətlər batır – Milyardların taleyi necə olacaq?
-
Oleq Bakinski“nin məhkəməsində Füzuli Musayevin ifadəsi AÇIQLANDI
-
Bu gün Əfv Komissiyası iclası keçirilib - Baxılan müraciətlərin sayı 400-ü keçib
-
“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Bakı Tekstil Fabriki” MMC-nin tikiş sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Hərbi Hava Qüvvələrinin helikopterləri təlim-məşq uçuşları keçirib - VİDEO
-
Xətai rayonunda piyada səkisinin zəbt olunmasının qarşısı alındı - FOTO
-
Bu şəxslərə 270 manat müavinət veriləcək - FƏRMAN
-
İntihar məktubunda da onun adını çəkmişdi... - 2 il sonra həbs edildi
-
Azərbaycanda illik inflyasiya 5.5% təşkil edib - RƏSMİ
-
“Makronun “3-4 nüvə başlığı ilə“ hamını qorumaq niyyəti gülməlidir“ - Lavrov
-
Xankəndidə bir vaxtlar separatçıların yuvası olan bina sökülür - VİDEO
-
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
“Mircəlal həkim dedi ki, onlar bizi biabır ediblər“ - Xəstələrin pulunun mənimsənilməsi işi
-
İyuldan yaxın qohumlar arasında nikah qadağan olunur - Rəsmi
-
“Novruz“ bayramında Azərbaycan otellərində qiymətlər - SİYAHI
-
“Top Qapı” restoranında nöqsanlar aşkarlandı - Fotolar
-
“Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır“ - Şöbə müdiri
-
Prezident BMT Baş katibinin müavinini qəbul edib - Müzakirə
-
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı təsdiqlənib - FƏRMAN
-
“Rusiya razılaşmasa, döyüşməyə davam edəcəyik” - Tramp
-
Nazir generalı rəis əvəzi təyin etdi - Xanım rəis istefa verdi
-
Son illər Azərbaycanda belə bir hal olmayıb - Banklar dollar almır...
-
Daha bir gün də artırıldı, ardıcıl neçə gün iş olmayacaq? - RƏSMİ
-
Tramp Zelenskinin rəhbərlik etdiyi Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəmir - LAVROV
-
Gəncədə bəzi attraksionların istismarı dayandırıldı - VİDEO
-
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul etdi - FOTOLAR
-
Pakistanda 155 girov azad edildi - FOTOLAR
-
“Bolt”da bu sürücülərin fəaliyyətinə bu gündən QADAĞA
-
Məşhur klinikalar saxta diplomlu Musa Kılıçı necə işə götürüb? - İLGİNC FAKTLAR
-
Qəbul imtahanlarına onlayn hazırlaşmaq keyfiyyətli nəticə verir? - Açıqlama
-
Baş nazirdən bağçalarla bağlı - Qərar
-
Dünya fond bazarlarında eniş davam edir - Əsas indeks göstəriciləri
-
Gömrük Hospitalının həkimləri: "İki ildir maaşımızı əlimizdən alırlar"
-
“Səs-küy axşam 10-da başlayır, səhər 7-yə qədər davam edir” - Video
-
Kartla ödəniş etmək istəyən şəxslər bəzi marketlərdə niyə çətinliklərlə üzləşir? - VİDEO
-
Plastik cərrahlar qiyməti qaldırdı - Burun 5 min...
-
Sosial şəbəkələrdə narkotik vasitələrin açıq şəkildə alveri gedir - VİDEO
-
Bakıda avtomobilinə hücum edilən şəxs sahikar imiş - DETALLAR
-
“Dərnəgül” taxta bazarında yanğın - VİDEO
-
UEFA Çempionlar Liqası: - “Liverpul” tunirlə vidalaşdı
-
“Məndə böyük travma qalıb” - Mehriban Zəki
-
Salah İspaniya nəhəngində oynamaq istəyir - Bu şərtə razı olsa...
-
Keşlə bazarının bəzi satıcıları niyə hələ də köçməyiblər? - VİDEO
-
ABŞ VƏ Ukrayna danışıqları başa çatdı - 30 günlük atəşkəs, hərbi, kəşfiyyat yardımı...
-
“Vətən” restoranında istehlaka yararsız məhsullar aşkarlandı - Fotolar
-
Babək prospektində bu yol hər an çökə bilər - VİDEO
-
Çin, Rusiya və İrandan Trampa güc nümayişi - Birgə təlimlərin İrana faydası varmı?
-
Səttar Mehbalıyevin otelində kütləvi narazılıq - Deputat niyə susur?
-
“Azcake“ə məxsus mağazanın vitrinində tarakan gəzişir - VİDEO
-
Zelenskini Məhəmməd bin Salman belə qarşıladı - Video
-
Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
-
Leyla və Arzu Əliyevalar İsmayıllıda - Fotolar
-
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
-
Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı
-
“Kanada məhsullarına əlavə rüsumlar tətbiq ediləcək” - Tramp
-
Yeni Günəşlidə 3 mərtəbəli qanunsuz obyekti kim tikdirir? - Fotofakt
-
Bir ildə 16 min iş yeri bağlanıb: Səbəb nədir?
-
Anarın məhkəməyə verəcəyi şair: “Daha ciddi, iyrənc faktlar bilirəm“
-
“Hindistandan silah alınmasında maraqlıyıq“ - Ermənistan XİN rəhbəri
-
Ukrayna “Drujba”nı vurdu - Macarıstana neft axını dayandı
-
Qaz Emalı Zavodunun direktoru dəyişdi - Təyinat
-
Azərbaycan vətəndaşlarının böyrəyini satırmış - Polşada həbs olundu
-
Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşdü - Fotolar
-
Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının ilk iclası keçirilib - FOTO
-
Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - “Caliber“
-
Son 2 ildə işğaldan azad olunan rayonlara nə qədər yerli turist gedib? – Siyahı
-
99-BZ-500 buna görə döyülüb - Qadına söz atıb, o da yoldaşına deyib
-
“Qazaxıstan Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq kimi görür“ - Tokayev
-
Rəqabət Məcəlləsi ilə bağlı qaydalar - Təsdiqləndi
-
“Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb“ - Fon der Lyayen
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əmlak Məsələləri Dövlət Xidmətinə yeni səlahiyyət verildi - Fərman
-
“Saray” körpüsü piyadaların istifadəsinə açılıb - Fotolar
-
“Bir günlük müharibə Rusiyaya bir milyard dollara başa gəlir” - Budanov
-
“50 qəpik“ avtoyumanın kassaları yarıldı: Qəpiklər oğurlandı
-
“Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı“ - Erməniəsilli şahid
-
Bacısını 7-ci dəfə ərə getməsin deyə öldürüb - 17 yaşlı Rasimin törətdiyi dəhşətli QƏTL
-
DTX-nin Qusar əməliyyatı - “Meşə qardaşları” haqda yeni qərar
-
Saxta sənədli həkim ayda 50 mini necə qazanıb? - Şok faktlar
-
Şimali Makedoniya Prezidenti Bakıda Zəfər parkını ziyarət edib - FOTO
-
Tarix və mədəniyyət həvəskarları üçün ən yaxşı səyahət distansiyası Qaziantep - FOTOLAR
-
Evdə Fərdi Təhsil məktəbində korrupsiya - Direktor maliyyə yoxlamasından təşvişə düşüb...
-
MN-dəki 143 milyonluq mənimsəmə işi: “Birbaşa əli olan şəxslər azadlıqdadır“
-
Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu - FOTO
-
Avtomobilə hücumla bağlı 3 nəfər ev dustağı edildi - Məhkəmədən qərar
-
“Evrohome“da sahibkarlardan məcburi toplanan “kommunal vergi“ - Möhnətov yığdığı pulları vergidın yayındırır
-
Vəzifədən azad edilən generalın yerinə - Təyinat
-
Bayram günlərində rayonlarda istirahət neçəyə başa gəlir? - VİDEO
TOP 10
ARXİV