Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə

Tarix 28.03.24, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində casusluqda ittiham olunan İran vətəndaşı Qaedi Məhəmməd Nəcəf oğluna hökm oxunub.

Məhkəmə onu cəzasını ciddi rejimli koloniyada çəkməklə 12 il azadlıqdan məhrum edib.

Ötən ilin martında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əcnəbi vətəndaşın saxlanılması barədə bildirmişdi.

Bildirilirdi ki, Qaedi (1994-cü ildə anadan olub) uzun müddətdir ki, aktiv olmayan Feysbuk səhifəsində İranın Tehran şəhərinin Niavəran rayonundan olduğunu qeyd edib. Məhəmməd Qaedinin Feysbuk dostlarının əksəriyyətinin azərbaycanlılar olması da diqqət çəkib. Paylaşdığı fotoların birində isə məşhur Azərbaycan şairi Şəhriyarın portreti ilə yanaşı dayanıb.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Məhəmməd Qaedi tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanılmış çoxsaylı sübutlar əsasında onun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.

O, Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsilə cinayət məsuliyyətinə cəlb edilib.

Açıklama yok.




Xəbərin oxunma sayı : 721




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap