Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası

Tarix 26.09.24, 11:47

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev Milli Məclisdəki çıxışında Azərbaycanın qarşısında duran bir nömrəli vəzifəni açıqladı: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır... Əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.

Beynəlxalq hüquq işləmir…

Dövlət başçısı öz çıxışında vurğuladı ki: “İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”.

Həqiqətən də, bu günlərdə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında çıxış edən dünya liderlərinin bir çoxu beynəlxalq münasibətlərdəki mövcud böhranı etiraf etdilər və BMT Təhlükəsilik Şurasında islahatların aparılmasına, qlobal təhlükəsizlik sisteminin yenidən qurulmasının vacib olduğunu dilə gətirdilər.

... Azərbaycan isə ada deyil

İlk növbədə anlamaq lazımdır ki, Azərbaycan ada deyil və qlobal təhlükəsizlik böhranı ilə yanaşı, Azərbaycanın yerləşdiyi region, qonşuluqdakı ölkələrin siyasəti rəsmi Bakını öz hərbi gücünü artırmağa vadar edir.

Şimal qonşumuz Rusiyanın Ukrayaya hücumunun əsas motivi SSRİ-nin bərpasıdır və bu müharibənin sonu hələ ki, görünmür. Kremlin Cənubi Qafqazdakı fəallığı isə nəinki azalmır, hətta Ermənistana görə daha da artır. Bakı Rusiya sülhməramlılarını Qarabağdan çıxarmaqla Moskvanın bölgədəki mövcudluğunu məhdudlaşdırdı. İrəvan isə tam əksinə, Rusiya hərbi bazasından imtina etmir, Rusiya iqtisadiyyatını ayaqda saxlamaq üçün lazımi məhsulların (qızıl və almazların) Ermənistandan keçidini təmin etməklə Rusiyanın ixracını təmin edir və regionun Kreml üçün marağını daha da artrır.

Cənub qonşumuz İran əsasən Yaxın Şərqdəki proksi qüvvələri vasitəsilə ABŞ və İsraillə münaqişə vəziyyətindədir. İş o yerə çatıb ki, artıq İranın öz ərazisinə birbaşa zərbələr endirilir. Halbuki bir neçə il öncə bunu təsəvvür etmək belə çətin idi. Bu vəziyyət İranın idarəetmə sistemində böhrana səbəb olur. Hazırda İranda rəsmi dövlət strukturları ilə yanaşı, paralel dövlət qurumları (məsələn, SEPAH) da mövcuddur. Məhz sonuncular yaxın keçmişdə Azərbaycan ərazisində siyasətçilərə, İran ərazisində isə Azərbaycan səfirliyinə terror hücumları təşkil edib.


Müdafiə xərclərinın artırılması

Müasir dünyada müdafiə xərclərinin artırılması artıq qlobal trendə çevrilib və bu anlaşılandır. Əgər qlobal təhlükəsizlik və beynəlxalq hüquq sistemi işləmirsə, özünü qorumağın yeganə yolu hərbi gücün artırılmasıdır. Bu sahədə Azərbaycana qarşı, xüsusilə də Qərb ölkələri arasında embarqo ənənəsi mövcuddur. Mövcud praktika bir sıra ölkələrdən Azərbaycana silah satışı və hərbi texnologiya transferini məhdudlaşdırır.

Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “...həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”. Belə şəraitdə Bakı məhdud tərəfdaşları vasitəsilə silahlanmalı, yerli silah istehsalını genişləndirməlidir.

Nəticə

Yerləşədiyimiz coğrafiyada belə bir qonşularla müstəqil dövlət olaraq sülh şəraitində yaşamaq əslində normal hal deyil və bu, yalnız fövqəladə fəaliyyətlər və tədbirlərin nəticəsidir. Bəzən bu fəaliyyətlər və tədbirlər əhalinin rahatlığına, iqtisadi münasibətlərin inkişafına mənfi təsir göstərir. Lakin təhlükəsizlik olmadan rahatlıq və iqtisadi inkişaf mümkün deyil. Bugünki reallıqda isə təhlükəsizliyin əsas qarantı hərbi gücdür.

Azərbaycan Prezidentinin sözləri ilə desək: “Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik”.

(Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi)



Xəbərin oxunma sayı : 1348




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap