|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi? - TƏHLİL
Tarix 02.09.24, 15:35 |
|
Azərbaycan ilə İsrail arasındakı münasibətləri İlham Əliyev aysberqə bənzədib. Yəni görünən aysberqin suyun üzündə olan onda bir hissədir. Bu münasibətlərin onda doqquzu isə gizli saxlanılır. Belə şeylərin pünhan qalması dövlətin xeyrinədir. Belə ki, bu münasibətlərə düşmən olanlara əlavə arqument vermir.
Mən Azərbaycan-İsrail münasibətlərinin daha da dərinləşməsinin tərəfdarıyam. Bu barədə dəfələrlə yazmışam. Niyə bu münasibətlərin tərəfdarıyam? Ən azı ona görə ki, II Qarabağa Müharibəsi zamanı İsrail bütün imkanları ilə, o cümlədən ABŞ-dakı yəhudi lobbisinin dəstəyi ilə, Azərbaycanın yanında olub. Özü də başdansovdu yox, candərdi yox, canla-başla olub. İran isə Qarabağa savaşı balayandan indiyə kimi həmişə ermənilərin yanında olub, indi də yanındadır.
Bəllidir ki, Azərbaycan-İsrail münasibətlərinə ən çox etiraz edən ölkə İrandır. Rəsmi Tehran bizi sionizmin nökəri kimi təfsir edir. Davamlı şəkildə şiə həmrəyliyi naminə Azərbaycanı İsrail ilə münasibətləri kəsməyə çağırır.
Ancaq ortada bütün gizli sirləri aşkar edən bir tarix var. Düzdür, tarix İranın saqqalı xınalı ayətullahları kimi ağızları köpüklənə-köpüklənə danışmır. Həqiqətləri daha çox pıçıltı ilə deyir. Bu pıçıltıları eşitməkdə isə fayda var...
İran molla rejiminin siyasi ritorikası bəllidir: Dövlət əhəmiyyətli tədbirlərdə az qala hər dəfə “Şeytan Amerikaya ölüm!”, “Sionist İsrailə ölüm” şüarları səsləndirilir. İran istəyir ki, Azərbaycan da tutaq ki, İraq, Livan, Suriya, Yəmən... kimi öz dövlət maraqlarına arxa çevirərək Qumdan gələn təlimatlar əsasında belə sərsəm şüarlarla çıxış etsin. Qərblə münasibətlərini sıfırlasın...və sonda İranın əyalətinə çevrilsin. Təbii ki, biz Turan sevdasını İran mollalarının fars şovinizminə qurban vermək fikrində deyilik...
Xatırladıram: İran-İraq müharibəsi zamanı (1980-1988) İsrail İranı dəstəklədi. İrana hərbi texnikanın əsas təchizatçılarından biri oldu. İranı hərbi təlimatçılarla təmin etdi. Əvəzində İrandan kəşfiyyat materialları aldı və İraqın Osirak nüvə reaktoruna qarşı Opera əməliyyatını həyata keçirdi. Bəllidir ki, sözügedən nüvə reaktoru İraqın nüvə silahı proqramının mərkəzi komponenti idi.
Təbii ki, İsrailin bu dəstəyi olmasaydı İran İraqın qarşısında duruş gətirə bilməzdi. 1979-cu ildə şahın devrilməsi ilə İsrail İranda itirdiyi nüfuzunu bərpa etməyə çalışırdı. Eyni zamanda İsrailin hərbi sənayesinin inkişafı üçün kütləvi silah satışına ehtiyac vardı. Hələ orası da vardı ki, İsrailin İrana silah satması yerli yəhudi icmasının İrandan İsrailə və ABŞ-a maneəsiz immiqrasiyasını da asanlaşdırdı. Müharibə zamanı İsrailin İrana dəstəyi gizli şəkildə həyata keçirilib və İran dəfələrlə iki ölkə arasında hər hansı əməkdaşlığı inkar edib. Ancaq bu, mövcud reallığı dəyişmir ki...
1979-cu ildə İran İslam İnqilabı baş verdi. Şah Məhəmməd Rza Pəhləvi dövründə İran İsrail silahlarının əsas alıcısı idi. Lakin inqilabdan sonra Ayətullah Xomeyninin yeni hökuməti İsraillə münasibətləri dondurdu və ona qarşı açıq düşmənçilik etməyə başladı. İranın İraqla münasibətləri də inqilabdan sonra pisləşdi. Xomeyni İraqın İranla həmsərhəd ərazisində yaşayan şiə əhalisini hədəf almışdı. İran İslam inqilabını yaymaqda israrlı görünürdü. İran regional hegemonluğa can atırdı. Qonşu ölkələrdə fəal şəkildə sabitliyi pozmağa çalışırdı. Dünyəvi pan-ərəb millətçiliyini müdafiə edən və sünni olan İraq prezidenti Səddam Hüseyn ilə İran arasında qarşılıqlı ittihamlar getdikcə vüsət alırdı. Ayətullah Xomeyni əhalisinin əksəriyyəti şiə olan İraqı ələ keçirmək istəyirdi. Səddam Hüseyn isə İranın cənub neft yataqlarına və ərəblərin əksəriyyət təşkil etdiyi İranın Xuzistan əyalətini işğal etmək arzusuna düşmüşdü. Müharibə qaçılmaz görünürdü.
Belə bir fonda İranın ilk baş nazir Mehdi Bazarqan ABŞ hökumətinə silah idxalı üçün müraciət etdi. Lakin Karter administrasiyası İranın daxili işlərinə qarışmaq istəmədi. 1979-cu ilin payızında baş nazir Bazarqanın mötədil fraksiyası daxili mübarizədə ekstremist fraksiyaya uduzmağa başladı. 4 noyabr 1979-cu ildə ekstremist fraksiya ünsürləri Birləşmiş Ştatların səfirliyini ələ keçirdilər və Amerika səfirliyinin əməkdaşlarını girov götürdülər. Buna cavab olaraq ABŞ hökuməti İrana embarqo qoydu.
Gizli silah müqaviləsi
Karter administrasiyasından hərbi texnika ala bilməyən iranlılar arxa kanallar vasitəsilə İsrail hökuməti ilə əlaqə saxladılar və iki ölkə arasında ilkin gizli silah sazişi üzrə danışıqlar başladı. 1980-ci ilin əvvəlində İsrailin İrana silah ixracı başladı.
1985-ci ildə İngiltərədən siyasi sığınacaq alan eks-batalyon rəisi Məhəmməd-Rza Əminizadə deyir ki, silah idxalı zamanı əlaqələr o qədər inkişaf etdi ki, silahdan əlavə İsraildən dərman, toyuq, yumurta və ərzaq məhsulları da İrana daşınmağa başladı.
Müharibə
22 sentyabr 1980-ci ildə İraq İrana hücum etdi. İran özünü müdafiə etmək üçün hərbi texnika idxalını artırmağa can atırdı. İrana xüsusən Amerika və İngiltərə istehsalı olan hərbi texnika lazım idi. Çünki İranın hərbi arsenalı şah hakimiyyəti dövründə məhz bu ölkələrin hesabına yaradılmışdı. İran İsraillə əlaqəsini daha da gücləndirmək zorunda qaldı.
İsrail-ABŞ razılaşma
İsrail Amerika istehsalı olan hərbi texnikanı İrana satmaq üçün ABŞ-dan icazə istədi. Yeni seçilmiş Ronald Reyqan administrasiyası 1981-ci ilin əvvəlində bu işə gizli razılıq verdi. Hətta rəsmi olaraq Reyqan administrasiyası İrana hər hansı silah satışına qəti şəkildə qarşı çıxdı. Düzdür, İsrail Amerikanın önəmli yox, ikinci dərəcəli silahlarını İrana satmalı idi. Ancaq İsrail şərti pozaraq İrana dağıdıcı silahlar da çatdırdı.
1982-ci ilin martında “The New York Times” qəzetinə İsrailin İrana gizli silah satışı haqqında məlumat sızdı. Elə bu səbəbdən də İsrail İrana gizli silah idxalını 1983-cü ildə Vaşinqtondan Londona köçürüldü. İran İsrailin əli ilə dəyəri milyard dollarlarla ölçülən Amerika və Britaniya silahları ala bildi.
Reyqan administrasiyası İsrailin İrana xüsusi tələbat olan Amerika silahları satmasından xəbər tutdu. İki ölkə arasında müəyyən narazılıq yarandı. Buna baxmayaraq, rəsmi Vaşinqton İsrailin anbarlarını Amerika istehsalı olan silahlarla doldurmaqda idi. Həmin silahların böyük bir hissəsi isə az sonra İran-İraq cəbhəsində üzə çıxırdı...
ABŞ hökumətinin daxili hesabatları göstərirdi ki, 1980-ci illərin əvvəllərində İsrailin İrana ümumi silah satışı hər il 2 milyard dollara yaxın olub. Onu da deyim ki, o vaxtın 2 milyard dollarının indiki ekvivalenti ən azı 10-15 milyard dollardır. Burada bir önəmli məqam da var. İran neftinin İsrailə çatdırılması hesabına ödəniş həyat keçirilirdi. O vaxt məşhur olan silah alverçisi Ahmad Haidari deyirdi ki, İran-İraq müharibəsi zamanı İranın idxal etdiyi silahın 80 faizi İsrailin payına düşürdü...
Bir şeyi də deyim. Qərb mənbələri yazır ki, müharibənin əvvəlindəcə İranın hava qüvvələri sıradan çıxdı. İraq qələbənin bir addımlığında idi. Bunu nəzərə alan Amerika İsrailə İrana silah satışını artırmağa göstəriş verdi. Çünki İraqın İran üzərində erkən qələbəsi Qərbə lazım deyildi. Qərb həvəslə iki müsəlman ölkəsinin bir-birini necə məhv etməsinə tamaşa etməkdən zövq alırdı.
Onu da deyim ki, İsrailin İrana silah satması az sonra ən yüksək səviyyədə etiraf olundu. Belə ki, İsrailin müdafiə naziri Ariel Şaron (sonra Baş nazir oldu) 1982-ci ilin mayında ABŞ-a səfəri zamanı İsrailin İrana hərbi texnika satdığını açıqlayan ilk şəxs oldu. 28 sentyabr 1983-cü ildə Parisdə keçirdiyi mətbuat konfransında cənab Şaron bildirib ki, İsrail ABŞ-ın razılığı ilə İrana silah satır. Qərb mənbələri onu da bildirir ki, məhz Xomeyninin özü İsraillə silah müqaviləsini təsdiqləyib.
1984-cü ilin yazında Qərbi Almaniya kansleri Helmut Kol İsrailin İrana 500 milyon dollar dəyərində silah satmasından ABŞ hökumətinə şikayət edib. Daha sonra 1984-cü ilin iyulunda Yaakov Nimrodi Sürixdə İran rəsmiləri və Suriya prezidenti Hafiz Əsədin qardaşı Rifat Əsədlə görüşdü. Görüş nəticəsində gündə 40 yük maşını ilə İsraildən Suriya və Türkiyə üzərindən İrana silah göndərilməsi barədə razılıq əldə olunub...
İran – Kontra dövrü (1985–1986)
İran İsrail üzərindən ABŞ-ın xüsusi önəm kəsb edən silahlarını almağa can atırdı. Bu məqsədlə iranlı silah alverçisi Manucher Ghorbanifar və İsrail təmsil edən Yaakov Nimrodi (iş adamı və kəşfiyyat zabiti) arasında görüş keçirilib.
1986-cı ildə Bermud adalarında İsraillə əlaqəsi olan beş nəfər də İrana 2,6 milyard dollar dəyərində silah satmağa cəhd edərkən həbs edilib. Nyu Yorkda da həbslər olub. Məhkəmənin mərkəzində istefada olan İsrail generalı Avraham Bar-Am dayanırdı...
İran–Kontras qalmaqalı və ya İrangeyt 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızğın siyasi qalmaqal yaşandı.
Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olundu...
Sadəcə onu deyim ki, "The New York Times" qəzeti ABŞ İran-Kontras əməliyyatı çərçivəsində İrana satdığı silahların siyahısını çap edib. Siyahı uzun olduğuna görə verə bilmirik. Maraqlananlar İnternetdən həmin məlumatlara nəzər sala bilərlər...
Müharibə zamanı və müharibədən sonra İran rəsmiləri İsraildən yardım aldıqlarını inkar etdilər, çünki İsraili “qeyri-qanuni dövlət” sayırdılar. Müharibə zamanı İranın lideri Ayətullah Ruhullah Xomeyni İsrail silahlarının İrana göndərilməsini qəzəblə təkzib edib. Özü də dəfələrlə. 1981-ci il avqustun 24-də etdiyi çıxışında o, İranın düşmənlərinin İsrail-İran əməkdaşlığına dair yalan şayiələr yaymaqla İslam İnqilabını sarsıtmağa çalışdıqlarini iddia edib. İsrail 1981-ci ildə İraqın Osirak nüvə obyektlərini bombaladı. Buna baxmayaraq, İran İslam İnqilabının lideri deyirdi ki, Səddam Hüseyn əslində İsrailin müttəfiqidir.
Ayətullah Ruhullah Xomeyninin bəyanatından bir hissəini təqdim edirəm: “Bizi İsraildən silah idxal etməkdə ittiham edirlər. Bu, lap əvvəldən sionizmi pisləyən ölkəyə qarşı deyilir... Biz iyirmi ildən artıqdır ki, çıxışlarda və bəyanatlarda İsraildən və onun zülmündən danışırıq, halbuki bir çox İslam ölkələri hətta bunu belə etmirdilər... Səddam oyuna əl atıb. O, İranına hücum edərək yaratdığı rüsvayçılıqdan özünü xilas etmək üçün İsraili öz nüvə mərkəzini bombalamağa məcbur edib. İsrailin Səddama qarşı çıxdığı təəssüratı yaratmağa çalışıb. Bu, uşaqcasına düşünülmüş cəfəngiyyatıdır”.
Gördüyünüz kimi, vaxtı ilə İran İsrail ilə sıx münasibətdə olub, ondan hər şey, o cümlədən silah alıb, öz neftini də İsrailə satıb. İndi isə bizə deyirlər ki, nə sionist İsraildən silah alın, nə də neftinizi İsrailə satın. Bəlkə İsrail 80-ci illərdə sionist deyildi? Niyə özünüzə rəva gördüyünüzü bizə ittiham şəklində ünvanlayırsız? Kimsə deyə bilər ki, o vaxt İran müharibə aparırdı. Bəli, İran müharibə aparırdı. Ancaq biz də kefdən İsraildən silah almırıq. Təəssüf ki, hələ də Qarabağ müharibəsi bitməyib. Düşmən Ermənistan isə sürətlə silahlanır...
P.S. Az qala üstündən yarım əsr keçib, hələ də İran əhalisi bilmir ki, İran-İraq müharibəsi zamanı molla rejiminin sionist dediyi İsrail və şeytan dediyi Amerika olmasaydı şiəliyi siyasi ideologiyaya çevirən İran və onun İslam İnqilabı Səddam Hüseynin ərəb millətçiliyinin güdazına gedəcəkdi...
Elbəyi Həsənli, Sürix
Xəbərin oxunma sayı : 1360
Analiz
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
PSJ-nin apellyasiyası rədd edildi - “Mbappe işi“
-
Hövsan qəsəbəsində günlərdir su kəsilib - Səbəb nədir?
-
“20 Yanvar“dakı keçid açılacaq? - Deputat danışdı
-
Ehtiram Quliyevi Firəngiz Balakişiyeva əvəz edib - “Huner Group” MMC-də dəyişiklik
-
OPEK Baş katibi Novakla danışdı: Nəyi müzakirə etdilər?
-
Virusların “qorxulu yuxusu“ - Antioksidant tərkibli 5 meyvə
-
Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ
-
Sabiq direktora yeni vəzifə verildi - Nazir əmr imzalayıb
-
COP29 davam edəcək - Yalçın Rəfiyev səbəbi AÇIQLADI
-
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” - Lukaşenko
-
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
-
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi necə olub? – İdxal ixracı 3 dəfə qabaqlayır...
-
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - Məhkəmə
-
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
-
“Artıq olanımızı da itirməyə başlamışıq“ - AFFA-nın sabiq vitse-prezidenti
-
“Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
-
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTOLAR
-
Qalmaqallı xəstəxana direktoru hakim qarşısında - Rauf Yəhyayeva cinayət işi açılıb
-
Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
-
“Əmək miqrantlarına ehtiyacımız var” - Peskov
-
77 saxta domen bloklandı - RƏSMİ
-
UEFA Millətlər Liqası:Pley-off mərhələsinin püşkü atıldı
-
Ceyhun Bayramovla Berbok bir araya gəldi - Danışıqlar aparılıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
-
Gəlin qaynatasını döşəmə silən taxta ilə döydü - Cərimə edildi
-
Prezident Fərid Əhmədova rütbə verdi - Sərəncam
-
Bu kənd təssürafitı məhsullarının istehsalı azalıb - Statistik məlumatlar açıqlandı + CƏDVƏL
-
Millətlər Liqası:Türkiyənin pley-offdakı rəqibi bilindi
-
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
-
Su çəkdirmək istəyənlərin nəzərinə: Yeni QAYDA
-
Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar
-
Masazırda parkda obyekt tikirlər? - İDDİA
-
Azərbaycanda gəmilər satışa çıxarıldı - SİYAHI
-
“Beynəlxalq Cinayət Məhkəməsi Rusiya üçün əhəmiyyətsiz qurumdur“ - Peskov
-
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu - Məhkəmə
-
50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır
-
Ukrayna dairəsində yeni yanaşma tətbiq ediləcək - VİDEO
-
THY-dən yeni fürsət: sərnişinlər pulsuz şəhər turuna çıxacaqlar
-
Yeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə...
-
Əli Əsədov yeni qərar imzalayıb - Ölkəyə gələn əcnəbilərlə bağlı
-
“Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi – TƏFƏRRÜAT
-
Azərbaycan nefti ən ucuz və ən baha qiymətə hansı ölkələrə satır? - Tam siyahı
-
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib - Müzakirə
-
“Nar”dan “Sərfəli cümə” təklifi – 50 % endirimlə smartfon əldə et!
-
“Ən təmiz keçmişi olan müğənniyəm“ - Vəfa Şərifova + VİDEO
-
Hektara 3000 manat əkin subsidiyası və... - Monopoliya, yoxsa səriştəsizlik?
-
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində - FOTOLAR
-
Azərbaycanda məşhur parfümeriya şirkəti cərimələndi - QƏRAR
-
Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
-
Məndən “Qələbə marşı” gözləməyin! - Cavanşir Quliyev
-
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - VİDEO
-
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - VİDOE
-
“Paşa Bank“a yazılan protokola baxılacaq tarix açıqlandı - 30 min manatadək...
-
Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz
-
ABŞ Kiyevə hərbi yardımı davam etdirmək niyyətindədir - Ağ Ev
-
Nazirin sensasion eyhamı - cərimələr yığılıb hara gedir?
-
Putin dünyada sülhün bərpa olunmasını istəyənlərin üzünə tüpürür - Zelenski
-
“Netanyahu ilə Qallantın həbsi məcburidir” - Borrell
-
Gəncədə ər-arvad bıçaqlandı - Biri öldü
-
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
-
Xatun kamera qarşısında - Fotosessiya
-
Ronalduya Türkiyədən kritik zəng - “Xoşbəxt deyilsənsə, bura gəl“
-
Mett Qeyts ABŞ Baş prokuroru vəzifəsindən imtina etdi - adı cinsi qalmaqallarda hallanır
-
“Ukraynadakı münaqişə qlobal xarakter alıb“ - Putin
-
Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO
-
Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi - Zorakılıqda ittiham olunur
-
“Bakıda COP29 mükəmməl təşkil olunub” - Zaxarova
-
“İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir“ - Hesablama Palatası
-
“ELVİ.M.M Services Group“ inzibati məsuliyyətə cəlb edildi - Mərkəzi Bank tərəfindən
-
Bu ədviyyatlar həm arıqladır, həm də... - SİYAHI
-
Yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT
-
“Ağlını itirən Rusiya nə qədər qorxduğunu göstərdi” - Zelenski
-
Qəbul etdiyi qətnamə Lüksemburq parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir - Milli Məclis
-
“Üçüncü dünya müharibəsi başlayıb” - Zalujnı
-
“Mars və Aydakı deyil, Yerdəki suya diqqət yetirməliyik“ - Aİ-nin xüsusi səfiri
-
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak etdi - Fotolar
-
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Açıqlama
-
Şabalıdın bahalaşmasının səbəbi nədir? - VİDEO
-
Pakistanda terror aksiyası: 38 nəfər öldü - Azərbaycan başsağlığı verdi
-
“Altın kelebek“in azərbaycanlı namizədləri - FOTO
-
Küləkli hava şəraiti ilə bağlı sarı - Xəbərdarlıq
-
MİT rəhbəri CHP sədri ilə görüşdü - Fətullah Gülənlə bağlı
-
Azərbaycanda mühərrikin həcminə görə ən çox hansı avtomobillərə tələb var? - Siyahı
-
Hakim dələduzluqda ittiham olunan şəxsi ev dustaqlığına buraxıb - Zərərçəkənlər etiraz edir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“400 minlik yeyintidən xəbərim olmayıb“ - Sabiq nazirin oğlu
-
Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
-
Azərbaycanda alimentin məbləği artırılır
-
Şəhidin atası vəfat etdi - Foto
-
Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
-
Qırx ilin xətrinə: Dünya Türk qəhvəsi gününü qeyd edin (FOTO)
-
“Azinvest Telecom Technology” QSC şirkətindən milyonlarla avans və... - İşçilərin pulu niyə ödənilməyib?
-
Yaşayış və minimum maaş nə qədər artırılacaq? - Məbləğlər açıqlandı
-
"Nargis" jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında "Veysəloğlu"nun ekoloji layihələrindən bəhs edib
-
“İçməli su texnologiyasını digər ölkələrlə paylaşmağa hazırıq“ - İsrail rəsmisi
-
Pambığın ixrac qiyməti azalsa da, ondan gəlirlər kəskin artıb - Statistika
-
Milli Məclisdə yeni təyinatlar olub - Adlar + FOTOLAR
-
“Bizim pensiya sistemimiz çox humanistdir“ - Nazir
-
Türkiyədə azərbaycanlı qadın küçədə öldürüldü - Video
-
Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - VİDEO
-
Generalın oğlu AYNA-dan vəzifədən getdi - Bu xidmətə müşavir təyin edildi
-
“Başa düşmürəm, bəlkə də onlar anlamırlar...“ - Zaxarovadan xəbərdarlıq
-
Pensiyaçılarla bağlı məlumat açıqlandı - Artım var
-
Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
-
Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır? - Xərclər
-
Baş nazirdən şəhid ailələri ilə bağlı - Yeni Qərar
-
“Yaşa görə əmək pensiyalarının orta məbləği 569 manat olacaq” - Nazir
-
Podiumdan yaşıl meydana - 23 yaşında klub prezidenti oldu - Video
-
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - Fotolar
-
Bu avtobusların fəaliyyəti bərpa edilir - 46 marşrut
-
İlqar Əfəndiyev vəzifəsindən azad edilib - Nazirdən əmr
-
Alimenti təkcə ata ödəməli deyil - Məbləğ necə hesablanır?
-
Pivə istehsalçısı “Calsberg Azerbaijan“ cərimələndi - QƏRAR
-
Bitcoin qiyməti 96 min dollar həddini keçdi - REKORD
-
Siyavuş Novruzov Naxçıvan rəhbərliyini “topa tutdu“ - 1.2 milyard pul, tenderlər və... (VİDEO)
-
ABŞ-nin strateji qüvvələri hakimiyyətin Trampa keçməsinə hazırdır - Pentaqon
-
Ronaldo, Bekhem, Zidan... - “Real” şkaflarını satır
-
Ağdamda yeni və müasir şəhər salınır - 4 ildə görülən böyük işlər
TOP 10
ARXİV