“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Beyləqanda Novruz bayramı keçirildi - Fotolar

Tarix 19.03.25, 9:55

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqanda Novruz bayramı böyük coşqu ilə keçirilib.

AzFakt.com xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 18-i rayon stadionunda baş tutan şənlikdə RİH-in başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Beyləqan Rayon Təşkilatının sədri, Respublikanın Əməkdar artisi Ağalar Bayramov, Respublikamızın tanınmış incəsənət nümayəndələri-musiqiçiləri, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

Tədbir Dədə Qorqud və Bahar qızının iştirakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi ilə açıq elan edilib və bununla da beyləqanlıların əhvali-ruhiyyəsinə bayram ovqatı qatılıb.

Əziz Əzizov və digər rəsmilər xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, çoxsaylı bayram süfrələrinin ətrafında qədim el-elat görüntülərinə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə baxış keçiriblər.

Daha sonra Ə.Əzizov bayram tonqalını alışdırıb. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Beyləqanda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub. Bayram tonqalı ətrafında xalqımızın birliyinin rəmzi olaraq “Yallı” rəqsi oynanılıb.

Tədbirin qonaqlarından Respublikanın Əməkdar artisi Ağalar Bayramov beyləqanlıları bayram münasibəti ilə təbrik edərək tədbirin konsert proqramını açıq elan edib. Respublikanın Əməkdar artistləri Zakir Əliyev, Elnur Zeynalov, Qoçaq Əsgərov, Respublikanın Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, muğam müsabiqəsinin qalibi Güllü Muradova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Səfiyyə Yaqublu, Əvəzxan Əzizov, Cahangir Əliyev və Mədəniyyət işçisi Nazim Çıraqov tərəfindən konsert proqramı təqdim edilib.





Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap