“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Moldovada siyasi qütbləşmə pik həddə - TƏHLİLİ

Tarix 12.05.24, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


Postsovet məkanının iki ən narahat ölkəsi - Gürcüstan və Moldova üçün 2024-cü il kritik sayılır. Kişineu prezident, Tbilisi parlament seçkilərinə hazırlaşır. Hər iki ölkədə siyasi proseslərin dinamikası xüsusi proporsional geosiyasi istiqamət alır. Avropa vektorunu hər iki ölkənin əhalisinin əksəriyyəti dəstəkləsə də (Gürcüstan - 86%, Moldova -  54%), Avropa İttifaqı (Aİ) onlara 2023-cü ildə namizəd ölkə statusu versə də, geosiyasi qütbləşmə də əhəmiyyətli dərəcədə kəskindir. Gərginlik daha çox Moldovada hiss olunur.

Rusiya ilə münasibətlər müasir Moldovanın bütün tarixi ərzində ən aşağı səviyyəyə düşüb. Ukraynada müharibənin miqyasının genişlənməsi Moldova-Rusiya münasibətlərini kəskinləşdirib. Parlamentdə Rusiya ilə imzalanan sənədlərin, xüsusilə strateji tərəfdaşlıq müqaviləsinin dayandırılması barədə çağırışlar səslənir. Aİ-yə üzvlüklə bağlı danışıqları sürətləndirən rəsmi Kişineu separatçı Dnestryanı bölgə və Qaqauza qarşı sərt qərarlar qəbul edir. 

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Sandu Avropadan “Marşall planı” istəyir

Belə bir durumda prezident Maya Sandu Norveçə səfər edib. Qatı antirusiya mövqeli prezident danışıqlar zamanı bu ölkədən maliyyə, eləcə də müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi istəyib. Prezident ölkəsini Ukraynanın müharibədən sonrakı bərpası üçün Avropa ölkələrinin dəfələrlə təklif etdiyi “Marşall Planı”nın analoquna daxil edilməsini istəyir.

“İkinci Dünya Müharibəsindən sonra ABŞ Qərbi Avropaya “Marşal Planı” ilə həyat xətti təklif etdiyi kimi, Avropa İttifaqının da Moldova və Ukraynaya yönəlmiş belə addım atmasına ehtiyac var”, - deyə Moldova lideri bildirib.

Sandu hesab edir ki, belə bir proqram “Aİ üzvlüyünə can atanlara eyni ümidi” verməlidir.

“Biz tarixin mühüm məqamlarında insanların həyatını xilas etmək, sülhü bərpa etmək və azadlığı qorumaq üçün sərmayə qoymalıyıq”, - deyə Moldova lideri əlavə edib.

Eyni zamanda, o, Avropanın Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan təhlükəsizlik çağırışlarına qarşı durmaq qabiliyyətinə dair nikbin olduğunu bildirib.

“Ölü saziş” ləğv edilməlidir”

Moldovada hakim partiya olan PAS-ın sədri İqor Qrosu bildirib ki, ölkəsi ilə Rusiya arasında strateji tərəfdaşlıq haqqında iki ölkə prezidentləri tərəfindən 2001-ci ildə imzalanmış saziş bu il dayandırıla bilər. Söhbət Moldova ilə Rusiya arasında dostluq və əməkdaşlıq haqqında sazişdən gedir. PAS lideri Moldova ilə Rusiya arasındakı bu əsas razılaşmanı “ölü” hesab edir. Onun fikrincə, heç bir halda Rusiyanı strateji tərəfdaş hesab etmək olmaz. 

Rusiyapərəst qüvvələr dərhal ona qarşı əks-hücuma keçib. Onlar Moldova hakimiyyətinin anti-Rusiya qərarlarına qarşı çıxaraq, geniş təbliğat maşınını işə salıblar. Məsələn, Moldovanın cənubunda yerləşən Qaqauz Muxtariyyəti Xalq Məclisinin deputatı Sergey Çimpoeş bəyan edib ki, Moldova Rusiya ilə münasibətləri tamamilə kəsməyə və viza rejiminin tətbiqinə doğru irəliləyir. Moldovanın Sosial Demokrat Partiyasının lideri Viktor Şelin isə qeyd edib ki, “Rusiya ilə əsas sazişdən birtərəfli çıxmaq Moldovanı təhlükəsizlik zəmanətlərindən məhrum edir” və sosial-demokratlar buna qarşı çıxacaqlar. 

“Qaqauz kartı” işə salınır

Separatçılıq meyllərinin artdığı Qaqauz da hərəkətə keçib. Bu bölgə Rusiyanın ciddi təsiri altındadır. Moldova parlamentində Qaqauz muxtariyyətini təmsil edən deputat Aleksandr Suxodolski deyib ki, Rusiya ilə Moldova arasında siyasi gərginlik pik həddə çatıb.

“Biz görürük ki, ölkə rəhbərliyi bu gün Qərb tərəfindən təşviq edilən antirusiya sanksiyalarını dəstəkləyir. Bu, aktiv siyasi mübarizənin pik mərhələsinə qədəm qoyduğunu açıq şəkildə göstərir”, - deyə Suxodolski bildirib. Onun sözlərinə görə, Moldova hakimiyyəti Rusiya Federasiyası və MDB ölkələri ilə münasibətləri bərpa etməyə çalışan müxalif siyasətçilərlə də ciddi mübarizə aparır. 

Rusiya təqaüdçüləri ələ alır

Bu arada, aprel ayında Rosselxoznadzor Qaqauz muxtariyyətinin müəssisələrinə Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının idxalına icazə verib, eyni zamanda Moldovanın qalan hissəsi üçün (Dnestryanı istisna olmaqla) qadağanı qoruyub saxlayıb. Bir çox moldovalı ekspert hesab edir ki, Rusiyanın Qaqauza yardımına Moldova Parlamentinin sədrinin müvafiq bəyanatı səbəb olub. Qaqauz Xalq Məclisinin deputatları muxtariyyətin rəhbəri Yevgeniya Qutsulun Moskvada imzaladığı maliyyə-kredit sahəsində əməkdaşlıq haqqında sazişi müzakirə edərək təsdiqləyiblər. Bu sənəd Qaqauz sakinlərinin pensiyalarına aylıq 2 min ley (təxminən 100 avro) məbləğində əlavələrin ödənilməsini təmin etməyə imkan verib.

“Qaqauzda 20 minə yaxın təqaüdçümüz var, onlardan səkkiz mini artıq vəd olunan pulu ala bilib”, - deyə muxtariyyətin xarici əlaqələr şöbəsinin rəis müavini Yuri Kuznetsov bildirib. 

Görünən odur ki, Moldovanı kritik günlər gözləyir. Nə Qərbin dəstəklədiyi iqtidar, nə də Rusiyadan dəstək alan müxalifət geri çəkilənə oxşamır. Bu səbəbdən də prezident seçkilərinin nəticələri bir çox məsələlərə aydınlıq gətirəcək.



Xəbərin oxunma sayı : 1252




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap