Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi ləğv olundu

Tarix 19.09.24, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsi ləğv olunub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 35.1.1.-ci maddəsi göstərilib.
Qanunun qeyd olunan maddəsində göstərilir ki, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda müsabiqə ləğv olunur.
Qeyd edək ki, tenderin keçirilməsində məqsəd “Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğunda Mədəniyyət evinin bərpası üzrə layihə smeta sənədlərinin hazırlanması ilə bağlı olub.

Onu da bildirək ki, bir müddət əvvəl Dövlət Turizm Agentliyinin “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda qəzalı evlərin bərpası (44 ev) üçün keçirdiyi tender müsabiqəsi tənqidlərə səbəb olub. Belə ki, Agentlik Xınalıqda 44 evin bərpası üçün  “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı Filialına (VÖEN – 1604374251) 6,6 milyon manat vəsait ayırıb. Bu isə o deməkdir ki, Xınalıqda bir ədəd evin bərpasına 151 min manat vəsait xərclənəcək.



Xəbərin oxunma sayı : 301




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap