Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq

Tarix 25.04.24, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 23-də ADA Universitetində "COP29 vəAzərbaycan üçün Yaşıl Baxış" mövzusundabeynəlxalq forum keçirildi. Hər bir beynəlxalqtədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyiməkan baxımından xüsusi diqqət çəkir.

Bu gün Azərbaycana beynəlxalq baxışın hansı səviyyədəolduğu reallıqlarımızdan daha aydın görünür. Ölkəmiz beynəlxalq münasibətlər sistemindəmövqeyini daha da möhkəmləndirir. Təbii ki, buuğura əsas verən amil ölkələr arasında əlaqələrininkişafında mühüm faktor olan etimad mühitininqorunması və inkişaf etdirilməsidir. Dövlət başçısıİlham Əliyev sözügedən forumdakı çıxışındaölkəmizin uğurlarının səbəblərindən danışarkənbu məqamları xüsusi qeyd etdi. Bildirdi ki, biz heçvaxt Azərbaycan üçün potensial təhlükə yaradabiləcək heç bir işə qoşulmamışıq. Hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədəqardaşlarımız ilə münasibətlərimizdə ədalətliolmuşuq. Uğurumuzun səbəbi bundadır. Əsasçıxış yolu və üsul ədalətli və səmimi olmaqdır. Qonşularla yaxşı və bəzi hallarda əlamünasibətlər qura bilmişik: "Düşünürəm ki, bu, məhz həmin keyfiyyətlərlə bağlıdır. Çünki onlarbizə etimadla yanaşa bilərlər və bilirlər ki, bizimtərəfdən sürprizlər olmayacaq.

Dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyiəsas məsələlərdən biri regional təhlükəsizliyintəmin edilməsi oldu. Ölkə Prezidentinin hər bir çıxışında Azərbaycanın  tarixi Zəfərimizdən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsinə xüsusi diqqət yönəldilir. Azərbaycan regionda dayanıqlısülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifəninaçılması üçün bu addımı atdı və reallığaçevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri  yüksək səviyyədə yerinə yetirir. Cənab İlhamƏliyev hazırkı dövrdə sülh müqaviləsininimzalanmasına  yaxın olduğumuzu  əsaslı şəkildədiqqətə çatdırdı. Bu reallıq da qeyd edildi ki, bizişğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belərazılığa gələ bilmirdik. İndi sülh sazişinin necəolması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, həriki tərəfə vaxt lazımdır. Dövlət başçısı növbətizəfərimiz olan Qazaxın dörd kəndinin geriqaytarılmasına da diqqəti yönəldərək vurğuladı ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra dördkənd məsələsini qaldırdıq. Əslində,  həminkəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar məsələsi başqadır, çünki o, dahamürəkkəbdir. Həmin eksklavlar digər ölkəninəhatəsində olan ərazidə yerləşir. Ona görə onlardelimitasiya prosesində həll olunmalıdır.

Forumun mövzusundan da göründüyü kimi,  yaşıl enerji keçidi prioritet məsələmizdir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsi  belə bir reallığın təsdiqidir ki, ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində stimulverici amildir. "Yaşıl dünyanaminə həmrəylik ili" Azərbaycanın iqlimdəyişikliyinə qarşı qlobal mübarizədə töhfələriniartırmaq məqsədi daşıyır.  Dövlət başçısı İlhamƏliyev forumdakı çıxışında "Biz iqtisadiyyatımızışaxələndiririk" söyləyərək onu da əlavə etdi ki, hazırda neft və qaz ümumi daxili məhsulumuzunyarıdan az hissəsini təşkil edir. Lakin ixracımızıntəxminən 95 faizi neft və qazla bağlıdır. Hazırdaəsas məqsədlərimizdən biri ixracımızışaxələndirməkdir. Dayanıqlı inkişaf və enerjiamillərinə gəldikdə isə, bildirildi ki, iqtisadigöstəricilərimiz və sosial proqramlarımız bunuaydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsizlikvə yoxsulluq məsələlərinin həlli üçün istifadəedilib. Onlar bərabər şəkildə bölüşdürülür. Enerjiəməkdaşlığımızı və ilk gəlirlərimizi aldığımızzaman Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi, hər ikinci şəxs yoxsul idi. Qaçqınlararasında isə bu göstərici 75 faizdən çox idi.  İndiisə biz bunu 5 faiz səviyyəsinə qədər azaltmışıq. Eyni göstərici işsizliyə də aiddir.
Sosial-iqtisadi inkişafımızın yüksəkgöstəricilərlə ifadə edilməsi ölkəmiziniqtisadiyyatını düzgün əsaslar üzərindəqurduğunu təsdiqləyir. Azərbaycan neft və qazla zəngin ölkə olmasına baxmayaraq yaşıl enerjiyə keçidi prioritet məsələ kimi öndə saxlayır. COP29 bir daha Azərbaycanın bu sahədə imkanlarınıdünyaya təqdim edəcək. Cənab İlham Əliyevbildirdi ki, COP29-a  sədrliyimizə  nəinki özümüzünümayiş etdirmək, həm də ölkəni təqdim etməkfürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz bunahəm də ən təxirəsalınmaz məsələlərin həllinəqlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq. O da qeyd edildi ki, COP29 üç Cənubi Qafqaz ölkəsiarasında ən azı məsləhətləşmələri aparmaq üçünfürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yolaçacaq. Hazırda unikal şans yaranıb. Biz bundanməhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülhşəraitində öz müstəqil həyatına başlamış Baltikdövlətlərindən fərqli olaraq, bizim bölgədəmüharibələr gedirdi. İndi həmin səhifəni çevirməkşansı yaranıb. COP29 əla fürsətdir.

Azərbaycanın mütəmadi olaraq beynəlxalqəhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi üçüngeniş imkanlar yaranır. Buna əsas verən ölkəmizin daim irəli baxması, hər bir yeniliyə, təkmilləşməyə maraq göstərməsidir. Cənab İlhamƏliyev forumdakı çıxışında gənc nəslin təhsilinədə xüsusi diqqət göstərərək bildirdi ki, bu, biziməsas prioritetlərimizdən biridir. Gənc nəslin aparıcıbeynəlxalq universitetlərdə təhsili üçün xüsusiprezident proqramı var. Dövlət başçısının hər birsahəyə xüsusi diqqət göstərməsi ölkəmizinhərtərəfli inkişafının prioritetliyini, eyni zamanda, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçünimkanların mövcudluğunu təsdiqləyir. Hər birbeynəlxalq tədbir yeni əməkdaşlıq əlaqələrininqurulmasında əhəmiyyətli rol oynayır. Forumiştirakçılarının da təsdiqlədiyi kimi, COP29 iqlimdəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçündaha səmərəli olacaq.

Aysel Qurbanova



Xəbərin oxunma sayı : 595




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap