“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır

Tarix 12.06.24, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya-Ukrayna müharibəsinin səngiyəcəyi proqnozlaşdırılmır. Rusiya öz hərbi-sənaye kompleksini gücləndirib və müharibəyə göndərdiyi hərbi texnikanın sayını artırıb. Ukrayna hərbi texnik və sursat sarıdan zəifləsə də, ABŞ və Avropa ölkələri son aylarda Ukraynaya hərbi dəstəyin miqyasını artırıblar. Ukraynanı hərbi təhcizat göndərən ölkələri Rusiyadakı hərbi obyektlərə zərbə endirməyə icazə veriblər. Bu, müharibənin hələ uzun müddət davam edəcəyinin əlamətidir.

Fransanın “Mirage-2000” qırıcı təyyarələrini Ukraynaya təhvil verməyə hazırlaşması müharibənin miqyasını genişləndirəcək. 1970-ci illərdə hazırlanan “Mirage- 2000” təyyarələri artıq Fransada istifadə olunmur. Fransa bu təyyarələri idarə etmək üçün ukraynalı pilotların hazırlanmasını həyata keçirəcək. Təlimlər Fransada keçiriləcək. İlin sonuna qədər ukraynalı pilotların təmiləri başa çatacaq.

ABŞ və Fransa ukraynalı pilotların hazırlıqlarına başlayarkən, Vaşinqton NATO-nun bir qrup pilotunun əməllərindən narahatdırlar. “Financial Times” dərgisinin yazdığına görə, Çin Müdafiə Nazirliyi NATO pilotlarını ölkəyə dəvət edərək çinli pilotlara kurs keçmələrini istəyir. Çin bu məqsədlə özəl şirkətlərin imkanlarından istifadə edir. 

Özəl şirkətlər elanlar verərək yüksək maaş müqabilində NATO ölkələrinin keçmiş hərbi pilotlarını Çində işə dəvət edirlər. Cənubi Afrika Respublikasında fəaliyyət göstərən bir sıra özəl şirkətlərin vasitəsilə Böyük Britaniyanın 20-yə yaxın keçmiş pilotu Çində fəaliyyətə başlayıb. Keçmiş pilotları yüksək maaş vədi cəlb edir. Həmin pilotlar həm çinli pilotlara kurs keçir, həm də vaxtilə idarə etdikləri hərbi təyyarələr barədə təcrübələrin ilə bölüşürlər. ABŞ bu prosesin qarşını almağa çalışsa da, keçmiş pilotlara alternativ təklif edə bilmir.

Çinin peşəkar hərbi pilotlara ehtiyacı Tayvan ətrafındakı vəziyyətlə də bağlıdır. Çin Tayvan adasını daimi mühasirədə saxlamağa çalışarkən, ətrafda hərbi gəmilərin və havaya qalxan təyyarələrin sayını artırıb. Yaxın müddət ərzində Çinin Tayvan ətrafında təxminən 54 hava kəşfiyyat uçuşu həyata keçirilib. Pekinin bu taktikası müharibəyə başlamadan Tayvan ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməkdir.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1249




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap