Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı

Tarix 18.04.24, 19:52

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 min 569 ədəd benzin ilə işləyən minik avtomobili idxal olunub.

Yeniavaz.com-un apardığı hesablamaya görə, idxal olunan minik avtomobillərinin 66%-i və ya 3 639 ədədini mühərrikinin həcmi 1500-3000 kub sm olanlar təşkil edib.

Bunlardan başqa bu ilin ilk 2 ayında ölkəyə mühərrikinin həcmi 1000 kub sm-dən çox olmayan 117 ədəd, mühərrikinin həcmi 1000-1500 kub sm olan 1 720 ədəd, mühərrikinin həcmi 3000 kub sm-dən çox olan isə 94 ədəd benzinlə işləyən minik avtomobili gətirilib.

Benzinlə işləyən minik avtomobilləri Azərbaycana əsasən aşağıdakı ölkələrdən idxal edilib:

Mühərrikinin həcmi 1000 kub sm-dən çox olmayan
– Koreya – 83 ədəd (1 ədədin orta gömrük dəyəri 9 323 manat)
– Çin – 16 ədəd (1 ədədin orta gömrük dəyəri 10 970 manat)
– ABŞ – 8 ədəd (1 ədədin orta gömrük dəyəri 9 610 manat)

Mühərrikinin həcmi 1000-1500 kub sm olan
– Yaponiya – 393 ədəd (1 ədədin orta gömrük dəyəri 9 654 manat)
– Meksika – 391 ədəd (1 ədədin orta gömrük dəyəri 10 325 manat)
– Çin – 369 ədəd (1 ədədin orta gömrük dəyəri 24 541 manat)
– ABŞ – 342 ədəd (1 ədədin orta gömrük dəyəri 9 100 manat)
– Koreya – 154 ədəd (1 ədədin orta gömrük dəyəri 11 213 manat)
– Kanada – 26 ədəd (1 ədədin orta gömrük dəyəri 11 144 manat)
– Anqola – 16 ədəd (1 ədədin orta gömrük dəyəri 27 470 manat)

Mühərrikinin həcmi 1500-3000 kub sm olan
– ABŞ – 1 109 ədəd (1 ədədin orta gömrük dəyəri 15 737 manat)
– Koreya – 995 ədəd (1 ədədin orta gömrük dəyəri 11 381 manat)
– Almaniya – 482 ədəd (1 ədədin orta gömrük dəyəri 20 538 manat)
– Meksika – 396 ədəd (1 ədədin orta gömrük dəyəri 12 688 manat)
– Böyük Britaniya – 238 ədəd (1 ədədin orta gömrük dəyəri 45 260 manat)
– Çin – 99 ədəd (1 ədədin orta gömrük dəyəri 39 860 manat)

Mühərrikinin həcmi 3000 kub sm-dən çox olan
– Yaponiya – 61 ədəd (1 ədədin orta gömrük dəyəri 138 475 manat)
– ABŞ – 16 ədəd (1 ədədin orta gömrük dəyəri 127 400 manat)
– Böyük Britaniya – 12 ədəd (1 ədədin orta gömrük dəyəri 563 110 manat)



Xəbərin oxunma sayı : 613




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap