Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Bu dərmanı reseptsiz qəbul etməyin - Xəbərdarlıq

Tarix 10.03.25, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


Bu dərmanın reseptsiz qəbulu ciddi fəsadlara yol aça bilər

Ana hamiləlik dövründə “Rouccutane” yəni, izotretinoin tərkibli dərman vasitəsini qəbul edib. Nəticədə körpə qüsurlu dünyaya gəlib. Avropa ölkələrindən birində baş verən bu hal ilk deyil. Adıçəkilən tərkibdə preparatlar düzgün qəbul edilmədikdə çox ciddi fəsadlara yol açacaq qədər ağırdır. Lakin Azərbaycanda da bu dərmanlar satılır və ən çox gənc qızlar bu preparatlar üçün apteklərə üz tutur. Özü də reseptsiz.

Xezerxeber.az-ın məlumatına görə, həkim-dermotoloq Sevda Səmədova deyir ki, 1 il müddətinə bu dərman vatisələri bədəndən sovrulsa da, həkim nəzarətində qəbul edilməlidir. Əvvəllər qeyd olunan preparatları istehsal edən dərman şirkətləri 1 il hamiləik qadağası qoyurdularsa, artıq bunun da müddəti azaldılıb. Dərmanın ciddi fəsadlarından biri də tez-tez rast gəlinən ağır depresiya hallarıdır.

Qeyd olunan izotretinoin tərkibli dərman vasitələrinin reseptsiz apteklərdə satışı məsələsində gəldikdə isə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən “Xəzər Xəbər”ə bildirldi ki,  “İzotretinoin”in Rusiya, Böyük Britaniya, Türkiyə, Finlandiya, Almaniya, Avstriya, Belçika, Fransa və s. ölkələrdə qeydiyyatı var. Tərkibində izotretinoin olan dərman vasitələri aptekdən resept əsasında buraxılmalıdır. Hazırda dərman vasitələrinin dövlət reyestrində tərkibində izotretinoin olan 3 dərman vasitəsi var. Hər bir dərman vasitəsinin təsdiqlənmiş içlik vərəqələrini nəzərdən keçirsək, bu preparatların aptekdən yalnız resept əsasında buraxılmalı olduğu ilə bağlı qeydləri görə bilərsiniz. İçlik vərəqələrdə mövcud təhlükəsizlik problemləri ilə bağlı ətraflı məlumat verildiyi üçün əlavə rutin risk minimallaşdırma tədbirlərinin icrasına zərurət yaranmır.





Xəbərin oxunma sayı : 685




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap