|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR
Tarix 20.09.24, 0:16 |
|
Bu gün - sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.
"Report"un xəbərinə görə, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ilk dəfədir qeyd olunur.
Prezident İlham Əliyevin bu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün - sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən bir il ötür.
Ötən il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılmışdı.
Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin o zaman Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu:
1. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi.
Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.
Bununla da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.
Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı.
Həmin tarixdə Azərbaycan lideri İlham Əliyev Xankəndidə çıxış edərək bildirdi ki, bu gün tarixi bir gündür: “Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik”.
Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. İndiyədək 2 min 117 ailə, o cümlədən Füzuli şəhərinə 822, Talış kəndinə 20, Ağalı kəndinə 175, Şuşa şəhərinə 210, Laçın şəhərinə 570, Sus kəndinə 59, Zabux kəndinə 217, Xocalı şəhərinə 44 ailə köçürülüb və bu istiqamətdə işlər davam etdirilir.
İşğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilib, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Əminliklə söyləmək olar ki, bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək.
Xəbərin oxunma sayı : 715
Sosial
Xəbərlər
-
Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
Planetin ən gözəl qızı o seçildi - FOTOLAR
-
Mbappe milli karyerasını bitirməyə qərar verdi - İDDİA
-
Bayden və Tramp Vaşinqtonda görüşəcəklər - Bu tarixdə
-
Hansı halda kasko sığorta edilən avtomobilə görə yüz faiz ödəniş olur? - VİDEO
-
Zelenski və Trampın görüşünü hazırlayırıq, dialoq qurulub - Ukraynanın XİN başçısı
-
Bayram tətili bölgələrdə gündəlik fərdi evlərin qiymətini qaldırdı - VİDEO
-
“Krım artıq əldən gedib” - Trampın müşavirindən Ukraynaya məsləhət
-
Mərkəzdə yerləşən bina sakinlərinin çıxarış almasına mane olan nədir? - VİDEO
-
Rusiya hakimiyyəti “Rosneft”, “Qazprom Neft” və “Lukoil”in birləşməsini müzakirə edir – WSJ
-
Ərdoğandan 10 noyabrda simvolik yer seçimi - 9 ildən sonra ilk dəfə
-
Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? - Deputat
-
“ABŞ Ukraynaya ATACMS raketlərini verməkdən imtina etdi“ - “Wall Street Journal“
-
Kartdan-karta ödəniş vasitəsi tam aradan qaldırılacaq? - ŞƏRHİ
-
Təhsil işçilərinə veriləcək güzəştli kartlarda nələr olacaq? - DETALLAR
-
Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?
-
“Dinc inqilab mümkündür“ - Almaniyanın Gürcüstandakı səfirliyi
-
Jurnalistikanın adına ləkə gətirən “Vaşinqton Post“: təbliğat maşını ZƏRBƏ altında
-
Bakı Olimpiya Stadionu UNFCCC-yə təhvil verilib - RƏSMİ
-
Qarabağın xan nəslindən olan oğlu – Qətlə yetirilən Orxan Camal kimdir?
-
İlon Maskın sərvəti 300 milyard dolları keçdi: Trampın qələbəsi “Tesla“ səhmlərini yüksəltdi
-
Baham adalarının Baş naziri Azərbaycana gəldi - FOTO
-
Ərdoğan Bayraq Günü münasibətilə Azərbaycanı təbrik etdi - FOTO
-
Qətər HƏMAS rəhbərliyini ölkədən çıxaraır - ABŞ-nin tələbi ilə
-
“Tramp yanacaq qiymətlərinin aşağı düşməsinə təsir göstərə bilər” – Türkiyəli nazir
-
Beynəlxalq gözəllik yarışında ölkəmizi o təmsil edəcək - Video
-
Qazaxıstanda Müdafiə Nazirliyinin helikopteri sərt eniş edib - Ölən var
-
Mənimlə xoşbəxt olacaqsınız: Tramp Zelenskiyə söz verdi
-
Bakıda yağış yağacaq, rayonlarda duman olacaq - Sabahın havası
-
Dünyanın sonu necə gələcək? - Alimlər insanların öləcəyi səbəbi açıqladı
-
Prezidentin köməkçisi açıqladı - COP29 gec bitə bilər
-
Model Razi ərindən boşanır - “Çoxu deyir ki, uşağın atası kimdir?“
-
Trampla ilk söhbətdə maye qaz istəyib - “Avropa Rusiyadan hələ də çoxlu LNG alır”
-
Beyləqanda Zəfər Günü böyük coşğu ilə qeyd edilib - Fotolar
-
Dövlət rəsmilərinin Bakıya səfəri başladı - FOTO
-
Tramp ABŞ daxilindəki rəqiblərindən qisas alacaq - KİV
-
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır - SİYAHI
-
Pakistanda dəmiryol vağzalı yaxınlığında partlayış - 21 ölü, 30 yaralı
-
2025-ci ildə sağollaşacağımız avtomobil markaları - SİYAHI
-
Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA
-
Prezidentdən Dövlət Bayrağı Günü ilə bağlı paylaşım - FOTO
-
BMT Baş katibi Quterreş Bakıya gəlir - Bu tarixdə
-
“Trampla danışıqlar aparılmayacaq” - Xamenei
-
Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı - Paylaşım
-
“Real Madrid”dən qovulsam...” - Ançelotti
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür - FOTO
-
“Hər güclü qadının arxasında…” - Pərvin Abıyeva
-
Bayram tətili günlərində bölgələrdə qiymətlər hansı aralıqdadır? - VİDEO
-
SEPAH Trampa qarşı sui-qəsd cəhdinin hazırlanmasında iştirak edib - ABŞ Ədliyyə Nazirliyi
-
Vəzifəli şəxslər arasında mübahisə - Protokol tərtib edildi
-
Bakıdakı hotellər COP29 ərəfəsində 80 faiz dolub
-
İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası - VİDEO
-
Dövlətin ən böyük şirkətləri vahid mərkəzə tabe edildi: Gözləntilər nədir?
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - FOTO/VİDEO
-
Ukraynadan Avropa İttifaqına 4,2 milyon qaçqın gedib - Ən çox 3 ölkədə məskunlaşıblar
-
Prezidentin xalqa müraciətinin - Videosu
-
Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi - FOTO
-
Azad olunmuş ərazilərə 4 ildə büdcədən 8,6 milyard dollar investisiya qoyulacaq
-
Toy etmək istəyənlərə üzücü xəbər: Bahalaşır...
-
Noyabrın 10-dan bu marşrutlar pulsuz olacaq
-
Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edildi
-
“Onun son oyunlardakı çıxışı ürəkaçan deyildi“ - Fernandu Santuş
-
Zəfər parkının açılışından - Fotolar
-
Gürcüstanda təkrar seçkilər keçirilməyəcək - Kobaxidze
-
13 yaşında müharibəyə gedən qəhrəman - VİDEO
-
Prezident, birinci xanım və Heydər Əliyev Dövlət Bayrağı Meydanında - FOTOLAR
-
CHP lideri Prezident İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycan XİN-dən Fransaya ÇAĞIRIŞ
-
Vətən Müharibəsi Qəhrəmanları kimlərdir?-SİYAHI
-
Tramp Ağ Evə qayıtdıqdan sonra İranın neft sənayesinə ciddi zərbə vuracaq: “Wall Street Journal“
-
“Ukraynadakı müharibə artıq bitməlidir“ - Ərdoğan
-
DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert keçirildi - FOTOLAR
-
Mauro İkardi əməliyyat olunacaq - O, uzun müddət meydandan uzaq qalacaq
-
Bakıda Zəfər yürüşündən maraqlı görüntülər - VİDEO
-
“Ortaq əlifbaya keçə bilsək, böyük birləşməyə nail olacağıq“ - Türkiyə Prezidenti
-
Azərbaycan Bayrağı “Ginnesin Rekordlar Kitabı“na düşdü - FOTO
-
Rus ordusunun son sutkadakı itkiləri açıqlandı - SİYAHI
-
“Tramp hər siyasətçinin bacarmadığını etdi“ - Ərdoğan ABŞ-dəki seçkiləri şərh edib
-
COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb - Ünvan + FOTOLAR
-
“Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır“ - Dövlət başçısı
-
İsrail XİN başçısı Niderlanda gedir - Amsterdamda yaralanan yəhudi azarkeşlərə görə
-
Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər - FOTOLAR
-
Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib
-
Bakıda yağış yağacaq, bölgələrdə 18 dərəcə isti olacaq - Sabahın havası
-
“Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər“ - Prezident xalqa müraciət ünvanladı
-
Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir - İlham Əliyev
-
Mehriban Əliyeva Zəfər parkından paylaşım edib - FOTO
-
Vətən müharibəsinin 43-cü günündən - Real döyüş kadrları
-
Xankəndi və Şuşada Zəfər yürüşləri - VİDEO
-
Ərdoğan İlham Əliyevə məktub:“Zəfəriniz əbədi olsun!”
-
“Bayden Ukrayna üçün 2 şey edə bilər“ - Ukraynalı politoloq
-
“Tramp cəsarətli insandır” - Putin
-
Bayram günlərində işləyən bankların SİYAHISI
-
“ABŞ ordusu növbəti ali baş komandanın əmrlərini həyata keçirməyə hazırdır“ - Pentaqon
-
Muzey kimi fəaliyyət göstərəcək “Şuşa“ həbsxanasında işlər aparılır - VİDEO
-
Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb
-
Azərbaycanın müasir tarixinə əbədi həkk olunan gün
-
Tariximizə qızıl hərflərlə yazılan Zəfər Günü
-
Şanlı Qələbə işıqlı gələcəyə yol açdı
-
Bu gün Zəfər Günüdür
-
Pərviz məhkəməyə müraciət etdi: “Günay məsuliyyət daşıyır“
-
Avropa Liqası: “Qarabağ“ ilk qələbəsini qazandı
-
Yeni dələduzluq növü yayılıb? - Polis xəbərdarlıq etdi
-
8 milyona satılan restoran sabiq icra başçısınındır? - FOTO
-
COP29-da Mixail Mişustin iştirak edəcək - Putin
-
İsrail “Boeing“ ilə müqavilə imzaladı: Yeni nəsil “F-15“ qırıcıları alır
-
Milli Məclisdə müzakirə: "Kredit faizləri aşağı salınmalıdır"
-
“Azərişıq”dan 100 milyonluq tenderlər “Smart Energy Services” MMC - Nə saytı, nə də sosial şəbəkə hesabı var
-
Yeni qaydalar dönərin qiymətinə təsir edəcək? - VİDEO
-
“Prioritetimiz müsəlman ölkələri və qonşu dövlətlərlə münasibətlərdir“ - Pezeşkian
-
“Bayden administrasiyası Ukraynaya son 6 milyard dollar göndərməyi planlaşdırır” - “Politico”
-
“İnstusional öhdəlik”, yoxsa öhdəliklərdən imtina - Leyen Bakıya gəlməkdən niyə imtina edir?
-
Prezident Zəfər Günü ilə bağlı paylaşım etdi - FOTO
-
Saxta plastik cərrahlarla bağlı araşdırma başlayıb - Siyahıda Xatirə İslamın bacısı da var
-
Azərbaycan xalqının tarixi Qələbəsi
-
COP29 və bayram günlərində avtovağzallar necə işləyəcək? - Rəsmi cavab
-
Prezident yeni Holdinq yaratdı - Naziri sədr təyin etdi
-
Satışda zəhərli uşaq paltarları aşkarlandı - Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
-
Bu şəxslər ildə bir dəfə əsgərliyə çağrılacaq - Yeni QANUN
-
Məktəblilərdə tətil başlayır: Neçə gün dərs olmayacaq?
TOP 10
ARXİV