“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Beyləqanda “Mintonasiya” adlı stand-up konserti keçirildi - Fotolar

Tarix 17.04.25, 9:40

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 16-sı Beyləqan Rayon İcra Hakimiyyətinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Mədəniyyət Körpüsü” layihəsi çərçivəsində Əməkdar artist Dilarə Əliyevanın Mədəniyyət Mərkəzində "Mintonasiya” adlı stand-up konserti təşkil olunub.

AzFakt.com xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin rəhbərliyi və hərbçiləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Azərbaycanda böyük səhnədə bir qadının təqdimatında ilk stand-up kimi tarixə düşən, Fariz Əliyevin ssenarisi və ideya müəllifliyi ilə baş tutan “Mintonasiya”da respublikanın əməkdar artisti, tanınan və sevimli aktrisa Dilarə xanım Əliyeva düşündürücü yumor və zarafatları ilə tamaşaçılara bolluca gülüş bəxş edib. Gurultulu alqışlarla müşaiyət olunan konsert proqramından tamaşaçılar böyük zövq alıb.

Stand-up konserti yekunlaşdıqdan sonra Əziz Əzizov çıxış edərək rayona təşrif buyuran qonaqları və tamaşaçıları salamlayıb. Rayon rəhbəri əməkdar artist Dilarə Əliyevaya öz monoloqu ilə tamaşaçıların üzündə yaratdığı təbəssümə görə təşəkkürünü bildirib. Rayon rəhbəri Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusuna öz minnətdarlığını bildirərək, 5 il əvvəl Vətən müharibəsində qazanılan zəfərlə bu tədbirə daha böyük sevinclə tamaşa edildiyini və bu cür mədəni-kütləvi tədbirlərin bu qədər coşğu ilə qarşılanmasının həmin qələbənin bariz nəticəsi olduğunu əlavə edib.

Sonda xatirə fotoları çəkilib.






Xəbərin oxunma sayı : 397




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap