“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Meteohəssas insanlara xəbərdarlıq: Maqnit qasırğası olacaq

Tarix 04.05.24, 22:02

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığından keçəcəyi proqnozlaşdırılır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, Günəş aktivliyinin davam edəcəyi 4-6 may tarixləri üçün M (R1-R2 mülayim orta - radiorabitəni güclü əngəlləyən) və X (R3 güclü və daha böyük) alışmaların olacağı ehtimal olunur.

Qeyd edilib ki, 4-6 may tarixləri üçün Günəş küləyi parametrlərinin artması və tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri hiss olunacaq. Mayın 3-də baş vermiş tac kütlə atılmasının və həmin tarixdə səhər saat 6 radələrində olan X1.6 alışmasının təsiri ilə mayın 5-i günün sonu və 6-sı saat 14.00 radələrinədək daha güclü geomaqnit həyəcanlaşması hiss olunacaq.

Mayın 5-də G1 (mülayim) səviyyədə geomaqnit qasırğası davam edəcək. Tac kütlə atılmasının və tac dəliklərindən gələn yüksək sürətli axınların davam edən təsirləri səbəbindən mayın 6-da günün ilk yarısınadək G1-G2 (orta) səviyyədə geomaqnit qasırğası gözlənilir.



Xəbərin oxunma sayı : 748




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap